Microsoft Word Diabet son versiya docx



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   7   8   9   10   11   12   13   14   ...   49
    Bu səhifədəki naviqasiya:
  • DƏRHAL
2.

 

İnsulini  venadaxili  insulin  pompası  və  ya  damara  sistem  qoşmaqla  köçürmək 

mümkün deyilsə, insulin dərialtı və ya əzələ arası inyeksiya olunmalıdır:  

 

0.1  vahid/kq  qısa  müddətdə  təsir  göstərən  (qedyular,  həll  olunan)  və  ya  sürətli  təsir 

göstərən  insulin  preparatını  qolun  yuxarı  hissəsinə  dərialtı  və  ya  əzələ  arası  inyeksiya 

edin və


 

bu dozanı 1-2 saatdan bir təkrarlayın (Mümkün olduğu qədər tez bir zamanda 

insulinin  daha  müfəssəl  imkanlarla  nəqlini  təmin  edin).

 

Əgər  qanda  qlyukozanın 



səviyyəsi 15 mmol/l (270 mq/dl)-dan azdırsa, NaCl məhluluna qlyukoza/dekstroza əlavə 

edin (hər litr NaCl məhluluna 100ml-in 50%-i qədər qlyukoza/dekstroza əlavə edin və ya 

5% 

qlyukoza/dekstroza 



salin 

istifadə 

edin). 

Bəzən 


qlyukoza/dekstroza 

konsentrasiyasından  yüksək  dozada  istifadə  zərurəti  metabolik  asidozun  qarşısı 

alınmadığı zaman (keton cisimcikləri yarandığı zaman olduğu kimi) qanda qlyukozanın 

səviyyəsini 5-15 mmol/l (90-270mq/dl) saxlamaq üçün yaranır.

  

 

Vacib:  



Keton  cisimcikləri  yox  olanadək  0.05-0.1  v/kq/saat  insulin  verməyə  davam  edin. 

Qlyukozanı  həddindən  artıq  sürətlə  korreksiya  etməyin.  Həcmin  ilkin  olaraq 

artırılması zamanı qanda qlyukozanın konsentrasiyası sürətlə düşür. Bir saat ərzində 

qlyukozanın səviyyəsi 5 mmol/l (90 mq/dl) azaldılmalıdır. Şəkərin səviyyəsinin daha 

sürətli azaldılması beyin şişinin inkişafına səbəb ola bilər (daha ətraflı 2.8-ci bənddə). 

Əgər  qlyukozanın  səviyyəsi  çox  sürətlə  azalırsa,  insulin  nəqlinin  həcmini  0.05 

v/kq/saatdan az olmamaq şərti ilə azaldın – bu halda mayenin tərkibində qlyukoza 

konsentrasiyasının miqdarını artırmaq lazımdır.    

 

 

2.5



 

Kalium əvəzləməsi   

 

Diabetik Ketoasidozdan əziyyət çəkən hər uşağın kalium əvəzləməsinə ehtiyacı var.  



 

 



İlkin qiymətləndirmənin bir hissəsi kimi qanda kaliumun səviyyəsi ölçülməlidir.   

 



 

Əgər  dərhal  bunu  etmək  mümkün  deyilsə,  hipo  və  hiperkalemiya 

elektrokardioqramma  ilə  tədqiq  oluna  bilər.  T  dalğasının  düzləşməsi,  QT  intervalının 

uzanması və U dalğasının yaranması hipokalemiyaya dəlalət edir. Uzun, sivri, simmetrik 

T dalğaları və QT intervalının qısalması hiperkalemiyanın əlamətləridir.   

 



 

Qanda kalium miqdarı məlumdursa və ya sidik ifrazı barədə qeydiyyat aparılmışdırsa 

kalium  əvəzləməsinin  həyata  keçirilməsi  daha  məqsədəmüvafiqdir.  İnsulin  terapiyası 

başlandığı andan dörd saat ərzində miqdar müəyyən olunmayıbsa, hər bir halda kalium 

əvəzlənməsi həyata keçirilməlidir.  

 



 

Venadaxili  maye  inyeksiyasına  40  mmol/L  kalium  xlorid  konsentrasiyası  əlavə  edin. 

Kalium  səviyyəsini  ölçməklə  ölçünü  artırın.  Venadaxili  kalium  köçürülməsinin 

maksimum tövsiyə olunan ölçüsü adətən 0.5 mmol/kq/saatdır.  




 

 



Əgər  kalium  miqdarı  ilkin  olaraq  artırılaraq  verilmişsə,  20  mmol/l  ölçüdə 

konsentrasiya tətbiq olunmalıdır. 

 



 



Kalium  əvəzləməsinin  maksimum  ölçüdə  tətbiq  edilməsinə  baxmayaraq, 

hipokalemiya yenə də davam edirsə, insulin infuziyasının həcmi azaldıla bilər.  

 



 



Oral  Rehidratasiya  Məhlulu  ilə  rehidratasiya  edilən  uşaqlara  kalium  verilməsinə 

ehtiyac yoxdur, belə ki, Oral Rehidratasiya Məhlulunun tərkibində kalium mövcuddur.  

 



 



Hər  altı  saatdan  bir  və  ya  zərurət  varsa,  daha  da  qısa  müddətdə  qanda  kaliumun 

miqdarı nəzarətdə saxlanmalıdır.  

 



 



Venadaxili  kalium  inyeksiyası  mümkün  olmadığı  təqdirdə,  kalium  meyvə  şirəsi, 

banan və ya kokos suyu verilməklə təmin edilə bilər.  

 

 

2.6. Bikarbonatın rolu  



 

Bikarbonat müntəzəm olaraq verilməməlidir. Lakin, bəzi  nadir hallarda, əgər uşaq ağır 

asidemiya ilə əlaqəli şok keçirirsə, bikarbonatdan istifadə olunması daha müvafiqdir.  

 

Əgər  bikarbonatın  verilməsi  zəruridirsə,  60  dəqiqə  ərzində  diqqət  etmək  şərtilə  1-2 



mmol/kq  ölçüdə  venadaxili  inyeksiya  edilməlidir.  Bikarbonat  tətbiq  edilərkən,  ani 

hipokalemiya yaranmasına diqqət edin. 

 

 

2.7. İnfeksiyanın müalicəsi  



 

İnfeksiya diabetik ketoasidozun inkişafını sürətləndirə bilər. Diabetik ketoasidoz zamanı 

bir  çox  hallarda  infeksiyanın  qarşısını  almaq  çətin  olur.  Belə  ki,  ağ  qan  hüceyrələrinin 

sayı  stress  və  asidozdan  dolayı  artır.  Qızdırma  infeksiyanın  ən  bariz  nümunələrindən 

biridir.  

 

İnfeksiya  barədə  şübhələr  mövcuddursa,  geniş  spektrumlu  antibiotiklə  müalicə  tətbiq 



olunmalıdır.  

 

 



2.8. Beyin şişi  

 

Beyin  şişi  nadir  olsa  da  bir  çox  hallarda  diabetik  ketoasidozun  ölümlə  nəticələn 



fəsadlarından biridir.  

 



Bu  hal  idiyosinkratik  olsa  da

 

yaranma  səbəbləri  hiperqlikemiyanın  dərəcəsi,  asidoz, 

dehidratasiya  və  elektrolitlərin  səviyyəsinin  pozulması,  həmçinin  asidozun  sürətli 

korreksiyası, dehidratasiya və ya hiperqlikemiya kimi müxtəlif amillərlə bağlı ola bilir. 

 

İntrakranial təzyiqin sürətlə yüksəlməsi aşağıdakı nəticələri doğura bilər:  



 

 



Baş  ağrıları,  qusma  və  ya  qan  təzyiqinin  yüksəlməsi  ilə  birlikdə  ürək  ritminin 

zəifləməsi 

 



 



Nevroloji vəziyyətdə dəyişiklik (narahatlıq, əsəbilik, əzginliyin artması, hövsələsizlik, 

ürək tutması, koma) 

 



 



Spesifik  nevroloji  əlamətlər  (məsələn  reaksiya  verməyən  şagirdlər,  kranial  sinir 

tutulması), anormal tənəffüs, anormal duruş pozuqluğu 

 



 



Oksigen saturasiyasının aşağı düşməsi (sianoz) 

 

Əgər  beyin  şişi  şübhəsi  varsa  DƏRHAL  aşağıda  qeyd  edilənlər  TƏTBİQ 




Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin