Microsoft Word Diabet son versiya docx



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   39   40   41   42   43   44   45   46   ...   49
11.

 

PSİXOLOJİ YARDIM 

 

Şəkərli diabet xəstəliyi barədə diaqnoz qoyulduqdan sonrakı dövr ailələr üçün olduqca 



çətindir  və  onlar  şok, inkar  etmə,  qəzəb,  kədər,  depressiya,  qorxu  və  suçluluq  da  daxil 

olmaqla müxtəlif hisslər keçirə bilirlər. Uşaqlar şəkərli diabet xəstəliyinə düçar olduqda 

bunu  etdikləri  səhvə  görə  cəzalandırıldıqları  hissinə  qapıla  bilirlər.  Şəkərli  diabet 

xəstəliyinə alışmaq vaxt tələb edir və onun öhdəsindən gəlmək hər gün təkrarlanan çətin 

bir missiyadır. Qeyd etmək zəruridir ki, hər ailə müxtəlifdir və şəkərli diabet xəstəliyinin 

öhdəsindən fərqli  şəkildə gəlir. Diabet komandası müntəzəm olaraq uşaq və ailələrinin 

şəkərli diabet xəstəliyinin öhdəsindən necə gəldiklərini qiymətləndirməlidir.  

 

Şəkərli  diabet  xəstəliyinin  öhdəsindən  gəlmək  üçün  uşaq  və  ailələrinə  yardım  məqsədi 



daşıyan strategiya: 

 

• Ailələri şəkərli diabet xəstəliyi barədə ətraflı məlumat əldə etməyə təşviq edin. 



 

• Ailələri qarşılıqlı dəstək məqsədilə şəkərli diabet xəstəliyi barədə əldə etdikləri bilgiləri 

dostları və digər ailələrlə paylaşmağa təşviq edin. 

 



•  Yaşından  və  bacarığından  asılı  olaraq  uşaqları  müalicə  ilə  bağlı  müəyyən  hərəkətləri 

etməyə cəsarətləndirin. 

 

•  Uşaqları  başqaları  ilə  şəkərli  diabet  xəstəliyi  haqqında  söhbət  etmələri  üçün 



cəsarətləndirin – uşaqlar bir çox hallarda şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaq 

və  yeniyetmələr  üçün  yaradılmış  dəstək  qrupları  və  ya  düşərgələrdə  iştirakdan 

bəhrələnirlər. 

 

• Öz hisslərini ifadə etmələri üçün uşaqları ruhlandırın. 



 

• Valideynləri daha pozitiv olmaları məqsədilə ruhlandırın. 

 

•  Valideynləri  müəyyənləşdirilmiş  rejimə  əməl  etməyə,  diqqətlərini  diabet  xəstəliyinə 



deyil, bir fərd kimi uşaqlarına cəmləşdirməyə təşviq edin. 

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 15-ci Fəslinə bax  

 

 




Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin