Neonatal dövrdən sonrakı monogenik diabet (əvvəllər şəkərli diabetin bu növü həm
də Yetkinlik Yaşının Diabeti – MODY kimi də tanınırdı). Monogenik diabet xəstəliyi
autosomal dominant transmissiya və auto-anticismlərin təyin edilməməsi ilə xarakterinə
olunan irsi xəstəlikdir.
•
Gənc qadınlarda hamiləlik zamanı
hamiləlik diabeti müşahidə oluna bilər.
16. BEYNƏLXALQ DİABET FEDERASİYASI UŞAQLAR ÜÇÜN HƏYAT
PROQRAMI
Beynəlxalq Diabet Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramı (LFAC) 2001-ci ildə
təsdiq edilib. Proqramın tərəfdaşları Avstraliya Diabet Şurası və Uşaq və Yeniyetmələrdə
Diabet Beynəlxalq Cəmiyyətidir (ISPAD). Proqram məhdud resurslara malik ölkələrin
diabet xəstəliyindən əziyyət çəkən uşaq və gənclərinə (26 yaşınadək) tibbi yardım
göstərən diabet mərkəzlərinə dəstək məqsədi daşıyır. Verilən dəstəyin forması
proqramın imkanlarına və ehtiyaclara müvafiq olaraq dəyişir. Diabet mərkəzləri onlara
yardım göstərilməsi məqsədilə proqramla əlaqə yaradıb müzakirələr apara bilərlər. –
daha ətraflı məlumat əldə etmək üçün
www.lifeforachild.org səhifəsinə bax
“Uşaqlar üçün Həyat” Proqramının (LFAC) veb səhifəsinin xüsusi bölməsində şəkərli
diabet xəstələrinə yardım məqsədi daşıyan resurslar barədə məlumatlar inkişaf etməkdə
olan ölkələrdə istifadə olunan müxtəlif dillərdə yerləşdirilmişdir. Həmin məlumatlar
uşaqlar, gənclər, valideynlər, tibb işçiləri və müəllimlər üçün nəzərdə tutulmuşdur. –
daha ətraflı məlumat əldə etmək üçün Uşaqlar üçün Həyat Tədris Materiallarına bax
Xəbərdarlıq
Beynəlxalq Diabet Federasiyası (IDF) və Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq
Cəmiyyəti (ISPAD) şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərə tibbi yardım
göstərilməsi, məsləhət və tövsiyələrin verilməsi öhdəliyi daşımır. Bu vəsaitdə təqdim
olunan məlumatlar maarifləndirmə və məlumatlandırma üçün nəzərdə tutulub və yalnız
bu məqsədlə istifadə oluna bilər. Bu vəsaitdə təqdim olunan məlumatlar individual tibbi
məsləhət xarakteri daşımır, habelə şəkərli diabet xəstəliyi diaqnozu qoymaq, xəstəliyi
müalicə etmək və ya qarşısını almaq məqsədi də daşımır. Şəkərli diabet xəstəliyindən
əziyyət çəkən şəxslər bu sahədə ixtisaslaşmış tibb müəssisələrinə və işinin peşəkarlarına
müraciət etməli və onlardan məsləhətlər almalıdır. Beynəlxalq Diabet Federasiyası (IDF)
və Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyəti (ISPAD) bu vəsaitdə öz əksini
tapan məlumat, rəy və tövsiyələrin dəqiqliyi, yenilənməsi və ya mükəmməliyinə dair
hüquqi öhdəlik və məsuliyyət daşımır. Beynəlxalq Diabet Federasiyası (IDF) və Uşaq və
Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyəti (ISPAD) bu vəsaitdə öz əksini tapan
məlumat, rəy və tövsiyələrin doğura biləcəyi şəxsi və ya digər xəsarət, zərər və ziyana
görə hüquqi öhdəlik və məsuliyyət daşımır.