Bəybala xankiŞİyev şahrza əLİyev


II FƏSİL. BÜDCƏ UÇOTU VƏ HESABATIN BÜDCƏ PROSESİNDƏ ROLU VƏ MİLLİ MÜHASİBAT UÇOTU STANDARTLARI



Yüklə 0,67 Mb.
səhifə28/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

II FƏSİL. BÜDCƏ UÇOTU VƏ HESABATIN BÜDCƏ PROSESİNDƏ ROLU VƏ MİLLİ MÜHASİBAT UÇOTU STANDARTLARI




    1. Büdcə qanunvericiliyi və büdcə prosesi, 2.2. Dövlət büdcəsinin mahiyyəti və onun iqtisadiyyatın inkişafında rolu, 2.3. Mühasibat uçotunun beynəlxalq standartlara keçməyinin zəruriliyi, 2.4. Büdcə təşkilatları üçün Milli mühasibat uçotu Standartları

    1. Büdcə qanunvericiliyi və büdcə prosesi


Büdcə hüququ büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası zamanı dövlət idarəetmə və hakimiyyət orqanlarının hüquqi normalarının məcmusunu özündə əks etdirir. Büdcə hüququ əsasında dövlətin büdcə sistemi fəaliyyət göstərir və qurulur. Büdcənin tərtibi, müzakirəsi və təsdiqi zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının büdcə hüququ onların arasında iqtisadi və idarəetmə funksiyalarına uyğun olaraq müəyyən edilir.

Büdcə hüququnun inkişaf etdirilməsi üç istiqamət üzrə aparılır. Bunlar vergi hüququ, xərc hüququ və illik büdcəni təsdiqetmə hüququdur. Büdcə hüququ məsələsində, hər şeydən əvvəl, vergilərin Milli Məclis tərəfindən nə qədər vergi yığma imkanı bilindikdən sonra büdcə xərclərinin təsdiq edilməsi və maliyyələşdirilməsi hüququnun açıqlanması mərhələsi gəlir. İllik büdcənin təsdiq olunması mərhələsi çox məsuliyyətli bir mərhələdir. Bu zaman büdcənin icrasının təmin edilməsi kimi mühüm məsələ öz kəskinliyi ilə qarşıya çıxır.

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, büdcə sistemi haqqında qanuna müvafiq olaraq hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanundan, digər qanunlardan və normativ-hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir.

Büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır.

Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında bölüşdürmək vasitəsilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır.

Büdcə sisteminin vahidliyi yeni büdcə təsnifatı, büdcə sənədləri və formalarından istifadə olunması, büdcələrin icrasına dair müntəzəm hesabatın və icmal büdcə hesabatının hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir.

Büdcələrin müstəqilliyi mövcud qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin və vahid büdcə təsnifatı çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir.

Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi məqsədli büdcə fondları yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilər.

Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir.

Məqsədli büdcə fondlarının vəsaiti müəyyən edilmiş təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

Məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə gəlirlərinə daxil edilir.

Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir. İlin sonuna fondların hesablarında qalan istifadə olunmamış vəsait maliyyələşdirmə mənbəyinə qaytarılır.

Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər və fövqəladə hallar üçün məbləği müəyyən edilən ehtiyat fondu yaradılır.

Ehtiyat fondunda vəsaitin həcmi növbəti büdcə ilinin gəlirinin 5 faizindən artıq olmamaqla və əvvəlki illərdə bu xərcin faktiki icrası baş verən fövqəladə halların statistikası nəzərə alınmaqla müəyyən edilir.

Ehtiyat fondu vəsaitinin istifadə olunma müddəti büdcə ilinin sonunda başa

çatır.


Ehtiyat fondunun vəsaitindən istifadə qaydaları Azərbaycan Respublikası

Nazirlər Kabineti və bələdiyyələr tərəfindən təsdiq edilir.

Büdcəyə daxiolmalar vəziyyətindən asılı olmayaraq iqtisadi təsnifatın aşağıdakı maddələri üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və onlara sekvestr tətbiq olunmur:


      • əmək haqqı;

      • əmək haqqına üstəlik;

      • pensiya, başqa sosial müavinətlər və ödənişlər;

      • dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;

      • hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.

Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramların və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.

Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir:



      • cari gəlirlər, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş dövlət vergiləri və bu vergilərə görə hesablanmış faiz və maliyyə sanksiyaları;

      • dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları;

      • əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından gəlirlər;

      • daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər;

      • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər daxilolmalar.

Dövlət büdcəsi gəlirlərinin yığımı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Gəlirlərin məbləğinin yuxarı həddi dövlət büdcəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə məhdudlaşmır.

Qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir.

Dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:


      • cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr;

      • əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması;

      • kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.

Büdcə xərcləri müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək səviyyəsini göstərir. İl ərzində faktiki xərclər bu məbləğdən çox ola bilməz.

Hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti büdcə ilinin sonunda başa çatır.

Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə – təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.

Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü on günlüyü ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanılır. Bu qərarda büdcənin tərtibi ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, büdcədənkənar dövlət fondlarına və digər aidiyyəti təşkilatlara tapşırıqların verilməsi öz əksini tapır. Qərara uyğun olaraq fevral ayının sonunadək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramı dəqiqləşdirilir və mart ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

Ortamüddətli iqtisadi və sosial inkişaf proqramı növbəti büdcə ili və gələn üç il üçün ölkənin sosial iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin xülasəsini, makroiqtisadi göstəricilərin proqnozunu və sosial iqtisadi siyasətin əsas prioritetlərini əhatə edir.

Makroiqtisadi göstəricilərin proqnozunun tərkibinə aşağıdakı məlumatlar daxil edilir və bu göstəricilər növbəti büdcəli və gələn üç il üçün hazırlanır:



      • Ümumi Daxili Məhsul (real artım, deflyator indeksi, dövlət və qeyri-dövlət sektorunun, neft və qeyri-neft sektorunun payı, onların artım və deflyator indeksləri);

      • Ümumi Daxili Məhsulun istehsal strukturu (onların artım və deflyator indeksləri, ümumi buraxılışı, aralıq istehlakı, əlavə dəyəri);

      • Ümumi Daxili Məhsulun sahə strukturu (onların artım və deflyator indeksləri);

      • respublikada istehsal olunan əsas məhsul növlərinin sahələr üzrə natural göstəricilərinin proqnozu (o cümlədən aksizli məhsulların növləri üzrə);

      • neftin dünya bazarında qiyməti;

      • daxili və xarici investisiyalar (onların strukturu və real artım sürətləri);

      • əhalinin pul gəlirləri, xərcləri və onların artım sürətləri;

      • orta aylıq əmək haqqı (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri- dövlət sektoru, büdcə və qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə səviyyəsi və artım sürətləri);

      • əhalinin məşğulluq göstəriciləri (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri-dövlət sektoru, büdcə və qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə sayı və artım sürətləri);

      • əhaliyə göstərilən pulu xidmətlərin həcmi və artım sürəti;

      • istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya);

      • Milli valyutanın ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsi;

      • mal və xidmətlərin ticarət və tədiyyə balansına görə idxalının və ixracının əsas göstəriciləri, onun strukturu;

      • tədiyyə balansı;

      • toplu maliyyə balansı.

Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq olaraq, cari ilin mart ayında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün ilkin ortamüddətli büdcə proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və İqtisadi İnkişaf Nazirliyi tərəfindən investisiya proqramı tərtib edilir.

Cari ilin aprel ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün dövlət büdcəsinin layihəsi, büdcə-vergi

siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən investisiya proqramının ilkin layihəsi hazırlanaraq baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin layihələri Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər icra hakimiyyəti orqanları ilə müzakirə edir.

Cari ilin may ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu (bundan sonra – təlimat məktubu) və büdcədənkənar dövlət fondları büdcələrinin layihələri barədə rəyini hazırlayıb büdcənin tərtibində iştirak edən təşkilatlara və büdcədənkənar dövlət fondlarına göndərir. Bu təlimatda aidiyyəti məlumatlarla yanaşı, təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir.

Büdcə təşkilatlarının maliyyələşdirilməsi müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri nəzərə alınır.

Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən təşkilatlar təlimat məktubuna uyğun olaraq hazırladıqları büdcə layihəsini, büdcədənkənar dövlət fondları isə öz büdcələrinin göstəricilərini cari ilin iyul ayının 1-dək aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:


      • keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;

      • hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

      • büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

      • büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

      • növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

      • büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

      • sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;

      • digər zəruri göstəricilər.

Vergilər Nazirliyi və onun müvafiq orqanları müəyyən olunmuş göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları, Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər.

Vergilər Nazirliyi tərəfindən təqdim olunan büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:



      • büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);

      • büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (vergi ödəyiciləri və gəlir qrupları üzrə əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

      • Digər zəruri göstəricilər dedikdə fəaliyyət növləri, mülkiyyət mənsubiyyəti, vergi orqanlarında hüquqi və fiziki şəxslərin vergi ödəyicisi kimi qeydiyyatı (uçotu), vergi növləri, gəlir qrupları, dövriyyə həcmləri üzrə

vergi ödəyicilərinin sayı (qeydiyyatdan keçmiş və fəaliyyət göstərən), xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyiciləri üzrə məlumatlar (işçilərin sayı, əmək haqqı və s.), vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri, büdcə-vergi siyasəti tədbirlərinin həyata keçirilməsinin keçən ildə faktiki və cari ildə gözlənilən nəticələrini əks etdirən haqq-hesab cədvəlləri, vergi güzəştlərinin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri və s. başa düşülür.

Dövlət Gömrük Komitəsi və onun müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar tələb olunur:



      • keçən ildə edilmiş və cari ildə gözlənilən vergi və gömrük rüsumlarının məbləği;

      • hesablanmış vergi və gömrük rüsumlarının keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

      • vergi və gömrük rüsumlarının keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

      • növbəti il üçün təklif olunan vergi və gömrük rüsumlarının həcmi, ödənilməli olan vergi və gömrük rüsumlarının həcmi, ödənilməli olan vergi və gömrük rüsumlarının məbləği;

      • büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

      • sonrakı üç il üçün vergi və gömrük rüsumlarının qiymətləndirilməsi;

      • digər zəruri göstəricilər.

      • Dövlət Gömrük Komitəsi və onun müvafiq orqanları müəyyən olunan göstəriciləri funksional və iqtisadi təsnifatın paraqraflarına uyğun edirlər.

Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikasının Maliyyə

Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:



      • büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);

      • büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (vergi ödəyiciləri və gəlir qrupları üzrə əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

Digər zəruri göstəricilər dedikdə keçən il və cari ilin 5 ayı üçün kodlar üzrə malların idxalı və ixracına dair göstəricilər (o cümlədən vergi və gömrük rüsumlarından azad olunan, habelə dərəcələr üzrə vergi və gömrük rüsumlarına cəlb olunan idxal və ixrac mallarının kodları üzrə strukturu, aksizə cəlb olunan və azad olunan malların idxalının strukturu, nəqliyyat vasitələrinin sresifık xüsusiyyətlərinə görə vergiyə cəlb olunan və vergidən azad olunan avtomobillərin sayı və s.), vergi və gömrük rüsumlarının haqq-hesab cədvəlləri, büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin keçən ildə faktiki və cari ildə gözlənilən nəticələrini əks etdirən haqq-hesab cədvəlləri, vergi və rüsumlar üzrə güzəştlərin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri və s. nəzərdə tutulur.

Dövlət Statistika Komitəsi və onun müvafiq orqanları müəyyən olunan göstəricilər üzrə son üç ili və cari ilin ötən dövrünü əhatə edən statistik məlumatları cari ilin fevral ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

Torpaq sahələrinin qeydiyyatını aparan orqanlar tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda aşağıdakılar göstərilməlidir:


  • hüquqi şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə strukturuna keyfiyyət qrupları (ümumi torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ və düzən torpaqlar, biçənək, örüş və otlaq torpaq sahələri);

  • fiziki şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə strukturu və keyfiyyət qrupları (ümumi torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ və düzən torpaqlar, biçənək, örüş və otlaq sahələri;

  • sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyatyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri və onların respublikanın şəhərləri üzrə bölgüsü.

Dövlət əmlakının və torpaqların icarəyə verilməsi ilə məşğul olan orqanlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda aşağıdakılar öz əksini tapmalıdır:

  • dövlət əmlakının və torpaqların icarə sahələri;

  • dövlət əmlakının və torpaqların icarəsi üzrə müqavilələrin sayı və onun dinamikası;

  • keçən ildə əldə edilmiş və cari ildə gözlənilən dövlət əmlakının və torpaqların icarə haqlarının məbləği;

  • hesablanmış dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

  • dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

  • növbəti il üçün təklif olunan dövlət əmlakının və torpaqların icarə haqlarının həcmi, ödənilməli olan icarə haqlarının məbləği;

  • sonrakı üç il üçün dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş haqların və tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

    • digər zəruri göstəricilər.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən olunmuş göstəricilər büdcədən maliyyələşən təşkilatlar, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən təşkilatlar və xarici diplomatik qurumlar üzrə ayrı-ayrılıqda təqdim edilir.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən təqdim olunan dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:



    • dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);

    • dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (icarəçilərin və icarədarların əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar olmalıdır:

    • keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;

    • hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

    • büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

    • növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

    • büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

    • sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;

    • digər zəruri göstəricilər.

Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları lazımi göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər.

Digər zəruri göstəricilər dedikdə fəaliyyət növləri, mülkiyyət mənsubiyyəti, vergi orqanlarında hüquqi və fiziki şəxs kimi qeydiyyatı, vergi növləri, gəlir qrupları, dövriyyə həcmləri üzrə vergi ödəyicilərinin sayı (qeydiyyatdan keçmiş və fəaliyyət göstərən); vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri və sair göstəricilər başa düşülür.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq müəyyən edilmiş vergi ödəyiciləri büdcə layihəsində aşağıdakı məlumatları təqdim edirlər:


    • keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin məbləği;

    • hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

    • büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

    • növbəti il üçün təklif olunan büdcə ödənişlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərinin məbləği;

    • büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

    • sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi;

    • digər zəruri göstəricilər.

Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyiciləri tərəfindən göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

Digər zəruri göstəricilər dedikdə məhsul, iş və xidmətlərin istehsalı və təqdim edilməsi, onların respublikadaxili və dünya bazarı qiymətləri (məhsul, iş

və xidmətlərin növləri üzrə), məhsul, iş və xidmətlərin idxalı və ixracı barədə məlumatlar (məhsul, iş və xidmətlərin növləri üzrə), vergi növləri üzrə haqq- hesab cədvəlləri, hesablara daxil olmuş vəsaitlər, onların istifadə istiqamətləri və sair göstəricilər başa düşülür.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq büdcə layihəsində aşağıdakı məlumatlar təqdim olunur:



    • keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin məbləği;

    • hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

    • büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

    • növbəti il üçün təklif olunan büdcə ödənişlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

    • büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

    • sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi;

    • digər zəruri göstəricilər.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər müəyyən olunan göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim edirlər.

Xüsusi vergi rejimli müəssisələrdən aşağıdakı göstəricilər tələb oluna bilər:



    • pay bölgüsü sazişlərində pay bölgüsü;

    • kapital xərcləri;

    • əməliyyat xərcləri;

    • işçilərin sayı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə);

    • əmək haqqı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə);

    • icarə haqqı;

    • mənfəət vergisinə dair haqq-hesab cədvəlləri;

    • mənbədən tutulan vergilərə dair haqq-hesab cədvəli;

    • digər məlumatlar.

Xüsusi vergi rejimli müəssisələrdən göstəricilər hər sazişə görə podratçılar və subpodratçılar üzrə ayrı-ayrılıqda təqdim olunmalıdır. Məlumatlar keçən ili, cari ili və sonrakı üç ili əhatə edir.

Büdcədən maliyyələşdirilən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq xərclər üzrə təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar da öz əksini tapmalıdır:



    • xidmət etdikləri sahələr və xərc bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların layihələri;

    • Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları, büdcədən maliyyələşən təşkilatlar üzrə funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində büdcə xərclərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği;

    • Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində növbəti üç il üçün büdcə xərclərinin həcmi və büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

    • maliyyələşdirmə mənbəyi göstərilməklə, növbəti il və sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya proqramları üzrə xərclərin həcmi;

    • əmək haqqı barədə tələbat;

    • əvvəlki ildən qalan əmək haqqı borcu barədə məlumat;

    • ştatda olan işçilərin sayı barədə məlumat;

    • ştatdankənar işçilərin sayı barədə məlumat;

    • keçən ildə faktiki, cari ildə gözlənilən və növbəti il üçün ezamiyyətlərin sayı barədə məlumat;

  • balans üzrə işlək vəziyyətdə olan xidməti minik və digər nəqliyyat vasitələrinin sayı;

  • keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün kommunal xidmətləri (elektrik enerjisi, qaz, su, istilik enerjisi, kanalizasiya və s.) sərfinin miqdarı və dəyəri;

  • icarəyə götürülmüş binaların sahəsi;

  • alınan bina və tikililərin sahəsi;

  • alınacaq nəqliyyat vasitələrinin sayı;

  • keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün uzun müddət istifadə olunan istehsalat və qeyri-istehsalat avadanlıqlarının alınması barədə məlumat;

  • keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün mənzil, istehsal, sosial-mədəni, məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin tikintisi barədə məlumat;

  • keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün mənzil, istehsal, sosial-mədəni, məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin əsaslı təmiri barədə məlumat;

  • keçən ilin faktiki və cari ildə gözlənilən debitor və kreditor borcları (yaranma səbəbləri və tarixi) barədə məlumat;

  • keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar gəlirlərin və xərclərin məbləği;

  • hesablanmış büdcədənkənar gəlirlərin və xərclərin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

  • büdcədənkənar gəlirlərin və xərclərin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

  • növbəti il üçün təklif olunan büdcədənkənar gəlirlərin həcmi, ödənilməli olan büdcədənkənar gəlirlərin məbləği;

  • büdcədənkənar gəlirlərə dair qanunvericilikdə təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

    • sonrakı üç il üçün büdcədənkənar gəlirlərin qiymətləndirilməsi;

    • dövlət və Naxçıvan Muxtar Respublikası büdcəsinin tərkibində yaradılan məqsədli fondlar barədə məlumat;

    • Qeyd olunan göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər:

    • cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;

    • növbəti büdcə ili üzrə yerli (bələdiyyə) büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;

    • ötən ildə yerli bələdiyyə büdcənin icra vəziyyəti barədə auditor rəyi;

    • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sorğusuna görə digər materiallar.

Büdcədənkənar dövlət fondları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar olmalıdır:

    • keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin məbləği;

    • büdcədənkənar dövlət fondlarının hesablanmış gəlirlərinin və xərclərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

    • büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

    • büdcədənkənar dövlət fondlarının növbəti il üçün təklif olunan gəlirlərinin və xərclərinin həcmi;

    • büdcədənkənar dövlət fondlarının gəlirlərinə dair qanunvericilikdə təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

    • sonrakı üç il üçün büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin qiymətləndirilməsi;

    • digər zəruri göstəricilər.

Büdcədənkənar dövlət fondları tərəfindən yuxarıda göstərilən göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

Avqust ayının 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla, növbəti il üzrə ortamüddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqramı özündə növbəti büdcə ili və gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin geniş xülasəsini, cari ilin gözlənilən nəticələrini, makroiqtisadi göstəricilərin proqnozunu və sosial-iqtisadi siyasətin əsas prioritetlərini əhatə edir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatlarından, zərurət yarandıqda, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından tələb oluna bilər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozuna, aidiyyəti nazirlik və dövlət qurumları tərəfindən hazırlanmış proqramlara əsasən dövlət büdcəsi layihəsinin gəlir və xərclərini yenidən hesablayır, zəruri hallarda müvafiq əlavələr və dəyişikliklər edir.

Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iyul-avqust aylarında dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlarla və büdcə təşkilatları,

həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda bələdiyyələr və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.



Bunlara aşağıdakılar daxildir:

    • növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat; dövlət büdcəsi haqqında qanun layihəsində aşağıdakı göstəricilər öz əksini tapır:

    • gəlirlərin və xərclərin ümumi məbləği;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla vergilərin dərəcələri;

    • mədaxil mənbələri üzrə gəlirlərin məbləği;

    • mənbələr üzrə qrantlar və transfertlər;

    • ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;

    • funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraf səviyyəsində xərclərin məbləği;

    • Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;

    • büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;

    • daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;

    • dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;

    • sair beynəlxalq öhdəliklərin məbləği;

    • ehtiyat fondlarının məbləği;

  • Azərbaycan Respublikasının daxili və xarici borclanmasının (il ərzində götürülə biləcək dövlət borcunun, o cümlədən dövlət istiqrazları hesabına cəlb ediləcək vəsaitin məbləği) və büdcə ili ərzində veriləcək maliyyə zəmanətləri üzrə məbləğin yuxarı həddi;

  • xərclərin maliyyələşdirmə ardıcıllığı;

  • dövlət büdcəsinin müdafıə olunan xərc maddələri;

  • dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği;

  • Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləği;

  • icmal büdcənin xərclərinin yuxarı həddinin məbləği;

  • büdcə-vergi siyasətinin əsas istiqamətləri;

  • büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;

  • dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat, o cümlədən:

  • xarici dövlət borclarına hesablanan faizlər və əsas məbləğlər üzrə ödənişlər;

  • daxili dövlət borclarına hesablanan faizlər və əsas məbləğlər üzrə ödənişlər;

  • büdcə ili ərzində xarici dövlət borcu yaradan kredit xətləri üzrə gözlənilən daxilolmaların məbləği (o cümlədən bilavasitə büdcəyə olan daxilolmalar);

  • büdcə ili ərzində daxili dövlət borcu yaradan kredit xətləri üzrə gözlənilən daxilolmaların məbləği (o cümlədən bilavasitə büdcəyə olan daxilolmalar);

  • büdcə ili ərzində xarici dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər (o cümlədən büdcədən maliyyələşən xərclər);

  • büdcə ili ərzində daxili dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər (o cümlədən büdcədən maliyyələşən xərclər);

  • büdcə ili ərzində büdcədən maliyyələşməsi proqnozlaşdırılan sair beynəlxalq öhdəliklər (beynəlxalq təşkilatlara üzvlük haqları);

    • beynəlxalq maliyyə qurumlarının səhm kapitallarında iştirak payı və s.;

    • büdcə ili ərzində xarici borclanmanın (imzalanacaq borc müqavilələri üzrə) yuxarı həddi;

    • büdcə ili ərzində daxili borclanmanın (imzalanacaq borc müqavilələri üzrə) yuxarı həddi;

    • funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində növbəti il üzrə icmal büdcənin layihəsi;

    • qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri;

    • növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə gəlirlərin təsnifatı, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlarının paraqrafları səviyyəsində müqayisəsi;

    • cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;

    • büdcədənkənar əməliyyatlara dair icmal hesabat;

    • keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi sentyabr ayının 10- dək aşağıdakı göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir:

    • Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini;

    • növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə gələn üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq, mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramlarının layihələrini;

    • Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansını.

Büdcədən maliyyələşən aidiyyəti nazirlik, komitə, şirkət, baş idarə və digər büdcə təşkilatları xidmət etdikləri sahələr və xərc bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli

proqramları hazırlamaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırıb sentyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetində müzakirə edilir. Müzakirə nəticələrində müsbət qərar qəbul edildikdən sonra növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.

Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırılır.

Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına müvafıq maliyyə qaydalarına riayət etmələrinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair

məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilə bilər.

Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar müəyyən edilmiş formalara uyğun olaraq, gəlirlərin təsnifatı üzrə ilin əvvəlindən artan yekunla aylıq və rüblük hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar dövlət büdcəsi vəsaitlərindən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

Zərurət yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi təsdiq olunmuş büdcə ayırmaları həddində, bölmələrin xərc maddələri və funksional təsnifatın paraqrafları səviyyəsində iqtisadi təsnifatın yarımmaddələri arasında müvafiq dəyişikliklər edə bilərlər.

Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

Dövlət büdcəsinin kassa icrası büdcə daxilolmalarının xəzinədarlığın cari hesabında yığılmasını, bu daxilolmaların büdcə təsnifatına uyğun sistemləşdirilərək xəzinə uçotuna alınmasını, büdcə xərcləri üzrə dövlət öhdəliklərinin qəbul olunmasını, dövlət öhdəliklərinə uyğun həyata keçirilmiş mal, iş və xidmət satınalmalarının kreditor borcu kimi xəzinə uçotuna qəbul edilməsini və bu cür borcların xəzinənin cari hesabından ödənilməsini təşkil edir.

Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır.

Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər dövlət

maliyyə əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir.

Dövlət büdcəsinin gəlirləri, büdcədənkənar dövlət fondlarının gəlirləri, büdcə kəsirinin maliyyələşməsi üçün daxilolmalar xəzinədarlığın tranzit və cari bank hesablarına mədaxil edildikdən sonra icra olunmuş hesab olunur.

Büdcə daxilolmaları vahid büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq tərəfindən təsnifatlaşdırılır, uçota alınmır və daxilolmaların yığılmasını təmin edən dövlət orqanları ilə qarşılıqlı surətdə dövri olaraq üzləşdirilir və hesabat tərtib edilir.

Qanunvericilikdə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilər, səhvən daxil olduğu müəyyən edilmiş daxilolmalar mövcud qaydalara əsasən xəzinədarlıq tərəfindən dövlət büdcəsindən geri qaytarılır.

Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

Büdcə xərclərinin kassa icrası üçün xəzinədarlıq tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar və dövlət xərclərinin həyata keçirilməsini təmin edən orqanlar qarşısında mövcud qaydalara uyğun olaraq dövlət öhdəlikləri qəbul edilir, bu öhdəliklər uçota alınır və dövlət büdcəsinin icrası haqqında dövri hesabatlara daxil edilir.

Qəbul edilmiş öhdəliklər həddində büdcə təşkilatları və dövlət xərclərini təmin edən orqanlar tərəfindən satın alınmış mal, iş və xidmətlər xəzinədarlıq tərəfindən mövcud qaydalara uyğun uçota alınır və dövlət büdcəsinin icrası haqqında dövri hesabatlara daxil edilir. Bu cür satınalmalardan yaranan kreditor borcları dövlət büdcəsinin mal, iş və xidmətləri təqdim etmiş hüquqi və fiziki şəxslərin qarşısında öhdəliklərini təşkil edir və bu öhdəliklərin cari və ya növbəti illərin vəsaiti hesabına təmin edilməsi məcburi sayılır. Xəzinədarlıq tərəfindən

həyata keçirilən büdcədənkənar vəsaitlərin xərclərinə öhdəliklərin qəbulu mexanizmi tətbiq edilmir.

