məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Xalis aktivlərdə (kapitalda) tanınan gəlir sətri üzrə:
digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №- li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar;
məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın hesabat dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Hesabat dövrü üzrə xalis mənfəət (zərər) sətri üzrə:
bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın hesabat dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)”sintetik hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətri üzrə:
hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklərə aid olan sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş ümumiləşdirilmiş məlumatların cəmi göstərilir.
Hesabat dövrünün sonuna balans sətri üzrə:
əvvəlki hesabat dövrünün sonuna balans və dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş ümumiləşdirilmiş məlumatların cəmi göstərilir.
XIII FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ PUL VƏSAİTLƏRİ HƏRƏKƏTİ HAQQINDA HESABAT
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat,
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat,
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat, 13.4. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) üzrə hesabat.
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
“Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” 2 №-li Milli Mühasibat uçotu Standartı ilə müəyyən edilmişdir.
Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən əvvəlki və cari hesabat dövrü ərzində “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da pul vəsaitlərinin hərəkəti aşağıdakı kimi qruplaşdırılmaqla təqdim olunur:
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti;
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti;
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti;
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması).
Dövlət büdcəsindən maliyyələşən təşkilat pul vəsaitlərinin hərəkəti haqqında hesabatı xalis pul vəsaitlərinin daxilolmaları və xaricolmalarının əsas növləri haqqında informasiyanı açıqlayan birbaşa metoddan istifadə etməklə hazırlamalıdır.
Birbaşa metodun istifadəsi zamanı pul vəsaitlərinin xalis daxilolmaları və xaricolmalarının əsas növləri barədə informasiya dövlət büdcəsindən maliyyələşən təşkilatın uçot sənədlərindən əldə edilə bilər.
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
vergilər, rüsumlar və cərimələr nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları;
mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları;
qrantlar və ya transfertlər və büdcə təşkilatı tərəfindən həyata keçirilən digər vəsaitlər və büdcə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları;
royalti, haqlar, komisyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “Kassa”, 103 №- li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində əks etdirilir. Cəmi daxilolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə yuxarıda göstərilən sətirlər üzrə daxilolmalarının cəmi əks etdirilir.
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla);
mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri;
işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri;
sığorta şirkətinin sığorta mükafatları və ya iddialar, annuitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin daxilolmaları və ödənişləri;
əməliyyat fəaliyyəti ilə əlaqədar olan müvafiq vergilərin, tədiyələrin ödənilməsi ilə bağlı pul vəsaitlərinin ödənişləri;
məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri;
büdcəyə qaytarılan vəsait.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “kassa”, 103 №- li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində əks etdirilir.
Cəmi xaricolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti sətrində cəmi daxilolmalar sətrində göstərilmiş məbləğdən cəmi xaricolmalar sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir.
İnvestisya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri;
digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla);
investisiyanın satılmasından gəlirlər.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən investisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “kassa”, 103 №- li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində əks etdirilir.
Cəmi daxilolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə yuxarıda göstərilən sətirlər üzrə daxilolmaların cəmi əks etdirilir.
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gücünə inşa edilmiş torpaq, tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir;
digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla);
xarici valyutada qiymətli kağızların alınması.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən investisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “kassa”, 103 №- li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində əks etdirilir.
Cəmi xaricolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti sətrində cəmi daxilolmalar sətrində göstərilmiş məbləğdən cəmi xaricolmalar sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir.
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vərəqələrinin, girov (ipoteka) kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından yaranan pul vəsaitlərinin daxilolmaları;
alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “Kassa”, 103 №- li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində əks etdirilir.
Cəmi daxilolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə yuxarıda göstərilən sətirlər üzrə daxilolmaların cəmi əks etdirilir.
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr;
maliyyə icarəsi üzrə yerinə yetirilməmiş öhdəliyin qalıq məbləğinin azaldılması üçün icarəyə götürən tərəfindən pul vəsaitlərinin ödənişləri;
borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “Kassa”, 103 №- li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən bank
hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində əks etdirilir.
Cəmi xaricolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti sətrində cəmi daxilolmalar sətrində göstərilmiş məbləğdən cəmi xaricolmalar sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir.
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) üzrə hesabat
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) bölməsində pul vəsaitlərinin hərəkəti barədə aşağıdakı sətirlər üzrə ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması);
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq;
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq.
Dostları ilə paylaş: |