Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə97/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Likvidlik riski – maliyyələşdirmə riski kimi də adlandırılan likvidlik riski təşkilatın maliyyə alətləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün vəsait əldə etməsi istiqamətində çətinliklərlə üzləşməsi riskidir;

Pul vəsaitinin hərəkəti riski – monetar maliyyə alətləri ilə bağlı olan gələcək pul vəsaitlərinin məbləğinin dəyişilməsi riskidir.
Riskin idarə edilməsi siyasətinin açıqlanması

Təşkilat özünün maliyyə riskinin idarə edilməsi məqsədlərini və siyasətini təsvir etməlidir.

Təşkilat alətlərin xüsusiyyətlərini, onların tanınıb-tanınmaması və tanındığı təqdirdə tətbiq edilən ölçülmə tələblərini və bu kimi məsələləri nəzərə almaqla məlumatların açıqlanması tələblərinə uyğun olaraq maliyyə alətlərini siniflər üzrə qruplaşdırmalıdır.


Şərtlər, şərait və uçot siyasətləri

Təşkilat həm tanınan, həm də tanınmayan maliyyə aktivlərinin, maliyyə öhdəliklərinin və kapital alətinin hər bir sinfi üçün aşağıdakıları açıqlamalıdır:

  • maliyyə alətlərinin miqyasına və xüsusiyyətinə, o cümlədən pul vəsaitlərinin gələcək hərəkətinə kəmiyyət, zaman və yəqinlik baxımından təsir edə bilən əhəmiyyətli şərtlərə və şəraitə dair məlumat;

  • qəbul olunan uçot siyasəti, o cümlədən tətbiq edilən tanınma və ölçülmə meyarları.

Təşkilat tərəfindən fərdi qaydada və ya sinif şəklində saxlanılan və ya buraxılan maliyyə alətləri potensial əhəmiyyətli risk təhlükəsi yaradan zaman aşağıdakı şərtlər və şəraitlər açıqlanmalıdır:

  • əsas, bəyan edilən nominal və gələcək ödənişlərin əsaslandığı digər oxşar dəyərlər;

  • ödəniş, yekun və icra tarixləri;

  • alətin əsas məbləği üzrə daxil olan və ya ödənilən pul vəsaitlərinin həcmi və tarixi;

  • kreditin əsas məbləği üzrə faiz dərəcəsinin, dividendin və ya dövri gəlirlərin bəyan edilən nisbəti və ya məbləği;

  • maliyyə aktivi üçün saxlanılan zəmanət və ya maliyyə öhdəliyi üçün saxlanılan girov;

  • dəyişilən alət əvəzində əldə edilən alət üçün (a)-(d) maddələrində göstərilən informasiya.

  • maliyyə vəziyyətinə dair hesabatda təqdim olunan maliyyə aləti alətin hüquqi formasından fərqləndiyi təqdirdə, təşkilat qeydlərdə alətin xüsusiyyətini izah etməlidir;

  • maliyyə alətləri baxımından aşağıdakılara açıqlamalar verilməlidir:

  • maliyyə vəziyyətinə dair hesabatda maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin nə vaxt tanınmasına və tanınmanın nə vaxt dayandırılmasına dair tətbiq edilən meyarlar;

  • maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin həm ilkin, həm də sonrakı tanınması zamanı tətbiq olunan qiymətləndirmə bazası və metodu;

  • maliyyə aktivləri və maliyyə öhdəlikləri üzrə yaranan gəlir və xərclərin tanınması və ölçülməsi bazası.

Təşkilat ədalətli dəyər əsasında köçürülən maliyyə aktivləri və maliyyə öhdəliklərinin balans dəyərinin təyin edilmiş bazar qiymətləri, müstəqil qiymətləndirmə, diskont edilmiş pul vəsaitlərinin təhlili və ya digər başqa münasib metod əsasında müəyyən edilməsini, eləcə də sözügedən metodların tətbiqi ilə bağlı edilən istənilən əhəmiyyətli ehtimalları açıqlamalıdır.