Dövlət büdcəsinin hüquqi və fiziki şəxslər qarşısında yaranan öhdəliklərinin büdcə vəsaiti hesabına təmin edilməsi xəzinədarlığın vahid hesabından pul vəsaitlərinin köçürülməsi ilə həyata keçirilir və bu, dövlət büdcəsinin xərclərinin kassa icrasını təşkil edir. Xərclərin kassa icrası müəyyən edilmiş dövr ərzində təmin ediləcək dəyərlərin haqqının qabaqcadan ödənişi vasitəsilə də həyata keçirilə bilər. Bu cür ödənişlər satınalmanın tərəfləri arasında bağlanmış alqı-satqı müqavilələri ilə şərtləndirilməsi və xəzinədarlıq tərəfindən məqbul sayıldıqdan sonra həyata keçirilir.

Dövlət büdcəsinin xərclərinin kassa icrası üzrə məlumatları bu xərcləri həyata keçirən büdcə təşkilatları ilə xəzinədarlıq arasında dövri olaraq üzləşdirilir və müvafiq qaydada rəsmiləşdirilir.

Dövlət xəzinədarlığının hesablarında olan pul vəsaitlərinin hərəkəti dövri olaraq xəzinədarlıqla müvəkkil banklar arasında, eyni zamanda xəzinədarlığın yerli orqanları ilə mərkəzi xəzinədarlıq orqanları arasında üzləşdirilir, əsassız kənarlaşmalar aşkar edildikdə, səbəbləri araşdırılaraq aradan qaldırılır.

Xəzinədarlığın vahid hesabından aparılmış xərclərin kassa icrası büdcə təsnifatına uyğun qruplaşdırılaraq uçota alınır və dövlət büdcəsinin icrasına dair dövri hesabatlara daxil edilir.

Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür.

Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fonduna vəsaitin ayrılması həmin ilin vergi daxilolmalarının azaldılması hesabına həyata keçirilir.

Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.

Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur. Dövlət xəzinədarlığının razılığı olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır.

Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatları dövlət xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı aça və ya belə hesablardan istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər.

Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər.

Gəlir və xərclərin icrasına dair vahid büdcə təsnifatına uyğun hazırlanmış dövri hesabatlar yerli xəzinə orqanlarından və nazirlik, komitə, baş idarə və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən digər baş kredit sərəncamçılarından qəbul edilir, yoxlanılır və icmallaşdırılır.

Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanır.

Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır.

Dövlət büdcəsinin icrası barədə aylıq hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla əks etdirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti öz növbəsində bu hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Dövlət büdcəsinin icrası barədə rüblük hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq, növbəti rübün birinci ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir. Rüblük hesabatda başqa göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili verilir. Xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar da əks olunur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, öz növbəsində, həmin hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi rüblük hesabatı mətbuatda dərc etdirir.

Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq növbəti ilin aprel ayının 25-nə kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları və ehtiyat fondlarından il ərzində istifadə haqqında məlumatları da əks etdirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, öz növbəsində, həmin hesabatı və müəyyən olunmuş göstəriciləri növbəti ilin may ayının 5-nə kimi Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla)



Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən mətbuatda dərc etdirilir.

Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır.



Dövlət büdcəsinin icrasına cari nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir:

    • maliyyə orqanlarında dövlət büdcəsinin tərtibi və icrası üzrə qüvvədə olan qanunvericiliyə riayət edilməsi, iqtisadi-nəzarət işlərinin yerinə yetirilməsi, maliyyə nəzarətinin üsul və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, dövlət büdcəsinə gəlirlərin tam və vaxtında daxil olmasının təmin olunması, büdcə gəlirlərinin artması imkanlarının aşkar edilməsi və vəsaitin xərclənməsində israfçılığın qarşısının alınması, idarə, müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi, dövlət vəsaitinin qorunması, onun düzgün və qənaətlə xərclənməsi, büdcə təşkilatlarında mühasibat uçotunun aparılması və hesabatın düzgün tərtibi işləri yoxlanılır;

    • büdcə təşkilatlarının büdcə və büdcədənkənar xərclər smetasında nəzərdə tutulan təyinatlarının hesablamalarla əsaslandırılması, xərclər smetasının və əsas göstəricilərin icrası, vəsaitlərin təyinatı üzrə məqsədyönlü və səmərəli istifadə olunması, maliyyə intizamına əməl edilməsi və uçot-hesabat işlərinin vəziyyəti yoxlanılır;

    • maliyyə orqanlarının hesabatlarının təhlili zamanı büdcə idarələrində vəsaitlərdən səmərəsiz istifadənin və proqnozların yerinə yetirilməməsi səbəblərinin araşdırılması, maliyyə orqanlarının nəzarət-təftiş işinin vəziyyəti, pul vəsaitlərinin və maddi dəyərlilərin qeyri-qanuni xərclənməsinin qarşısının alınması, dövlətə vurulan ziyanın bərpası, büdcəyə vaxtında ödənilməmiş məbləğlərin müəyyən edilmiş qaydada büdcəyə alınması, yoxlanılan idarə, müəssisə və təşkilat rəhbərlərinə maliyyə intizamının pozulması hallarının

aradan qaldırılması haqqında təkliflərin verilməsi, əlavə gəlirlərin və ilin əvvəlinə qalan büdcə vəsaiti qalıqlarının müəyyən olunmuş qaydada dövlət büdcəsinə vaxtında və tam məbləğdə köçürülməsinin təmin edilməsi, maliyyələşmə mənbəyi olmadan xərclərin aparılması araşdırılır;

    • yerli maliyyə orqanlarında, eləcə də yerli və mərkəzləşdirilmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarında gəlir və xərclərin icrasına dair uçot-hesabat işlərinin vəziyyəti, xəzinədarlıq işlərinin təşkili və aparılması yoxlanılır;

    • şəbəkə, ştat və kontingentlər üzrə planların yerinə yetirilməsi və xərclərin bu planların yerinə yetirilmə dərəcəsinə uyğunluğu müəyyənləşdirilir;

