Mahiyyətin formadan üstünlüyü: Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və
hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.
Neytrallıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayan tərəfindən təqdim olunan informasiya onların öncədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, maliyyə hesabatları neytral hesab oluna bilməz.
Ehtiyatlılıq: Ehtiyatlılıq – qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. Əksər hallarda bu o deməkdir ki, qeyri-müəyyən şəraitlərdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasına və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasına əsas vermir.
Tamlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, dolğun olmalıdır.
Öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi təşkilatın adı iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |