Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası
Milli Məclisinin Bəyanatı
Bu il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı
şəhərində azərbaycanlıların soyqırımının 15 ili tamam olur. Bu hüznlü günlərdə
Azərbaycan xalqı davakar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş
günahsız insanların əziz xatirəsini ehtiramla yad edir.
Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə
çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır
cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidice, Babi Yar kimi dəhşətli faciələri
ilə bir sırada dayanır.
Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini
zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq
müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı
cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar
yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər,
Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular,
Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir
hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdi.
Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci
böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti
hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı.
Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulub
didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən
qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.
Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə
yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri kütləvi
informasiya vasitələrində, mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil
etməyə çağırışlar edirdilər.
1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı; Xocalının xarici
aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsilə həyata keçirilirdi.
1992-ci il yanvarın 28-də "Azərbaycan Hava Yolları" Dövlət Konserninə məxsus
Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri
tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu.
31
Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik
enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli
özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika
ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə
müqavimət göstərməyə qadir deyildilər.
Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı
birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında
və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı.
Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı
erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı
motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın
içərisində yerlə-yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, о
cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi.
487 nəfər Şikəst edildi. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək
ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən
150 nəfərin, о cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum
deyildir.
Beləliklə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin
milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi
nəticə etibarilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı
soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirilə çıxarmışdır.
Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu
soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı
qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun
gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı
həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə
məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının
dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, кörpə uşaqların gözlərini çıxarmış,
hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya
yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq
istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu
quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi,
məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya
üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan
(hazırda - işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Rcspublikasının
yaratdığı oyuncaq qurumun "müdafiə naziri"), Yevgeni Nabokix, Valeri Citcyan
rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində fəal iştirak
32
etmiş alayın hərbi qulluqçularının, habelə digər şəxslərin bir qisminin adları bu gün
Azərbaycan tərəfinə məlumdur.
Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə
iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb
Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi erməni
birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət
əməllərində istifadə edilmişdir.
Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı
zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin
yeni bir mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma
torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini
qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan
torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici
dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı
qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf
rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.
Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutmuş erməni
hərbçilərini və onların havadarlarını təmizə çıxarmaq üçün aparılan təbliğat
kampaniyası bu gün də ara vemir. İddia olunur ki, guya Xocalıya hücum şəhərdəki
"atəş nöqtələri"ni məhv etmək məqsədi ilə həyata keçirilmiş, bu zaman dinc
əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Üzdəniraq təbliğatçıların
dediklərindən az qala belə çıxır ki, guya Xocalıda azərbaycanlılar bir-birini, sonra
da özlərini işgəncə ilə qətlə yetirmişlər. Bəzən onların həyasızlığı elə həddə çatır
ki, Xocalı şəhərində lentə alınmış və ya təsvirləri götürülmüş qanlı qırğın
səhnələrini beynəlxalq ictimaiyyətə azərbaycanlıların ermənilərə qarşı cinayət
əməlləri kimi təqdim edirlər.
Yalançı erməni təbliğatının miqyası ildən-ilə daha da genişləndirilir.
Erməni millətçiləri qonşu dövlətlərə, о cümlədən Azərbaycan Respublikasına qarşı
ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq,
soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən istifadə
edərək, guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə
uydurmaların beynəlxalq səviyyədə qəbul olunmasına cəhdlər göstərirlər. Həm də
bu cəhdlər bir sıra hallarda müəlliflərinə çirkli siyasi "dividendlər" gətirir. Xocalı
faciəsi kimi real soyqırımı aktına göz yuman ауrı-ayrı dövlətlərin parlamentlərinin
təsir altına düşərək, yaxud siyasi konyunkturaya asaslanaraq "erməni soyqırımı"
əfsanəsini müzakirə mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz
aktlar qəbul etməsi yalnız təəssüf hissi doğurur.
Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı
unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır.
33
Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara
çatdırılmalıdırlar.
Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa
İttifaqına, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər
beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə
müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş
Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş
verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul
olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan
dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək
göstərsinlər.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş
ərazilərinin dərhal və qeyd şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin
həyata keçirilməsini tələb edərək, ATƏT-in Budapest, Lissabon və İstanbul
sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament
Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həll
etməyə çağırır. Azərbaycan parlamenti erməni tərəfini sülh prosesində konstruktiv
mövqe tutmağa, silahlı qüvvələrini işğal olunmuş torpaqlardan geri çəkməyə,
Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa çağırır.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının suveren
iradəsini ifadə edərək bir daha bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin
bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt
edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların
hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı
faciəsinin əsl beynəlxalq hüquqi siyasi qiymət almasına, onun ideoloqlarının,
təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır.
Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il 27 fevral
tarixli iclasında qəbul edilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Bəyanatı
1992-ci ilin fevral ayının 26-ı müasir Azərbaycan tarixinə faciəli və
dəhşətli səhifələrdən biri kimi daxil olmuşdur. Məhz həmin gün Azərbaycanın
erməni separatçılarının nəzarəti altında olan Dağlıq Qarabağ regionundakı hissələri
azərbaycanlılardan ibarət Xocalı şəhərinin dinc əhalisinə qarşı xüsusi amansızlıqla
kütləvi terror aktı həyata keçirmiş və nəticədə şəhər tamamilə yandırılmış, mülki
əhali isə amansız vəhşiliklə məhv edilmişdir.
34
Нələ ötən əsrin əvvəllərində ermənilərin soyqırım siyasətinin hədəfinə
çevrilmiş Azərbaycan xalqı 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda,
Qarabağda, Naxçıvanda, Zəngəzurda və Azərbaycanın başqa əyalətlərində
törədilmiş qırğınların, qanlı faciələrin qurbanı olmuşdur.
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə işə erməni silahlı birləşmələri,
keçmiş SSRİ-уə məxsus olan və о dövrdə Dağlıq Qarabağın Xankəndi
(Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min
nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə beş istiqamətdən
hücum etdilər. Ermənilər 366-cı alaya məxsus ağır hərbi texnikanın köməyilə
Xocalı şəhərini yerlə-yeksan etdilər. Dinc mülki əhali-qadınlar, uşaqlar, qocalar və
xəstələr ağlasığmaz vəhşiliklə qətlə yetirildi. Ermənilər XX əsrin ən dəhşətli tarixi
cinayətlərindən bin olan Xocalı soyqırımı törətdilər.
Onların Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti soyqırım aktı
nəticəsində 613 nəfər mülki əhali məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür.
Faciə nəticəsində mindən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq
şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70
nəfəri ahıl qocalar olmuşdur.
XX əsrin sonunda sivil dünyanın insan hüquqlarının aliliyinin qorunduğu
bir vaxtda erməni vəhşiliyinin nəticəsi olan Xocalı soyqırımına dünya
ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini cəlb etmək istiqamətində
Azərbaycan Respublikasının Xarici Siyasət İdarəsi və səfirlikləri tərəfindən də
mütəmadi olaraq tədbirlər həyata keçirilir.
İlk növbədə, aparılan işlər nəticəsində beynəlxalq ictimaiyyət Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin törətdikləri vəhşiliklər
barədə daha geniş məlumatlandırılmışdır. Ölkəmizin xarici dövlətlərdə yerləşən
bütün səfirlikləri tərəfindən Xocalı soyqırımının dəhşətlərini həmin ölkələrin
ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra təbliğat xarakterli tədbirlər həyata
keçirilmişdir. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində məskunlaşmış
azərbaycanlı icmaları da bu mühüm əhəmiyyət kəsb edən təbliğat işlərinə fəal
qoşulmuş, bir sıra təşəbbüslər həyata keçirmişlər. Bu növ tədbirlərin həyata
keçirilməsində əsas məqsəd isə, cəzalandırılmamış cinayət aktlarının yeni
cinayətlərə yol açdığını nəzərə alaraq, Azərbaycan xalqına qarşı törədilmiş bu
qırğınların təkrar olunmasının qarşısını almaqdır.
Bakı, 02 mart 2006-cı il.
35
Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın
Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı
siyasətinin tərkib hissəsidir
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun
Ekspert Komissiyasının
QƏTNAMƏSİ:
Bakı, 24 fevral 2000-ci il: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi dövründə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli
cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın
Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində ermənilərin törətdiyi tarixdə
insanlığa qarşı görünməmiş vəhşilikdir. Bir gecənin içində yüzlərlə günahsız insan
xüsusi qəddarlıqla məhv edilib. Xocalı şəhərinin işğalının faciəli nəticələri
bunlardır: 613 nəfər, о cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 487 nəfər
şikəst olub, 1275 adam əsir götürülüb, 150 nəfər itkin düşüb, şəhərin özü isə yerlə-
yeksan edilib. Bu faciənin nəticəsində onlarca uşaq, qadın və qoca güllələnib.
Ermənistanın silahlı qüvvələri və muzdlular bütöv ailələri məhv edilə, insanları
amansızcasına qətlə yetirmişlər: adamların dərisi soyulub, qulaqları kəsilib və
başlarının dərisi soyulub çıxarılmışdır.
1. Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi: Soyqırımın
hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı
qətnaməsi ilə qəbul edilmiş soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur və hər hansı milli,
etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə
törədilən aşağıdakı hərəkətlərdən ibarətdir:
-bu cür qrup üzvlərinin öldürülməsi;
-belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
-hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan
həyat şəraiti yaradılması;
-bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;
-uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu,
soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən
fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə
görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir
halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin
əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi
əməlin soyqmmı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin
xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud
olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur.
36
Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını
qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin avtomat, pulemyot və başqa
silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz
faktdır.
Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud
olması aydınlaşır:
-tanınan milli, etnik, irqi və ya dini qrupun olması;
-bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);
-tanınan qrupla bağlı soyqmmı hərəkətlərindon hər hansı birinin törədilməsi
(actusreus).
Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı
yönəlməlidir. Başqa qrupa, məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür
hərəkətlər soyqırımı kimi qiymətlondirilə bilməz.
"Soyqırımı" anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair
konkret niyyətin olmasını tələb edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi
niyyot özündə bir neçə cəhəti birləşdirir:
-niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə
şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyət yox,
məhz müəyyən qrupa mənsubluğu soyqırımı qurbanlarını təyin etmək üçün
həlledici meyardır;
-niyyət, özü-özlüyündə, başqasından fərqlənən bir qrupun məhv edilməsindən
ibarət olmalıdır. Soyqırımı bütüv insan qrupunun mövcudluğu hüququnu
tanımaqdan imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının
yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir. Deməli, actus reus
(qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət)
qrupun mövcudluğu əleyhinə yönəlməlidir;
niyyət qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır;
-niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən
ibarət olmalıdır.
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən
qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət son nəticənin əldə
olunması tələb kimi qoyulmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini
təşkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən
məhv edilməsi niyyəti ilə törədilməsi kifayətdir.
Soyqırımı cinayətinin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı
qrupun ən müxtəlif vasitələrlə cismən məhv olunmasını bildirir.
"Barcelona Traction Case" işi üzrə qərarında BMT-nin Beynəlxalq
Məhkəməsi soyqırımı aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes
öhdəliklər adlandırmışdır. Beynəlxalq Məhkəmə soyqırımı cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında Konvensiyanın əsasında duran prinsipləri
37
beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter
daşıyan normalar kimi tanımışdır.
II. Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən
hüquqi sənədlər
1.BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə
qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması
Haqqında Konvensiya.
2.Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı
cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə
cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur).
3.Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4),
4.Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad.l).
5.Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (mad. 6).
6.Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103).
7.Azərbaycan
Respublikası
Prezidentinin
"Azərbaycanlıların soyqırımı
haqqında" 26 mart 1998-ci il tarixli fərmanı.
III.
Xocalı soyqırımınm beynəlxalq hüquqi nəticələri.
Beynəlxalq
hüquq
soyqırımı
cinayəti
ilə
əlaqədar
maşağıdakıları
müəyyənləşdirmişdir:
1.Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması
labüddür.
2.Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd,
soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımda iştirak etmək də cinayət
məsuliyyəti doğurur.
3.Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq
olunmalıdır.
4.Soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad, şəxsi cinayət
məsuliyyətindən azad etmir.
5.Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə
görə rəhbər şəxs məsuliyyət daşıyır.
6.Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq
edilmir.
7.Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.
8.Soyqırımı cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün
tələb edən dövlətə verilməlidir.
Beləliklə, ermanilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara
qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq
soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə bəşəriyyətə
qarşı cinayət sayılır.
Rövşən Mustafayev, siyasi elmlər doktoru, Ekspert Komissiyasının
rəhbəri, AMEA İnsan Hüquqlan İnstitutunun direktoru.
|