    • pul vəsaitlərinin və maddi dəyərlilərin qorunub saxlanılması və onların xərclənməsində qanunçuluğa və ciddi qənaət rejiminə riayət edilməsi yoxlanılır;

    • müavinətlərin, təqaüdlərin və maddi yardım təyin edilməsi və ödənilməsinin düzgünlüyü, əmək haqqı fondlarından istifadənin düzgünlüyü yoxlanılır;

    • büdcədənkənar vəsaitlərin, büdcədənkənar fondların yaradılmasının və xərclənməsinin düzgünlüyü, büdcə qarşısında olan öhdəliklərin icrası yoxlanılır;

    • əsaslı təmirə, avadanlıq və inventar alınmasına çəkilən xərclərin səmərəliliyi, maddi dəyərlilərin və pul vəsaitlərinin, ştatların, əmək haqqı stavkalarının xərcləri üçün müəyyənləşdirilmiş normalara riayət olunması, ezamiyyə xərclərinin və məzuniyyət haqlarının hesablanması və ödənilməsinin düzgünlüyü yoxlanılır.

Dövlət büdcəsi kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir. Büdcə xərclərinin gəlirlərinə təmin olunmayan məbləğinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir.

Dövlət büdcəsində nəzərdə tutulmayan xərclər təbii fəlakət, digər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə

dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün məbləği müəyyən edilən ehtiyat fondu vəsaitinin istifadə müddəti büdcə ilinin sonunda başa çatır. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada istifadə edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər rüb Ehtiyat Fondundan ayrılmış vəsaitlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edir.

Dövlət büdcəsinin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşdırılan məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcənin gəlir və xərc hissələrində ayrıca göstərilməklə, müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının mühüm şərtidir.

Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri arasında uyğunsuzluq yarandıqda, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 gün müddətinə bu məsələni Nazirlər Kabinetinin iclasında dövlət büdcəsinin gəlirlərini təmin edən orqanların (Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu) iştirakı ilə müzakirə edib, həmin orqanlara yaranmış vəziyyətin 10 gün müddətində tənzimlənməsi üçün tapşırıqlar verir.

10 gün müddətində büdcə daxilolmalarının proqnozunda nəzərdə tutulan səviyyəyə çatdırılması dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar (Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu) tərəfindən mümkün olmazsa və bu büdcə gəlirləri və xərcləri arasında uyğunsuzluğa şərait yaradarsa, onda Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət büdcəsinə yenidən baxılması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, təşkilati təsnifatı üzrə xərclər isə Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada azaldılır.

Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30 faiz az olduğu halda, müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda, Nazirlər Kabineti sentyabr ayının 15-dən gec olmayaraq büdcədə dəqiqləşdirmə aparılması barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

Ölkənin sosial və iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsini təmin etmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlətin təminatı əsasında borc alına bilər.

Büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.

Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas borc, faiz) tam və vaxtında həyata keçirilməlidir. Faizlər və borclar kredit müqaviləsinə, yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.

Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafıq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcları üzrə sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və hər rüb onlar haqqında məlumatları mətbuatda dərc etdirir.

Azərbaycan Respublikası Hökumətinin xarici hüquqi və fiziki şəxslərlə (qeyri-rezidentlərlə), digər ölkələrlə və beynəlxalq maliyyə-kredit təşkilatları ilə

imzaladığı müqavilələr əsasında yaranmış xarici dövlət borcunun və ölkə daxilində dövlət zəmanəti ilə alınan kreditlər, hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları, hökumətin təminat verdiyi digər borc öhdəlikləri üzrə yaranmış daxili dövlət borcunun qeydiyyatı üçün xarici və daxili borc bölmələrindən ibarət iki ədəd baş kitab – xarici dövlət borcunun registri və daxili dövlət borcunun registri tərtib edilir.

Dövlət borcunun qeydiyyatı və uçotu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyi üçün və imzalanmış müqavilələrdə hökumətin adından «Borcalan» və «Zəmanətçi» funksiyalarının icraçısı kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etdiyi üçün, müvafıq olaraq xarici dövlət borcunun registri və daxili dövlət borcunun registri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılır.

Dövlət borcunu yaradan müqavilələr müvafiq qaydada paraqraflandırıldıqdan sonra dövlət borcunun müvafiq registrlərinə daxil edilir.

Dövlət borcu yaradan kreditlərə zəmanətlərin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Xarici və daxili dövlət borcunun qeydiyyatı və uçotunun aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun qeydiyyatını, uçotunu, onun vəziyyətinə və kreditlərin vaxtında qaytarılmasına cari nəzarəti, xarici dövlət borcunun və daxili dövlət borcunun registrlərində qeydlərin düzgün aparılmasını və dövlət registrinin baş kitablarının saxlanılmasını təmin edir.

Dövlət borcu yaradan kreditlərin təyinatı üzrə istifadəsi və vaxtında qaytarılmasına görə icraçı orqanlar müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Dövlət borcunun uçotu onun qəbul olunmuş təsnifatının, istifadəsinin, faiz ödənişlərinin və borcun geri qaytarılmasının icmalını əhatə edir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi xarici dövlət borcunun uçotunun qurulması və aparılması məqsədi ilə dövlət zəmanəti ilə kredit alan borclu təşkilatlardan aylıq və rüblük hesabatlar alır. Hesabatda əks etdirilən məlumatların dürüstlüyünə görə hesabatı təqdim edən təşkilatın rəhbəri şəxsən məsuliyyət daşıyır. Hesabat məlumatları hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Alınmış məlumatlar artan yekunla ümumiləşdirilir və xarici dövlət borcunun ölkə üzrə ümumi məbləği müəyyən olunaraq uçotu aparılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun mövcud vəziyyəti barədə məlumatları hər rüb mətbuatda dərc etdirir.

Bu məlumatlarda aşağıdakılar əks etdirilir:


    • dövlət borcunun həcmi;

    • borcun növünə görə tərkibi;

    • borcun kreditorlar üzrə tərkibi;

    • borcun sahələr üzrə və təyinatına görə tərkibi;

    • borcun faiz dərəcələri və qaytarılma müddətləri üzrə tərkibi;

    • dövlət borcu ilə bağlı digər məlumatlar.

Beynəlxalq maliyyə-kredit təşkilatlarında iştirak payı (səhm zərfi) və beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqı öhdəliklərinin uçotu müvafiq qaydada rəsmiləşdirilir.

Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli (bələdiyyə) büdcələr arasında qarşılıqlı əlaqə tənzimləyici mədaxil mənbələrindən istifadə etməli, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını bölüşdürmək prinsiplərinə uyğun qurulur.

Yerli büdcələrlə dövlət büdcəsi arasında qarşılıqlı büdcə münasibətləri aşağıdakı qaydada həyata keçirilir:


    • investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasət həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaradılması;

    • yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayrılması;

    • qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin təmin edilməsi;

    • icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğlərinin bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya edilməsi.

Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi və büdcədənkənar dövlət fondları tərəfindən birgə həyata keçirilir.

Yerli büdcəyə daxil edilən layihələrin maliyyələşdirilməsi üçün büdcədənkənar dövlət fondlarından ayrılan vəsait müvafiq yerli büdcə vasitəsilə istifadə olunur. Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə,

«Dövlət büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.

Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri, digər ödənişlər, həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxilolmalar hesabına formalaşır.

Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti Muxtar Respublikanın sosial və iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istifadə edilir.

Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi «Dövlət büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət büdcəsinin təqviminə və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib olunur.

Növbəti il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsdiq edilir və Naxçıvan Muxtar Respublikasının mətbuatında dərc olunur.

Naxçıvan Muxtar Respublikası büdcəsinin icrası «Dövlət büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası büdcəsinin kassa icrası dövlət xəzinədarlğı vasitəsilə həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.

Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri əsasında Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.

Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin edilir.

Bələdiyyələrin müraciəti və qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxilə edilməsinə yol verilmir.

Bələdiyyələr maliyyə ilinin sonuna büdcədə əmələ gəlmiş sərbəst maliyyə qalıqlarına müstəqil sərəncam verirlər.

Bələdiyyələr yerli büdcələrin tərtibində və icrasında müstəqildirlər. Dövlətin yerli büdcələrə maliyyə dəstəyi aşağıdakı yollarla həyata keçirilir:



    • investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaratmaq;

    • yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq.

Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edir.

İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.

Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına dair məlumatı statistika orqanlarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edir.

Yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilmiş vergilər və digər ödənişlər, habelə həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar aid edilir.

Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə onların dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqi qaydaları isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün könüllü birdəfəlik ödənişlər yalnız məqsədli təyinatı üzrə istifadə olunur.

Yerli xərclərin həcmi və istiqamətləri büdcə təsnifatına uyğun olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

Yerli büdcələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.

Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək olmamalıdır.

Dotasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alına bilər.

Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyəti orqanları tərəfındən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca sətirlə göstərilir.

Yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fıziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır.

Dövlət büdcəsindən dotasiya almaq nəzərdə tutulduqda yerli büdcənin layihəsi «Dövlət büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsi ilə müəyyən edilən sənədlər və məlumatla birgə may ayının 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunur.

Yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi qaydası qanunvericiliyə uyğun olaraq bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyənin qərarı ilə cari ilin dekabr ayının 25-dən gec olmayaraq təsdiq edilir.

Yerli büdcənin kassa icrası bələdiyyənin müraciəti əsasında dövlət xəzinədarlığı vasitəsilə və ya qanunvericiliklə müəyyən edilmiş digər üsullarla həyata keçirilə bilər.

Bələdiyyələrin gəlir və xərc əməliyyatları onların müraciətləri əsasında dövlət xəzinədarlığı vasitəsilə həyata keçirildikdə uçot-hesabatın təşkili üzrə texniki xidməti dövlət xəzinədarlığı təmin edir. Bələdiyyələrin maliyyə əməliyyatları dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilmədiyi hallarda, belə əməliyyatlar üzrə ödəmə və uçot-hesabat işlərinin aparılması qaydaları qanunvericiliklə müəyyən edilir.

Bələdiyyələr büdcə ilindən sonrakı ilin birinci iş günü gəlir və xərclər üzrə əməliyyatların dövlət xəzindarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə bilər.

Yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla, mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər apara bilərlər.

Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır.

Bələdiyyələr maliyyə əməliyyatları apararkən bütün maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar.

Yerli büdcənin icrası haqqında illik hesabat bələdiyyələrin nizamnaməsində müəyyən edilmiş qaydada təsdiq edilir və bu barədə bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir.

Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, büdcə kəsirinin son həddini aşmasına səbəb olarsa, müdafıə olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir.

Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərin uyğunluğuna nəzarət bələdiyyə tərəfindən həyata keçirilir və bu məqsədlə auditorları cəlb etmək hüququna malikdir.

Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin yerinə yetirilməsi üçün ayırdıqları maliyyə vəsaitinin istifadəsinə nəzarəti həmin orqanlar həyata keçirirlər.


    1. Yüklə 0,67 Mb.

      Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin