Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri


minimal idxal qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur



Yüklə 210,43 Kb.
səhifə24/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   20   21   22   23   24   25   26   27   ...   57
muhazre1

minimal idxal qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur.

2) ixrac qiymətlərinin “könüllü” məhdudlaşdırılması - ixracatçının öz mallarının qiymətlərini müəyyən səviyyədən aşağı endirməməyi dəstəkləməyə razı olduğu məhdudlaşdırıcı bağlaşmalar;

3) sürüşkən yığımlar - idxal edilən kənd təsərrüfatı və ərzaq mallarının idxal qiymətlərinin daxili qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənişlər.

4) antidempinq tədbirlər - ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın tutulmasından ibarət olub, dempinq faktı və ondan irəli gələn ziyan aşkar edildikdə idxalatçı ölkənin müvafiq orqanı tərəfindən ixracatçının ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə tətbiq edilir.

Antidempinq rüsumlar özünü doğrultmayan aşağı qiymətlərlə mal göndərişinin başlanğıcı anından tutulur. Antidempinq ittihamlarının təşəbbüsçüləri kimi konkret məhsulun milli istehsalçıları çıxış edir.

5) Kompensasiya tədbirləri - əgər idxal olunan mallar subsidiyalaşdırılırsa və belə subsidiyalaşdırılma milli istehsala zərər vurduğunu təhqiqat təsdiq edirsə, əlavə maliyyə ödənişləri tətbiq edilir. Kompensasiya tədbirləri kompensasiya idxal rüsumları şəklində də ola bilər. Bundan başqa, çox zaman onlar qadağanedici hədlərə də çata bilir və hətta ixrac qiymətlərini artırmaqla da aşmaq olmur.


Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin