c.
Sidikdə keton cisimciklərini şəkəri ölçən test çubuğu ilə (mümkün olduğu təqdirdə
Əgər səhiyyə müəssisəsində labaratoriya varsa, aşağıdakı testlər aparılmalıdır: qanda
qlyukoza, elektrolitlər, HbA1c, sidik və kreatinin, bikarbonat, hemoqlobin və leykosit.
Mümkün olduğu təqdirdə venoz və ya arterial pH da ölçülməlidir. İnfeksiyanın olması
barədə şübhələr mövcuddursa, mikrobioloji nümunələr götürülməlidir. Əgər
labaratoriya yoxdursa, müvafiq nümunələr götürülüb növbəti səhiyyə müəssisəsinə
DKA-un tənzimlənməsi zamanı uşaqların aşağıda qeyd edilən formada monitorinqi
aparılmalıdır:
•
Hər saatdan bir qeyd edilənlərin uçotu aparılmalıdır: ürək döyüntüsü, qan təzyiqi,
tənəffüs sürəti, şüur səviyyəsi, qlyukometrin göstəriciləri
•
Hər dəfə ifraz olunan sidik cövhəri nümunələrində keton cisimciklərinə nəzarət
olunmalıdır
•
Maye qəbulu, insulin terapiyası və sidik cövhəri ifrazının qeydiyyatı aparılmalıdır
•
Hər 2-4 saatdan bir sidik cövhəri (qan) və elektrolitlərin qeydiyyatı təkrarlanmalıdır
2.2. Şokun korreksiyası
•
Müvafiq həyati dəstək təmin edilməlidir (Hava yolu, Tənəffüs, Sirkulyasiya)
•
Qan dövranın kəskin pozulması və ya şok yaşayan xəstələrə oksigen verilməlidir.
•
Venadaxili inyeksiya yerləşdirin. Bu mümkün olmadığı təqdirdə sümük arası infuziya
– əgər bu da mümkün deyilsə, o zaman nazogastral zond yerləşdirilməlidir (mümkün
olduğu qədər qısa müddətdə uşaq venadaxili inyeksiya etmək imkanına malik səhiyyə
müəssisəsinə yerləşdirilməlidir)
•
Azalmış periferik perfuziya hər 1-2 saatdan bir (venadaxili və ya sümük arası)
10ml/kq-lıq izotonik məhlul (0.9%) və ya Rinqer Laktat məhlulu vasitəsilə müalicə
olunmalıdır. Perfuziya yüksələnədək 10ml/kq-lıq məhlulun köçürülməsini üç dəfə
təkrarlamaq lazımdır.
•
Nadir hallarda şok və ya qan dövranın kəskin pozulması zamanı sürətli şəkildə
dövranın bərpası 20ml/kq-lıq izotonik məhlulun (0.9%) mümkün qədər tez yeridilməsilə
mümkündür. Əlavə olaraq bir və ya iki dəfə ehtiyatla 10ml/kq məhlul yeridilə bilər.
•
Yeganə vasitə nazogastral zondursa, perfuziya yüksələnədək həmin miqdarda məhlul
(İzotonik məhlul (0.9%), yarı təsirli Darrow məhlulu qlyukoza və ya oral rehidratasiya
məhlulu ilə) 60 dəqiqə ərzində tətbiq olunmalıdır.
Vacib:
Dostları ilə paylaş: