Microsoft Word Diabet son versiya docx



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   41   42   43   44   45   46   47   48   49
 

12.

 

DİABET VƏ YENİYETMƏLİK 

 

• Yeniyetməlik dövrü elə bir çətin dövrdür ki, gəncin həyatında fiziki, psixoloji, sosial və 



s. – kimi bir çox dəyişikliklərlə müşahidə olunur. 

 

•  Yeniyetməlik  dövründə  diabet  xəstəliyi  iztirablı  ola  bilir.  Müəyyənləşdirilmiş  zəruri 



rejim  azadlığı  və  təbiiliyi  məhdudlaşdırır.  Gənc  insanlar  şəkərli  diabet  xəstəliyinin 

gələcəkdə onları nə ilə qarşılayacağı barədə narahatçılıq keçirə bilirlər və bir çox hallarda 

əlavə dəstək və məsləhətə ehtiyac duyurlar. Çətinliklər üsyan, riskli davranışlar, özünü 

tükətmək  də  daxil  olmaqla  müxtəlif  formalarda  təzahür  edə  bilər,  depressiya  və  qida 

pozuqluğu riski də yüksəkdir.  

 

• Yeniyetmələrin diabetin tənzimlənməsində məsuliyyəti və heç kimin yardımı olmadan 



özləri tərəfindən tibbi yardım almaq bacarıqları artdıqca, valideynlərin daha az təşəbbüs 

göstərmələri  və  daha  çox  dəstəkliyici  rol  oynamaları  zəruridir.  Uşaqlara  erkən  yaşda 

həddindən artıq öhdəliklər yükləmək geniş  yayılmış səhvlərdəndir; lakin, gənclər daha 

müstəqil olduqları zaman onlara müvafiq öhdəliklərin həvalə olunmaması da problemlər 

yarada bilər. Gəncin özü tərəfindən göstərilən qayğı qeyri-adekvatdırsa, valideynləri və 

ailə  üzvləri  müdaxilə  etməli  və  yenidən  şəkərli  diabetlə  əlaqədar  tələb  olunan  tibbi 

yardıma nəzarət etməlidirlər.  

 

•  Şəkərli  diabet  xəstəliyinin  öhdəsindən  gəlmək  üçün  bacarıqlara  yiyələnmək  hədəfi 



daşıyan  diabet  düşərgələri  və  digər  qrup  işlərinin  müəyyən  rejimə  bağlılıq,  həyat 

standartı və qlikemik nəzarətin əldə olunmasına müsbət təsiri var.  

 



• Gənc insanlar eyni zamanda dostlarından da əhəmiyyətli dəstək ala və onlara güvənə 

bilərlər.  Şəkərli  diabet  xəstəliyindən  əziyyət  çəkən  gənclərlə  birlikdə  maarifləndirmə 

kurslarına  və  kliniki  görüşlərə  qatılan  bir  dosta  malik  olmaq  diabet  xəstəliyi  ilə 

barışmağa, uyğunlaşmağa və tənzimləməyə təşviq edə bilir.  

 

• Spirtli içkilərin qəbulu hipoqlikemiya riskini artıra və simptomlarını müəyyən etməkdə 



çətinliklərin  yaranmasına  səbəb  ola  bilər.  Həmçinin,  diabetik  ketoasidozla  nəticələnən 

qusma və dehidratasiyaya da səbəb ola bilər.  

 

•  Yetkinlik  yaşına  çatmış  şəxslərə  qayğı  göstərilməsi  –  Bütün  dünyada  şəkərli  diabet 



xəstəliyindən  əziyyət  çəkən  bir  çox  gənc  uşaq  klinikasından  yetkinlik  yaşına  çatmış 

şəxslər  üçün  nəzərdə  tutulan  xəstəxanalara  keçid  dövrü  ərzində  qayğıdan  məhrum 

olurlar. Şəkərli diabet xəstələrinə xidmət göstərən hər bir müəssisənin bu problemlə bağlı 

effektiv və məhəlli həll yollarını tapması çox vacibdir. 

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 16-cı Fəslinə bax  

 

 



 


Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin