Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə95/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Maliyyə icarəsi:

İcarəçi maliyyə icarəsi üçün aşağıdakı açıqlamaları təqdim etməlidir:



  • aşağıdakı dövrlərdən hər biri üçün ləğv edilməyən əməliyyat icarəsi üzrə gələcək minimal icarə ödənişlərinin cəmi;

  • bir ildən artıq olmayan dövr;

  • bir ildən çox, lakin beş ildən artıq olmayan dövr;

  • beş ildən artıq olan dövr;

  • hesabat tarixində ləğv edilməyən subicarə üzrə alınması gözlənilən gələcək minimal subicarə ödənişlərinin cəmi;

  • minimal icarə ödənişləri və subicarə ödənişləri üçün ayrı-ayrı məbləğləri göstərərək, xərc kimi tanınan icarə və subicarə ödənişləri;

  • icarəçi tərəfindən bağlanan əhəmiyyətli icarə müqavilələrinin aşağıdakı şəkildə ümumi təsviri;

  • icarə ödənişlərinin müəyyən edilməsinin əsası;

  • icarə müqavilələri ilə xalis mənfəət üzrə daxilolmalara, kapital qoyuluşları üzrə daxilolmalara, dividendlərə, əlavə borca, təkrar icarəyə qoyulan məhdudiyyətlər.

İcarəyə verən subyektlər maliyyə icarəsi üçün aşağıdakı açıqlamaları təqdim etməlidir:

  • aşağıda qeyd edilən dövrlərdən hər biri üçün icarəyə qoyulmuş ümumi investisiyanın və minimal icarə ödənişləri üzrə debitor borclarının hesabat tarixində olan diskontlaşdırılmış dəyərlərini;

  • bir ildən artıq olmayan dövr;

  • bir ildən çox, lakin beş ildən artıq olmayan dövr;

  • beş ildən artıq dövr;

  • qazanılmamış maliyyə gəlirini;

  • icarəyə verən subyektin xeyrinə yığılmış zəmanətsiz qalıq dəyərlərini;

  • minimal icarə ödənişləri üzrə ödənilməyən debitor borclarının təmin edilməsi məqsədilə yaradılan yığılmış ehtiyat fondunu;

  • maliyyə hesabatlarında xərc kimi tanınan şərti icarə haqlarını;

  • icarəyə verən subyektin bağladığı əhəmiyyətli icarə müqavilələrinin ümumi təsvirini.
Əməliyyat icarəsi

İcarəyə verən (icarəyə götürən) subyektlər əməliyyat icarəsi üçün aşağıdakı açıqlamaları təqdim etməlidir:

  • icarəyə verilmiş (götürülmüş) torpaq, tikili və avadanlıqların adı;

  • icarəyə götürülmüş (verilmiş) torpaq, tikili və avadanlıqların mülkiyyətçilərinin adı;

  • dövr üzrə müqavilə ilə müəyyən edilmiş minimal icarə haqqı;

  • dövr üzrə maliyyə fəaliyyətinə dair hesabatda tanınmış ümumi icarə

haqqı;

  • icarə müqavilələrinin ümumi təsviri;

  • icarəyə götürülmüş torpaq, tikili və avadanlıqların analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma №1Q-də icarədarlar tərəfindən aparılır.
Balans hesabatı tarixindən sonrakı hadisələr:

Balans hesabatı tarixindən sonrakı hadisələr aşağıdakı açıqlamaları tələb

edir:

  • maliyyə hesabatları fəaliyyətin fasiləsizliyi prinsipi əsasında



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin