A.Rapoport və T.Şellinq onu praktiki danışıqlara tətbiq etməklə müsbət nəticələr qazana bildilər. Maraqlı budur ki, belə bir cəhd diplomatlar, siyasət-çilər tərəfindən yox, nədənsə riyaziyyatçılar tərəfin-dən atıldı.Az sonra ünlü amerikalı tədqiqatçılardan bi-ri olan Q.Rayffa “Oyunlar nəzəriyyəsi” əsasında danı- şıqları aşağıdakı şəkildə qruplaşdırdı:
1 .Sıfır nəticəli oyunlar(hər şey qalib tərəfəçatır) 2.Müsbət nəticəli oyunlar (hər iki tərəf nəsə qa- zanır) 3.Qarışıq oyunlar “Oyunlar nəzəriyyəsi”çərçivəsində danışıqların əsas etibarilə üç formada aparılmasına üstünlük verilir;
1 .İnteqrativ(əməkdaşlıq); 2.Polemik(mübahisəli); 3.Rasional(faydalı); Göstərilən modellərin hər birinin ətraflı yozuma ehtiyacı var.
İnteqrativ(əməkdaşlıq)model Adından göründüyü kimi, bu tipli danışıqlarda tərəflər öz maraq və məqsədlərini elə start nöqtəsin-dən uzlaşdırmaq niyyətində olurlar. Bu cur yanaşma Harvard prinsipləri ilə (R.Fişer və V.Yuri təlimi nə-zərdə tutulur) səsləşir və tərəflərin problemi birgə həl-lində seçdiyi ən qısa, ən səmərəli yoldur. İnteqrativ danışıqlarda tərəflərin hamısı faydalandığından nəti-cə “Oyunlar nəzəriyyəsi”nin “Müsbət nəticəli oyun-lar” qoluna daxil edilə bilər. Təbii ki,bütün formalar-da əməkdaşlıq ilk növbədə tərəflərdən problemi düz-gün qiymətləndirilməsini tələb edir.
Yalnız sonrakı mərhələlərdə müəyyən zaman bici-mində həllini tapacaq ortaq məqsəd tərəfləri bir-ləşdirir. Reallıqda isə mövqelərin bütünlükdə üst-üstə düşməsi inanılmazdır .Belə olsaydı danışıqlara ehti-yac qalmazdı. Deməli, bütün hallarda az da olsa uz-laşmayan xırdalıqlar üzə çıxa bilər. Bunlar inteqrativ danışıqların dəyərini aşağı salmır. Nəticədə tərəflər uzunmüddətli səmərəli əməkdaşlığı davam etdirir.
B əs dövlətlər arasında heç vaxt səngiməyən rə-qabət meylləri fonunda danışıqların tərəflərini (döv-lətlər, hökumətlər və s.) inteqrasiyaya nə vadar edir?