15. 2-Cİ TİP DİABET DƏ DAXİL OLMAQLA UŞAQLARDA DİABETİN
DİGƏR NÖVLƏRİ
2-ci Tip Diabet
• 2-ci tip diabet xəstəliyi insulin müqaviməti (xəstəyə verilən insulin çox az effektiv
olur), həmçinin bir çox hallarda insulin hormonunun qeyri-kafi ifrazı ilə xarakterizə
olunur. Artmaqda olan statistik rəqəmlərə əsasən qeyd edə bilərik ki, xəstəliyin bu növü
çəkisi yüksək və qeyri-aktiv olan, ailə üzvləri arasında 2-ci tip diabet xəstəliyindən
əziyyət çəkən və ya mənsub olduqları etnik mənşəyə əsasən yeniyetmələrin 2-ci tip
diabet xəstəliyinə meyilli olduğu yaşca böyük uşaqlarda, xüsusilə də yeniyetmələrdə
müşahidə olunur.
• 2-ci tip şəkərli diabetdən əziyyət çəkən uşaqlarda adətən 1-ci tip diabetdə müşahidə
olunan antitel çatışmazlığı yaranır (hər iki növün üst-üstə düşdüyü hallar da müşahidə
oluna bilər). Onlarda bir qayda olaraq qara akantoz mövcud olur (boyun və qoltuq altı
nahiyələrdə dərinin qara, məxməri görüntü alması). Metabolik sindromun digər
əlamətləri də müşahidə oluna bilər.
• Hətta insanların bir çoxunda 1-ci tip şəkərli diabetlə müqayisədə 2-ci tip şəkərli
diabetin başlanğıc mərhələsində təsiredici simptomlar müşahidə olunmur. Buna
baxmayaraq, 1-ci tip şəkərli diabetdə olduğu kimi – 2-ci tip şəkərli diabetdə də bəzən
dehidrataisya və ketoasidoz da daxil olmaqla ağır simptom və əlamətlər muşahidə oluna
bilər. Hesabatlara əsasən diabet xəstəliyindən əziyyət çəkən gənc insanların 25%-ində 2-
ci tip diabet xəstəliyinin əlamətləri müşahidə olunsa da 1-ci tip diabetdə olduğu kimi
tənzimlənmə tələb edir –
2-ci Fəslə Bax.
• 2-ci tip diabet xəstəliyindən əziyyən çəkən xəstələr ilkin olaraq sağlam qidalanma
planı, müvafiq fiziki məşqlər və çəkinin azaldılmasına yönəlmiş cəhdlərə müsbət cavab
verirlər, lakin çox vaxt metformin kimi oral hipoqlikemik preparatlara ehtiyac duyulur,
daha sonra insulin də tətbiq oluna bilər.
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli Təlimatının 3-cü Fəslinə bax
Dostları ilə paylaş: |