Təşkilat maliyyə hesabatlarında reallaşdırılan və reallaşdırılmayan mənfəət və zərərə, iştirak payına və maliyyə aktivləri və maliyyə öhdəlikləri ilə bağlı maddələri açıqlamalıdır.



Təşkilat, hətta maliyyə vəziyyətinə dair hesabatda əks olunan müvafiq maliyyə aktivləri və maliyyə öhdəliklərinin qarşılıqlı əvəz edilmədiyinə baxmayaraq gəlir və xərc maddələrinin xalis əsasda təqdim edilməsinə səbəb olan əhəmiyyətli məlumatları açıqlamalıdır.
Ədalətli dəyər

Təşkilat həm tanınan, həm də tanınmayan maliyyə aktivləri və maliyyə öhdəliklərinin hər bir sinfi üçün ədalətli dəyər barədə məlumatı açıqlamalıdır. Maliyyə aktivinin və ya maliyyə öhdəliyinin ədalətli dəyərini kifayət qədər etibarlı şəkildə müəyyən etmək mümkün olmadıqda, bu fakt və müvafiq maliyyə alətinin ədalətli dəyəri ilə bağlı əsas xüsusiyyətlərə dair məlumat açıqlanmalıdır.
Ədalətli dəyərdən yüksək məbləğlə köçürülən maliyyə aktivləri

Təşkilat bir və daha çox maliyyə aktivini onun ədalətli dəyərindən yüksək qiymətdə köçürən zaman aşağıdakıları açıqlamalıdır:

  • fərdi aktivlərin və ya bu aktivlərin münasib qruplarının hər hansı birinin balans dəyərini və ədalətli dəyərini;

  • balans dəyərinin azaldılmamasının səbəblərini, o cümlədən rəhbərliyin aktivin balans dəyərinin bərpa olunacağı qənaətinə gəlməsi üçün dəlillərin mahiyyətini.
Digər açıqlamalar

Maliyyə hesabatlarının istifadəçilərinin maliyyə alətləri ilə bağlı anlayışını artıra bilən əlavə açıqlamaların verilməsi tələb olunur. Əhəmiyyətli olduğu təqdirdə təşkilat aşağıdakı məlumatları açıqlamalıdır:

  • hesabat dövründə gəlir və xərc kimi tanınmış maliyyə aktivləri və maliyyə öhdəliklərinin ədalətli dəyərindəki dəyişikliyin ümumi məbləği.
Daşınmaz əmlaka investisiyalar. Məlumatın açıqlanması. Ədalətli dəyər və ilkin dəyər modelləri

Aşağıdakı məlumatlar açıqlanmalıdır:

  • investisiya məqsədli daşınmaz əmlakını maliyyə icarəsi şərtlərilə əldə edən təşkilat bu icarə haqqında məlumatı;

  • investisiya mülkiyyətini əməliyyat icarəsi şərtləri ilə verən təşkilat bu icarə haqqında məlumatı;

  • tətbiq etdiyi ədalətli dəyər modelini və ya ilkin dəyər modelini;

  • aşağıda göstərilənlər üzrə mənfəət və zərərdə tanınmış məbləğləri;

  • investisiya məqsədli daşınmaz əmlakın icarəyə verilməsindən gəliri;

  • dövr ərzində icarədən gəlir gətirmiş investisiya məqsədli daşınmaz əmlak üzrə birbaşa əməliyyat xərclərini (təmir və saxlanılma xərcləri daxil olmaqla);

  • dövr ərzində icarə gəliri gətirməmiş investisiya məqsədli daşınmaz əmlak üzrə birbaşa əməliyyat xərclərini (təmir və saxlanılma xərcləri daxil olmaqla);

  • məbləği göstərməklə investisiya məqsədli daşınmaz əmlakın satılmasının mümkünlüyünə və ya xaricolmadan gəlir və daxilolmaların köçürülməsinə məhdudiyyətlərin mövcudluğu;

  • investisiya məqsədli daşınmaz əmlakın alışı, tikilməsi və ya hazırlanması və ya təmir olunması, saxlanılması və ya təkmilləşdirilməsi üzrə müqavilə öhdəliklərini.
Torpaq, tikili və avadanlıqlar üzrə məlumatın açıqlanması

Maliyyə hesabatlarında torpaq, tikili və avadanlıqların hər bir sinfi üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır:

  • ümumi balans dəyərinin müəyyən edilməsində istifadə olunan qiymətləndirmə əsasları;

  • tətbiq edilən amortizasiya metodları;

  • tətbiq edilən faydalı istifadə müddətləri və ya amortizasiya dərəcələri;

  • dövrün əvvəlinə və sonuna olan ümumi balans dəyəri və yığılmış amortizasiya;

  • aşağıdakıları əks etdirmək üçün dövrün əvvəlinə və sonuna olan balans dəyərinin yoxlanılması:

  • artım fərqləri;

  • xaricolmalar;

  • müəssisələrin birləşməsi vasitəsilə əldə etmələr;

  • tanınan qiymətdən düşmə zərərləri;

  • hesabat verən təşkilatın xarici fəaliyyətinin təqdimat valyutasına keçməsi daxil olmaqla, maliyyə hesabatlarının əməliyyat valyutasından təqdimat valyutasına yenidən hesablanması nəticəsində yaranan xalis məzənnə fərqləri.

Torpaq, tikili və avadanlıqların hər bir sinfi üçün maliyyə hesabatlarında əlavə olaraq həmçinin aşağıdakılar açıqlanmalıdır:

  • mülkiyyət hüquqları məhdud olan aktivlərin mövcud olması və onların balans dəyərləri və həmçinin öhdəliklər üzrə təminat şəklində girov qoyulan torpaq, tikili və avadanlıqlara aid aktivlərin balans dəyərləri;

  • torpaq, tikili və avadanlıqların inşası müddətində onların balans dəyərində tanınan məsrəflərinin həcmi;

  • torpaq, tikili və avadanlıqların əldə edilməsi üzrə müqavilə öhdəliklərinin həcmi;

  • maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata daxil edilmiş qiymətdən düşmüş, itirilmiş və ya imtina edilmiş torpaq, tikili və avadanlıq obyektləri üzrə üçüncü tərəflərdən əldə olunmuş kompensasiyanın məbləği.

Əgər torpaq, tikili və avadanlıqlar obyekti yenidənqiymətləndirmə dəyəri ilə təqdim edilərsə, bu zaman aşağıdakılar açıqlanmalıdır:

  • yenidən qiymətləndirmənin keçirilməsi tarixi;

  • müstəqil qiymətqoyma mütəxəssisinin cəlb edilib-edilməməsi;

  • aktivin ədalətli dəyərinin birbaşa olaraq fəal bazarda və ya əməliyyatın həyata keçirilməsində maraqlı olan, yaxşı məlumatlandırılmış və bir-birindən asılı olmayan tərəflər arasında ən son əməliyyatlarda müşahidə oluna bilən bazar qiymətlərinə, ya da digər qiymətləndirmə üsullarına istinadən müəyyənləşdirilmə dərəcəsi;

  • dövr ərzində baş vermiş dəyişiklikləri səhmdarlar və ya digər iştirak payı sahibləri arasında qalığın bölüşdürülməsi üzrə hər hansı məhdudiyyətləri göstərərək yenidənqiymətləndirmə artımının məbləği;

  • müvafiq sinfə daxil olan torpaq, tikili və avadanlıqların hər bir maddələri üzrə bütün yenidən qiymətləndirilən mənfəətin məbləği;

  • müvafiq sinfə daxil olan torpaq, tikili və avadanlıqların hər bir maddələri üzrə bütün yenidən qiymətləndirilən zərərin məbləği.
Seqment hesabatları Məlumatın açıqlanması:

  • təşkilat hər bir seqment üçün seqment gəlirini və seqment xərcini açıqlamalıdır. Büdcə ayırmaları və ya oxşar bölüşdürmələrdən, kənar mənbələrdən və digər seqmentlərlə əməliyyatlardan əldə olunan seqment gəliri hər biri ayrı- ayrılıqda təqdim edilməlidir;

  • təşkilat seqment aktivlərinin ümumi balans dəyərini hər bir seqment üçün açıqlamalıdır;

  • təşkilat seqment öhdəliklərinin ümumi balans dəyərini hər bir seqment üçün açıqlamalıdır;

  • seqment nəticəsinin açıqlanması tələb edilmir.
Seqment üzrə əlavə məlumat

Uçot siyasəti və izahlı qeydlərdə həm xidmət, həm də coğrafi seqmentlər üzrə aşağıdakı minimum məlumatın açıqlanması tələb olunur:

  • hər bir təqdim edilmiş xidmət seqmentinə daxil edilmiş mal və xidmətlərin növlərini;

  • hər bir coğrafi hesabat seqmentinin tərkibini;

  • xidmət və ya coğrafi seqmentlərin qəbul edilmədiyi halda onların xüsusiyyətini.

Təşkilat hər bir coğrafi seqment və xidmət seqmenti üzrə aşağıdakı məlumatlarını açıqlamalıdır:

  • seqment xərclərini;

  • seqment aktivlərinin ümumi balans dəyərini.

Bir neçə dövr ərzində istifadə edilməsi nəzərdə tutulan seqment aktivlərinin əldə edilməsi üçün müvafiq dövr üzrə ümumi xərclər (torpaq, tikili, avadanlıqlar və qeyri-maddi aktivlər).

Seqmentlərarası qiymətqoyma, köçürmələrin və onlarda baş verən istənilən dəyişikliyin əsası uçot siyasəti və izahlı qeydlərdə açıqlanmalıdır.


Pul vəsaitləri yaratmayan aktivlərin qiymətdən düşməsi barədə məlumatın açıqlanması

Təşkilat aktivlərin hər bir sinfi üzrə aşağıdakıları açıqlamalıdır:

  • dövr ərzində mənfəət və ya zərərdə tanınmış qiymətdəndüşmə zərərlərinin məbləğini və həmin zərərlərin əks olunduğu maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın müvafiq maddələrini;

  • dövr ərzində mənfəət və ya zərərdə tanınmış qiymətdəndüşmə zərərlərinin “storno” edilmiş məbləğini və həmin zərərlərin “storno” olunduğu maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın müvafiq maddələrini.

Təşkilat dövr ərzində tanınmış və ya “storno” edilmiş hər əhəmiyyətli qiymətdəndüşmə zərəri üzrə aşağıdakı informasiyanı açıqlamalıdır:

  • qiymətdəndüşmə zərərinin tanınmasına və yaxud “storno” edilməsinə səbəb olan hadisə və şərtləri;

  • tanınmış və yaxud “storno” edilmiş qiymətdəndüşmə zərərinin məbləğini;
Ümumi Dövlət Sektoru haqqında maliyyə məlumatının açıqlanması Açıqlamalar

Ümumi dövlət sektoru üzrə təqdim edilən açıqlamalar aşağıdakıları əhatə etməlidir:

  • digər sektorlar üzrə investisiyaları ayrıca göstərməklə əsas siniflər üzrə aktivlər;

  • əsas siniflər üzrə öhdəliklər;

  • xalis aktiv/kapital;

  • yenidən qiymətləndirmə üzrə ümumi artımlar və azalmalar, eləcə də, birbaşa olaraq xalis aktivlərdə/kapitalda tanınan digər gəlir və xərc maddələri;

  • əsas siniflər üzrə gəlirlər;

  • əsas siniflər üzrə xərclər;

  • mənfəət və ya zərər;

  • əsas sinif üzrə pul vəsaitləri hərəkətləri.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları ilə uzlaşdırma

Ümumi dövlət sektorunun açıqlamaları hökumətin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları ilə uzlaşdırılmalı və bu zaman, müvafiq maliyyə hesabatlarında hər bir ekvivalent maddə üzrə uzlaşdırılan məbləğ ayrıca göstərilməlidir.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında verilən ümumi dövlət sektoru üzrə açıqlamaların maliyyə hesabatlarının statistik bazası çərçivəsində təqdim edilən ümumi dövlət sektoru üzrə açıqlamalar ilə uzlaşdırılması tələb edilmir.


Qeyri-birja əməliyyatları üzrə gəlirlərin açıqlanması

Təşkilat müvafiq uçot siyasəti və izahlı qeydlərdə aşağıdakıları açıqlamalıdır:

  • əsas siniflər üzrə ayrıca göstərməklə hesabat dövründə tanınan qeyri- birja əməliyyatları üzrə gəlirlərin məbləğini:

  • qeyri-birja gəlirləri üzrə tanınan debitor borcların həcmini;

  • şəraitin təsirinə məruz qalan aktivlər üzrə tanınan öhdəliklərin həcmini;

  • məhdudiyyətlərin təsirinə məruz qalan tanınan aktivlərin həcmi və müvafiq məhdudiyyətlərin xüsusiyyətlərini;

  • qeyri-birja əməliyyatları üzrə qabaqcadan alınmanın mövcudluğu və həcmini;

  • silinən öhdəliklərin həcmini.
Maliyyə hesabatlarında Büdcə məlumatlarının təqdimatı. Büdcə və faktiki məbləğlərin müqayisəsinin təqdim edilməsi:

Dövlət büdcəsindən maliyyələşən təşkilat təqdim edilən maliyyə hesabatlarında ayrıca büdcə məbləğləri ilə faktiki məbləğlər arasında müqayisəni təqdim etməlidir.

Büdcə və faktiki məbləğlərin müqayisəsi aşağıdakı kimi ayrıca təqdim edilməlidir:



  • ilkin və yekun büdcə məbləğləri;

  • müqayisə əsaslı faktiki məbləğlər;

  • maliyyə hesabatları ilə birgə hazırlanan digər ictimai sənədlərə daxil olmadığı təqdirdə, təşkilatın büdcə ilə faktiki məbləğlər arasında əhəmiyyətli fərqlərin açıqlanması.
Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlərdə sair açıqlamalar Məsuliyyətli mühafizəyə qəbul edilmiş aktivlər üzrə dövlət büdcəsindən

maliyyələşən təşkilatlar tərəfindən aşağıdakı məsuliyyətli mühafizəyə qəbul edilmiş aktivlərə dair:

– müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı məqsədi ilə;



  • emal edilmək məqsədi ilə;

  • müqavilələr üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvəqqəti alınmış xüsusi avadanlıqlar;

  • digər məqsədlər üçün qəbul olunmuş və qaytarılmış aktivlər.

Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətlilərin analitik uçotu mal-material dəyərlilərin növləri və saxlanılma yerləri, müqavilə və ya onların alınma qiymətləri üzrə ayrı-ayrılıqda əmlakın (qiymətlilərin) uçot kartı forma №1Q-də aparılır.

Ciddi hesabat sənədləri üzrə müəyyən olunmuş qaydada təsdiq edilmiş, saxlanılan və hesabat üçün istifadəyə verilən attestatlar, diplomlar, əmək kitabçaları və ciddi hesabat sənədlərinə dair məlumatlar açıqlanmaqla onların analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.



Ümidsiz debitor borcların silinməsi üzrə ödənilməsi mümkün olmayan ümidsiz debitor borcları (5 il müddətinə) açıqlanır. Ümidsiz borcların ödənişi üçün alınmış məbləğlər müvafiq büdcə gəlirlərinə aid edilməklə analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma №1Q-də aparılır.


Ə L A V Ə L Ə R

«Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə təşkilatları üçün Milli Mühasibat


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin