Dövlət büdcəsinin mahiyyəti və onun iqtisadiyyatın inkişafında rolu
İqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması və onların geniş təkrar
istehsalının davam etdirilməsi, əhalinin sosial-mədəni ehtiyatlarının ödənilməsi, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, cəmiyyətin idarə edilməsi məqsədi ilə milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar olan pul münasibətlərindən ibarətdir.
Dövlət büdcəsi isə dövlət maliyyəsinin mühüm tərkib hissəsidir. Büdcə ingilis sözü olub, XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi leksikona daxil olunmuşdur.
Büdcə, əsasən, maliyyə göstəricilərinin birliyi – məcmusu deməkdir (vergilər, dövlət krediti, dövlət xərcləri). Büdcə vasitəsilə vəsaitlərin cəlb olunması və xərclənməsi, bölgüsü həyata keçirilir.
Dövlət büdcəsi dövlətin əsas gəlir və xərclərini özündə cəmləşdirir. O, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir.
Azərbaycan Respublikası dövlət büdcəsi ilə bağlı bəzi anlayışlar aşağıdakı kimi izah oluna bilər:
Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
Dostları ilə paylaş: |