Microsoft Word Diabet son versiya docx



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   41   42   43   44   45   46   47   48   49
13.

 

DİABET VƏ MƏKTƏB  

 

• Şəkərli diabet xəstəliyi barədə diaqnoz qoyulan uşağın məktəbə göndərilməsi ilə bağlı 



valideynlərinin  narahatçılıq  hissi  keçirməsi  normaldır.  Həmçinin  uşaq  da  xəstəlikdən 

əziyyət  çəkdiyini  öyrəndikdən  sonra  məktəbə  qayıdacağı  və  fərqli  hisslər  keçirəcəyi 

barədə  narahatçılıq  hissi  keçirir.  Müvafiq  planlaşdırma  və  dəstək  sayəsində  uşaqlar 

təhlükəsiz  şəkildə  məktəbdə  hər  növ  fəaliyyətlərə  qoşula,  səmərəli  və  əyləncəli  vaxt 

keçirə bilər.  

 

•  Valideynlər/nəzarətçilər  uşaqlarının  təhsil  aldıqları  məktəbin  rəhbərliyini  onların 



sağlıq  vəziyyəti  və  xəstəliyin  tənzimlənməsi  ilə  əlaqədar  təfsilatlı  olaraq  ehtiyacları 

barədə  xəbərdar  etmək  öhdəliyi  daşıyırlar.  Məktəblərin  çoxu  bu  məsələdə  dəstəklərini 

əsirgəmir. Buna baxmayaraq, məktəb və uşaqların müəllimləri ilə aydın bir şəkildə əlaqə 

yaratmaq vacibdir. Valideynlərin qısaca məlumatları yadda saxlaması tövsiyə olunur.  

 

•  Məktəb  işçilərinin  məktəbdə  uşağın  qayğısına  qalması  məqsədilə  bələdçi  xarakterli 



fərdiləşdirilmiş  bəsit  tənzimləmə  planı  təkmilləşdirilməlidir.  Valideyn  və  ya  diabet 

pedaqoqu məktəb işçilərini bu barədə maarifləndirə bilər.  

 

•  Az  yaşlı  uşaqlar  idrakı  xaricində  bir  sıra  problem  və  məsələlərlə  üzləşdiyi  üçün 



məktəbdə əlavə yardıma və nəzarətə ehtiyac duyur.  

 

• Məktəb işçilərinin hər zaman hipoqlikemiya riski – simptomları, dərhal müdaxilə etmə 



və  mümkün  ola  biləcək  yenidən  müdaxilə  -  və  müvafiq  hipo  qulluq  barədə  məlumatlı 


olması  vacibdir.  Müəllimlərin  qanda  qlyukoza  səviyyəsinin  aşağı  düşməsinə  təsir  edə 

biləcək hərəkətlər barədə məlumatlı olması zəruridir.  

 

•  Uşaqlar  fiziki  fəaliyyətdən  əvvəl,  fiziki  fəaliyyət  zamanı  və  fiziki  fəaliyyətdən  sonra 



qanda  qlyukozanın  səviyyəsini  yoxlamaq  ehtiyacı  duya  bilərlər  və  bu  zaman 

hipoqlikemiyanın əlamətləri barədə ehtiyatlı olmalı və təcili yardım almalıdırlar. Uşaqlar 

həmçinin  məktəbdə  insulin  qəbul  etmək  və  bununla  bağlı  müvafiq  yardım  almağa 

ehtiyac duya bilərlər.  

 

• Qanda qlyukozanın səviyyəsi yüksələ bilər (>15mmol/l), bu zaman uşaq su içməyə və 



tez-tez  sidiyə  çıxmağa  təşviq  edilməlidir.  Telefon  vasitəsilə  valideynləri 

məlumatlandırılmalıdır.  

 

•  İmtahanlara  hazırlıq  zamanı  otaqda  ölçü  cihazı,  test  çubuqları,  qlukagen  və  su  hazır 



olmalıdır. 

 

 




Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin