digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə 535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar;
məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Hesabat dövrü üzrə xalis mənfəət (zərər) sətri üzrə:
bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət(zərər)” sintetik hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətri üzrə:
əvvəlki hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklərə aid olan sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş ümumiləşdirilmiş məlumatların cəmi göstərilir.
Əvvəlki hesabat dövrünün sonuna balans sətri üzrə:
əvvəlki hesabat dövrünün əvvəlinə düzəliş edilmiş balans və dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş ümumiləşdirilmiş məlumatların cəmi göstərilir.
Hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər
Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri üzrə:
– digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №- li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Əmlakın əvəzsiz verilməsindən qazanc və itkilər sətri üzrə: