Microsoft Word Diabet son versiya docx


 2-Cİ TİP DİABET DƏ DAXİL OLMAQLA UŞAQLARDA DİABETİN



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   41   42   43   44   45   46   47   48   49
15. 2-Cİ TİP DİABET DƏ DAXİL OLMAQLA UŞAQLARDA DİABETİN 

DİGƏR NÖVLƏRİ  

 

2-ci Tip Diabet 



 

•  2-ci  tip  diabet  xəstəliyi  insulin  müqaviməti  (xəstəyə  verilən  insulin  çox  az  effektiv 

olur),  həmçinin  bir  çox  hallarda  insulin  hormonunun  qeyri-kafi  ifrazı  ilə  xarakterizə 

olunur. Artmaqda olan statistik rəqəmlərə əsasən qeyd edə bilərik ki, xəstəliyin bu növü 

çəkisi  yüksək  və  qeyri-aktiv  olan,  ailə  üzvləri  arasında  2-ci  tip  diabet  xəstəliyindən 

əziyyət  çəkən  və  ya  mənsub  olduqları  etnik  mənşəyə  əsasən  yeniyetmələrin  2-ci  tip 

diabet  xəstəliyinə  meyilli  olduğu  yaşca  böyük  uşaqlarda,  xüsusilə  də  yeniyetmələrdə 

müşahidə olunur.  

 

•  2-ci  tip  şəkərli  diabetdən  əziyyət  çəkən  uşaqlarda  adətən  1-ci  tip  diabetdə  müşahidə 



olunan antitel çatışmazlığı yaranır (hər iki növün üst-üstə düşdüyü hallar da müşahidə 

oluna bilər). Onlarda bir qayda olaraq qara akantoz mövcud olur (boyun və qoltuq altı 

nahiyələrdə  dərinin  qara,  məxməri  görüntü  alması).  Metabolik  sindromun  digər 

əlamətləri də müşahidə oluna bilər. 

 

•  Hətta  insanların  bir  çoxunda  1-ci  tip  şəkərli  diabetlə  müqayisədə  2-ci  tip  şəkərli 



diabetin  başlanğıc  mərhələsində  təsiredici  simptomlar  müşahidə  olunmur.  Buna 

baxmayaraq,  1-ci  tip  şəkərli  diabetdə  olduğu  kimi  –  2-ci  tip  şəkərli  diabetdə  də  bəzən 

dehidrataisya və ketoasidoz da daxil olmaqla ağır simptom və əlamətlər muşahidə oluna 

bilər. Hesabatlara əsasən diabet xəstəliyindən əziyyət çəkən gənc insanların 25%-ində 2-

ci  tip  diabet  xəstəliyinin  əlamətləri  müşahidə  olunsa  da  1-ci  tip  diabetdə  olduğu  kimi 

tənzimlənmə tələb edir – 

2-ci Fəslə Bax.

 

 



•  2-ci  tip  diabet  xəstəliyindən  əziyyən  çəkən  xəstələr  ilkin  olaraq  sağlam  qidalanma 

planı, müvafiq fiziki məşqlər və çəkinin azaldılmasına yönəlmiş cəhdlərə müsbət cavab 

verirlər, lakin çox vaxt metformin kimi oral hipoqlikemik preparatlara ehtiyac duyulur, 

daha sonra insulin də tətbiq oluna bilər.   

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 3-cü Fəslinə bax  

 


Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin