Uşaqlarda daha çox 1-ci tip diabet xəstəliyinə rast gəlinir ki, bu da xəstəlikdən ömürlük
asılılıq ilə nəticələnir. Uşaqlarda (xüsusilə yeniyetmələrdə) 2-ci tip diabet xəstəliyinə də
təsadüf olunur. Şəkərli diabetin nadir rast gəlinən növləri xüsusilə də yeni doğulmuş
1-ci tip diabet uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinən avto immun
xəstəlikdir. Fərdi riski müəyyən etməkdə həm irsi, həm də ekoloji faktorlar zəruridir,
lakin mexanizmlər hələ də tam olaraq mənimsənilməyib. Əhatə dairəsi ölkədən ölkəyə,
ölkə daxilində və hətta müxtəlif etnik tərkibli əhali arasında belə geniş formada fərqlənir.
Finlandiyada hər il 15 yaşdan aşağı olan hər 100.000 uşağa 1-ci tip diabet ilə 64 uşaq,
digər ölkələrdə isə hər il 15 yaşdan aşağı olan hər 100.000 uşağa 1-ci tip diabet ilə 1 uşaq
düşür. 1-ci tip şəkərli diabet xəstəliyi ildə 3-5% artmaqdadır.
Doğulduqdan sonrakı dövr ərzində xəstəliyə tutulma istənilən yaşa təsadüf edə bilər,
lakin xəstəlik əsasən uşaqlıq və yeniyetməlik dövründə daha geniş yayılmışdır.
Kliniki əlamətlər dehidratasiya, şok və diabetik ketoasidoz
(DKA)
(6-cı səhifədəki
cədvələ bax)
ilə müşaiyət olunan
ağır və qeyri-təcili
(daha geniş yayılmış simptomlar
barədə məlumat üçün 6-cı səhifədəki cədvələ bax)
əlamətlərdən fərqlənə bilər.
Mümkün olduğu təqdirdə, yeni diaqnoz qoyulmuş uşaqlar pediatrik diabet xəstəliyi
sahəsində ixtisaslaşmış mərkəzə yerləşdirilməlidir.
Şəkərli diabet xəstəliyinin müalicəsi qeyd edilənlərdən ibarətdir:
•
Ömürlük insulin asılılığı, gün ərzində bir neçə dəfə inyeksiya olunmalıdır
•
sağlam qidalanma planı
•
müntəzəm fiziki fəallıq.
Uşaqlarda və yeniyetmələrdə bu balansın qorunub saxlanması onların dəyişkən inkişafı,
aktivliyi və qidalanma vərdişlərindən dolayı müəyyən çətinliklər yarada bilər.
Mümkün olduğu təqdirdə, diaqnoz zamanı antitel analizi aparılmalıdır.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli Təlimatının 1-ci Fəslinə bax.
2-ci Tip Diabet
2-ci tip diabet xəstəliyi adətən 40 yaşından yuxarı insanlar arasında müşahidə olunur,
ailə üzvləri arasında yayılır və bir çox hallarda artıq çəkidən irəli gəlir. Getdikcə
artmaqda olan statistic məlumatlara əsasən qeyd edə bilərik ki, xəstəliyin bu növü çəkisi
yüksək və qeyri-aktiv olan, ailə üzvləri arasında 2-ci tip diabet xəstəliyindən əziyyət
çəkən və ya mənsub olduqları etnik mənşəyə əsasən yeniyetmələrin 2-ci tip diabet
xəstəliyinə meyilli olduğu yaşca böyük uşaqlarda, xüsusilə də yeniyetmələrdə müşahidə
olunur.
2-ci tip diabet xəstəliyindən əziyyət çəkən insanlara insulin verilsə də insulin müalicəsi
effektiv olmur (“insulin müqaviməti”). 2-ci tip diabet xəstəliyindən əziyyən çəkən
xəstələr ilkin olaraq sağlam qidalanma planı, müvafiq fiziki məşqlər və çəkinin
azaldılmasına yönəlmiş cəhdlərə müsbət cavab verirlər. Lakin, metformin tez-tez tətbiq
olunmalıdır (+/- insulin həssaslaşdıran preparat), daha sonra insulin tətbiq oluna bilər.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli Təlimatının 3-cü Fəslinə bax.
Diabetin Digər Növləri
Şəkərli diabetin digər nadir növləri:
•
Yanlış qidalanma ilə əlaqəli diabet və xroniki pankreatit xəstəliklərinin
mahiyyətinin natamam tədqiq edilməsi həm də dünyanın bir sıra inkişaf etməkdə
olan ölkələrində müşahidə olunur. Xroniki pankreatit adətən qarın nahiyəsində
ağrılar və mədəaltı vəzin çapıqlaşması ilə müşaiyət olunur və rentgen və ultrasəs
müayinəsi ilə aşkar olunur.
•
Diabetin bəzi növləri 1-ci və 2-ci tip diabet xəstəliyi ilə uyğunlaşmır – “atipik
diabet”
•
Neonatal Diabet (körpəliyin ilk altı ayında təzahür edir) əsasən pankreasın beta
hüceyrələrinin funksiyasına təsir edən bəzi proteinləri kodlaşdıran bir sıra genin
mutasiyası səbəbindən baş verir (monogenik diabet). Əgər xəstəliyin
mövcudluğuna şübhə varsa, genetik test aparılmalıdır, əks təqdirdə xəstəliyin
tənzimlənməsinə təsir edə bilər. Bu tip testlər Böyük Britaniya və ya digər
ölkələrin mərkəzlərində pulsuz aparılır.
Daha ətraflı məlumat üçün Uşaq və
Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin (ISPAD) 2009-cu il tarixli
Təlimatının 4-cü Fəslinə bax.
•
Neonatal dövrdən sonrakı monogenik diabet. Şəkərli diabetin bu növü həm də
Yetkinlik Yaşının Diabeti – MODY kimi də tanınır. Monogenik diabet xəstəliyi
autosomal dominant transmissiya və auto-anticismlərin təyin edilməməsi ilə
xarakterizə olunan irsi xəstəlikdir.
•
Daun Sindromu, Prader – Uill Sindromu kimi sindromlarla əlaqəli diabet
•
Gənc qadınlarda hamiləlik zamanı hamiləlik diabeti müşahidə oluna bilər.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli Təlimatının 1-ci Fəslinə bax.