hazırlanmadığı halda xüsusi açıqlamaları. Bu zaman, maliyyə hesabatlarının fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmaması faktı və onun səbəbləri açıqlanmalıdır;
dərc olunmaq üçün təsdiq edilmə tarixinin açıqlanmasını. Təşkilat maliyyə hesabatlarının dərc olunması üçün bu hesabatların nə vaxt və kim tərəfindən təsdiq edildiyini açıqlamalıdır. Əgər digər qurumun maliyyə hesabatlarına onların dərc olunmasından sonra düzəliş etmək səlahiyyəti varsa, təşkilat bu faktı açıqlamalıdır;
hesabat tarixinə olan şərtlər haqqında açıqlamanın dəqiqləşdirilməsi. Əgər təşkilat hesabat tarixindən sonra, lakin maliyyə hesabatlarının dərc olunması üçün hesabatların təsdiq edilmə tarixindən əvvəl mövcud olan şərtlər haqqında məlumat almışdırsa, təşkilat yeni məlumatlar əsasında həmin şərtlərlə bağlı açıqlamaları dəqiqləşdirməlidir;
maliyyə hesabatlarına düzəliş edilməsini tələb etməyən hesabat tarixindən sonrakı hadisələrin açıqlanmasını. Təşkilat düzəliş edilməsini nəzərdə tutmayan balans hesabatı tarixindən sonrakı hadisələrin hər əhəmiyyətli kateqoriyası üzrə aşağıdakı məlumatları açıqlamalıdır:
hadisənin maliyyə təsirinin qiymətləndirilməsi haqqında və ya belə bir qiymətləndirmənin mümkünsüzlüyü haqqında bəyanat.
Maliyyə alətləri – məlumatın açıqlanması və təqdim edilməsi: Məlumatın açıqlanması:
Təşkilat tərəfindən tanınan və tanınmayan maliyyə alətləri ilə bağlı risklərin miqyasının qiymətləndirilməsi baxımından aşağıdakı məlumatlar açıqlanmalıdır:
Qiymət riski –valyuta riski, faiz dərəcəsi riski və bazar riskindən ibarətdir.
Valyuta riski – xarici valyuta məzənnəsində baş verən dəyişikliklər səbəbindən maliyyə alətinin dəyərinin dəyişilməsi riskidir.
Faiz dərəcəsi riski – bazarda mövcud olan faiz dərəcələrində baş verən dəyişikliklər səbəbindən maliyyə alətinin dəyərinin dəyişilməsi riskidir.
Bazar riski – fərdi qiymətli kağızlar və ya onların emitentləri üçün xarakterik olan və ya bazarda alınıb və satılan bütün qiymətli kağızlara təsir edən amillər səbəbindən yaranıb-yaranmamasından asılı olmayaraq bazar qiymətlərində baş verən dəyişikliklər səbəbindən maliyyə alətinin dəyərinin dəyişilməsi riskidir. Qiymət riski termini zərər və mənfəət ehtimalını ifadə edir.
Kredit riski– maliyyə alətinin bir tərəfin öhdəliyi yerinə yetirə bilməməsi və digər tərəf üçün maliyyə itkiləri yaratması riskidir;