Microsoft Word Diabet son versiya docx



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   2   3   4   5   6   7   8   9   ...   49
02.

 

DİABETIK KETOASIDOZUN TƏNZİMLƏNMƏSİ 

 

Diabetik Ketoasidoz (DKA) qanda kəskin insulin çatışmazlığı nəticəsində yaranır. DKA 



daha  çox  diaqnoz  zamanı,  eyni  zamanda  şəkərli  diabet  xəstəliyindən  əziyyət  çəkən 

uşaqlarda və yeniyetmələrə insulin terapiyası tətbiq olunmursa yaxud da kəskin xəstəlik 

zamanı qeyri-kafi insulin inyeksiya olunduğu zaman meydana gəlir.   

 

Diabetik Ketoasidoz (DKA)-un biokimyəvi meyarları aşağıdakılardır:  



 

 



Hiperqlikemiya 

     (qanda qlyukoza> 11 mmol/l (~200 mq/dl)) 

 



Vena pH <7.3 və ya bikarbonat <15 mmol/l 

 



Ketonemiya və ketonuriya 

 

 

DKA  qusma,  qarın  nahiyəsində  ağrılar,  qızarmış  yanaqlar,  tənəffüsdə  aseton  (şirin) 



qoxusu  və 

poliuriya  ilə  müşaiyət  olunan  dehidratasiya  ilə  nəticələnir. 

Başlanğıcda 

tənəffüs  sürətli  və  səthi,  daha  sonra  dərin  iç  çəkmə  (Kussmaul  tənəffüsü)  ilə  müşaiyət 

olunur. Şüur itir və hətta koma ilə nəticələnə bilir.  

 

DKA tibbi fövqəladə haldır; tibbi və kimyəvi dəyişikliklərin aradan qaldırılması DKA ilə 



bağlı  fəsadların,  xüsusilə  də  beyin  şişinin  qarşısının  alınması  üçün  tədricən  baş 

verməlidir.  Maye  əvəzləmə  ilkin  olaraq,  insulin  terapiyasından  daha  vacibdir,  çünki 

erkən  ölümlər  hiperqlikemiyadan  daha  çox

 

dehidratasiya  və  şok  səbəbiylə  baş  verir. 

İnsulin  terapiyası  asidoz  və  hiperqlikemiyanı  tənzimləmək  üçün  tətbiq  edilir.

 

Səhiyyə 



müəssisəsinin

 

əlaqədar  şəxsi  müalicə  barədə  məlumatlandırılmalı  və  uşaq  mümkün 



olduğu qədər tez bir zamanda şəkərli diabet müalicəsi sahəsində ixtisaslaşmış ən yaxın 

səhiyyə müəssisəsinə köçürülməlidir. Səhiyyə müəssisəsində insulin müəlicəsi mümkün 

deyilsə,  köçürülmə  mütləqdir;  buna  baxmayaraq  maye  infuziyası  dərhal  tətbiq 

edilməlidir. 

 

 

DKA-un tənzimlənməsi aşağıda qeyd olunan tərkib hissələrini əhatə edir: 



 

 



İlkin qiymətləndirmə və monitorinq 

 



 

Şokun korreksiyası 

 



 



Maye infuziyasının korreksiyası 

 



 

İnsulin müalicəsi  

 



 



Kalium əvəzləmə 

 



 

Bikarbonatın rolu 




 

 



İnfeksiyanın müalicəsi (əgər mövcuddursa) 

 



 

Beyin şişinin tənzimlənməsi  

 



 



Uşaqların monitorinqi  

 



 

Dərialtı insulin inyeksiyasına keçid  

 

Tövsiyə  olunan  tibbi  yardımın  təfərrüatları  barədə  19-cu  Səhifədə,  məhdud  resurslar 



çərçivəsində  tətbiq  olunacaq  tibbi  yardımın  təffərüatları  barədə  20-ci  Səhifədə  sxem 

verilmişdir.  

 

 


Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin