60
Araşdırmanın müddətini 2018 – ci il aprel ayının sonunadək Bakıya səyahət etmiş
turistlər və İçərişəhəri ziyarət edən yerli turistlər təşkil edir. Əsasən sorğu ölkəmizdə
baş tutan Formula 1 Grand Pix yarışları müddətində keçirilmişdir. Tədqiqat zamanı 16
yaş yuxarı istehlakçılar iştirak etmişdir. Tədqiqat Bakı şəhərinin ürəyi hesab edilən,
mövzunun əsası olan İçərişəhər ərazisində edilmişdir. İçərişəhər ərazisində 50 –dən
çox əcnəbi vətəndaşla birbaşa sorğu keçirilmişdir. Digər bir tərəfdən yerli turistlər ilə
də online sorğu hazırlanaraq sosial şəbəkələr üzərindən sorğu qeydə alınmışdır.
3.3.3 Verilənlərin analizi və dəyərləndirilməsi
Verilənlər bazası SPSS Windows paket proqramı ilə dəyərləndirilmişdir. Yuxarıda
qeyd etdiyim kimi anket sorğusu 22 sualdan ibarət 110 nəfər arasında keçirilmişdir.
Yanlış və əksik anket doldurulmasına görə bəzi suallarda düzəlişlər edilmiş və yenidən
hazırlanmışdır.
Dostları ilə paylaş: