2.
İnsulini venadaxili insulin pompası və ya damara sistem qoşmaqla köçürmək
mümkün deyilsə, insulin dərialtı və ya əzələ arası inyeksiya olunmalıdır:
0.1 vahid/kq qısa müddətdə təsir göstərən (qedyular, həll olunan) və ya sürətli təsir
göstərən insulin preparatını qolun yuxarı hissəsinə dərialtı və ya əzələ arası inyeksiya
edin və
bu dozanı 1-2 saatdan bir təkrarlayın (Mümkün olduğu qədər tez bir zamanda
insulinin daha müfəssəl imkanlarla nəqlini təmin edin).
Əgər qanda qlyukozanın
səviyyəsi 15 mmol/l (270 mq/dl)-dan azdırsa, NaCl məhluluna qlyukoza/dekstroza əlavə
edin (hər litr NaCl məhluluna 100ml-in 50%-i qədər qlyukoza/dekstroza əlavə edin və ya
5%
qlyukoza/dekstroza
salin
istifadə
edin).
Bəzən
qlyukoza/dekstroza
konsentrasiyasından yüksək dozada istifadə zərurəti metabolik asidozun qarşısı
alınmadığı zaman (keton cisimcikləri yarandığı zaman olduğu kimi) qanda qlyukozanın
səviyyəsini 5-15 mmol/l (90-270mq/dl) saxlamaq üçün yaranır.
Vacib:
Keton cisimcikləri yox olanadək 0.05-0.1 v/kq/saat insulin verməyə davam edin.
Qlyukozanı həddindən artıq sürətlə korreksiya etməyin. Həcmin ilkin olaraq
artırılması zamanı qanda qlyukozanın konsentrasiyası sürətlə düşür. Bir saat ərzində
qlyukozanın səviyyəsi 5 mmol/l (90 mq/dl) azaldılmalıdır. Şəkərin səviyyəsinin daha
sürətli azaldılması beyin şişinin inkişafına səbəb ola bilər (daha ətraflı 2.8-ci bənddə).
Əgər qlyukozanın səviyyəsi çox sürətlə azalırsa, insulin nəqlinin həcmini 0.05
v/kq/saatdan az olmamaq şərti ilə azaldın – bu halda mayenin tərkibində qlyukoza
konsentrasiyasının miqdarını artırmaq lazımdır.
2.5
Kalium əvəzləməsi
Diabetik Ketoasidozdan əziyyət çəkən hər uşağın kalium əvəzləməsinə ehtiyacı var.
•
İlkin qiymətləndirmənin bir hissəsi kimi qanda kaliumun səviyyəsi ölçülməlidir.
•
Əgər dərhal bunu etmək mümkün deyilsə, hipo və hiperkalemiya
elektrokardioqramma ilə tədqiq oluna bilər. T dalğasının düzləşməsi, QT intervalının
uzanması və U dalğasının yaranması hipokalemiyaya dəlalət edir. Uzun, sivri, simmetrik
T dalğaları və QT intervalının qısalması hiperkalemiyanın əlamətləridir.
•
Qanda kalium miqdarı məlumdursa və ya sidik ifrazı barədə qeydiyyat aparılmışdırsa
kalium əvəzləməsinin həyata keçirilməsi daha məqsədəmüvafiqdir. İnsulin terapiyası
başlandığı andan dörd saat ərzində miqdar müəyyən olunmayıbsa, hər bir halda kalium
əvəzlənməsi həyata keçirilməlidir.
•
Venadaxili maye inyeksiyasına 40 mmol/L kalium xlorid konsentrasiyası əlavə edin.
Kalium səviyyəsini ölçməklə ölçünü artırın. Venadaxili kalium köçürülməsinin
maksimum tövsiyə olunan ölçüsü adətən 0.5 mmol/kq/saatdır.
•
Əgər kalium miqdarı ilkin olaraq artırılaraq verilmişsə, 20 mmol/l ölçüdə
konsentrasiya tətbiq olunmalıdır.
•
Kalium əvəzləməsinin maksimum ölçüdə tətbiq edilməsinə baxmayaraq,
hipokalemiya yenə də davam edirsə, insulin infuziyasının həcmi azaldıla bilər.
•
Oral Rehidratasiya Məhlulu ilə rehidratasiya edilən uşaqlara kalium verilməsinə
ehtiyac yoxdur, belə ki, Oral Rehidratasiya Məhlulunun tərkibində kalium mövcuddur.
•
Hər altı saatdan bir və ya zərurət varsa, daha da qısa müddətdə qanda kaliumun
miqdarı nəzarətdə saxlanmalıdır.
•
Venadaxili kalium inyeksiyası mümkün olmadığı təqdirdə, kalium meyvə şirəsi,
banan və ya kokos suyu verilməklə təmin edilə bilər.
2.6. Bikarbonatın rolu
Bikarbonat müntəzəm olaraq verilməməlidir. Lakin, bəzi nadir hallarda, əgər uşaq ağır
asidemiya ilə əlaqəli şok keçirirsə, bikarbonatdan istifadə olunması daha müvafiqdir.
Əgər bikarbonatın verilməsi zəruridirsə, 60 dəqiqə ərzində diqqət etmək şərtilə 1-2
mmol/kq ölçüdə venadaxili inyeksiya edilməlidir. Bikarbonat tətbiq edilərkən, ani
hipokalemiya yaranmasına diqqət edin.
2.7. İnfeksiyanın müalicəsi
İnfeksiya diabetik ketoasidozun inkişafını sürətləndirə bilər. Diabetik ketoasidoz zamanı
bir çox hallarda infeksiyanın qarşısını almaq çətin olur. Belə ki, ağ qan hüceyrələrinin
sayı stress və asidozdan dolayı artır. Qızdırma infeksiyanın ən bariz nümunələrindən
biridir.
İnfeksiya barədə şübhələr mövcuddursa, geniş spektrumlu antibiotiklə müalicə tətbiq
olunmalıdır.
2.8. Beyin şişi
Beyin şişi nadir olsa da bir çox hallarda diabetik ketoasidozun ölümlə nəticələn
fəsadlarından biridir.
Bu hal idiyosinkratik olsa da
yaranma səbəbləri hiperqlikemiyanın dərəcəsi, asidoz,
dehidratasiya və elektrolitlərin səviyyəsinin pozulması, həmçinin asidozun sürətli
korreksiyası, dehidratasiya və ya hiperqlikemiya kimi müxtəlif amillərlə bağlı ola bilir.
İntrakranial təzyiqin sürətlə yüksəlməsi aşağıdakı nəticələri doğura bilər:
•
Baş ağrıları, qusma və ya qan təzyiqinin yüksəlməsi ilə birlikdə ürək ritminin
zəifləməsi
•
Nevroloji vəziyyətdə dəyişiklik (narahatlıq, əsəbilik, əzginliyin artması, hövsələsizlik,
ürək tutması, koma)
•
Spesifik nevroloji əlamətlər (məsələn reaksiya verməyən şagirdlər, kranial sinir
tutulması), anormal tənəffüs, anormal duruş pozuqluğu
•
Oksigen saturasiyasının aşağı düşməsi (sianoz)
Əgər beyin şişi şübhəsi varsa DƏRHAL aşağıda qeyd edilənlər TƏTBİQ
Dostları ilə paylaş: |