Qarışıq insulin preparatının tərkib hissəsi ayrı-ayrı hesablanmalıdır (məsələn 10 vahid
70/30 qarışıq preparatın tərkibi 3 vahid qısa müddətdə təsir göstərən (reqyular) və 7
vahid orta səviyyəli təsir gücünə malik insulindən ibarət olur (NPH)), preparatın dozası
yuxarıda qeyd edilən şəkildə nizamlanmalıdır.
B. ƏSAS HƏB REJİMİ
Başlanğıc üçün:
• Əgər qısa müddətdə təsir göstərən (reqyular) və orta səviyyəli təsir gücünə malik
insulin tətbiq olunursa, aşağıdakı qaydada verilməlidir:
>>
Gündəlik dozanın 70%-i qısa müddətdə təsir göstərən (reqyular) insulin (yeməkdən
əvvəl 3-4 həb şəklində bölünməlidir)
>>
Gündəlik dozanın 30%-i orta səviyyəli təsir gücünə malik insulin (axşam inyeksiya
edilməlidir)
• Əgər qısa müddətli təsir gücünə malik (reqyular) və uzun müddətli təsir gücünə malik
alternativ insulin preparatlarından istifadə olunursa, aşağıdakı qaydada verilməlidir:
>>
Gündəlik dozanın 50%-i qısa müddətdə təsir göstərən (reqyular) insulin (yeməkdən
əvvəl 3-4 həb şəklində bölünməlidir)
>>
Gündəlik dozanın 50%-i bir dəfə axşam inyeksiya edilən uzun müddətli alternativ
insulin. (Bəzən bu dozanın təsiri 24 saat davam etmir, belə olduğu təqdirdə səhər və
axşam dozalarına bölmək mümkündür).
Nəticə etibarı ilə doza qanda qlyukozanın gündəlik səviyyəsinə müvafiq olaraq
nizamlana bilər
(6-cı Fəslə bax
)
.
Yadda saxlamaq vacibdir ki:
1. Qanda qlyukozanın səviyyəsi səhər vaxtı erkəndən yüksələ bilər (“şəfəq fenomeni”)
və gecə yarısı hipoqlikemiya meydana çıxa biləcəyi və təhlükəli olacağı üçün axşam
orta səviyyəli təsir gücünə malik insulin preparatının dozasını artırmaqla tədbir görülə
bilər.
2. 18-ci səhifədə qeyd edildiyi kimi insulin təlabatı “bal ayı fazası” zamanı yenidən
yüksəlmədən müəyyən müddət insulin tələbatı azaldıla bilər.
3. Tələb olunan ümumi günlük doza uşaq böyüdükcə bir qayda olaraq artırılmalıdır və
yetkinlik dövründə bir gün ərzində hər kq üçün daha yüksək doza zərurəti yaranır.
Qida istehlakında müntəzəm dəyişikliklər zamanı (məsələn Ramazan ayında) insulinin
ümumi miqdarı azaldılmamalıdır lakin karbohidrat qəbulunun miqdarı və zamanına
müvafiq olaraq yenidən bölüşdürülə bilər. Lakin, Ramazan zamanı ümumi kalori qəbulu
azaldığı təqdirdə, yeməkdən qabaq qəbul ediləcək gündəlik insulin həblərinin miqdarı
(məsələn bir qayda olaraq verilən dozanın üçdə ikisi və ya dördə üçü qədər)
azaldılmalıdır.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli Eyni Şprislə qarışıq insulin preparatlarının inyeksiyasına dair
Təlimatın 8-ci Fəslinə bax.
Təməl və əlavə ehtiyacları qarşılamaq üçün orta səviyyəli və sürətli/qısa müddətli təsir
gücünə malik insulin preparatlarının qarışdırılaraq inyeksiya edilməsi daha geniş
yayılmışdır. Qısa müddətli və ya sürətli təsir gücünə malik alternativ preparatlar bir
şpris vasitəsilə orta səviyyəli təsir gücünə malik insulin preparatları ilə (məsələn NPH)
qarışdırıla bilər. Hər iki şüşəyə hava yeritməklə başlamaq lazımdır. Bir qayda olaraq ilk
öncə qısa müddətli təsir gücünə malik insulin şprisə yığılır. Orta səviyyəli təsir gücünə
malik insulin “bulanıq” olduğu təqdirdə, şüşəni/flakonu 10-20 dəfə aşağı və yuxarı
çevirərək qarışdırılmalıdır. Şüşəni çalxalamayın, əks təqdirdə insulin korlanır. Doza gün
ərzində qəbul edilən qidaya, fiziki aktivliyə və qanda qlyukozanın səviyyəsinə müvafiq
olaraq uyğunlaşdırıla bilər.
Daha ətraflı məlumat üçün İnsulin Terapiyası, Diabet Xəstəliyindən Əziyyət Çəkən Uşaq
və Yeniyetmələrə Qayğı Təlimatının 5-ci Fəslinin 31-ci Səhifəsinə bax.
Dostları ilə paylaş: