83
РЕЗЮМЕ
Значимость концепции идентификации бренда обычно принимается в
литературе по брендингу, тогда как линия исследований в области туризма до
сих пор в основном игнорировала эту важную перспективу исследования бренда.
Представленная статья закрепляет бренд туристиеской дестинации и тем самым
завершает многие предыдущие исследования, касающиеся феномена
туристиеской дестинации. Объединив предыдущие выводы маркетинговой и
туристической литературы, мы внесли
теоретические основы для
идентификации бренда туристической дестинации, который дает нам базовую
ориентацию для исследования нашего бренда туристического назначения -
Icherisheher.
Несмотря на то, что Азербайджанский совет по туризму предпринял много
ценных действий за последние четыре года, направленных на создание бренда
Ичеришехер, четко обозначенная идентификация для Ичеришехера не была
предложена. Поэтому, данное предложение об идентификации Ичеришехера как
туристической дестинации является очень
важным шагом для дальнейшей
реализации бренда. Второй наиболее важный вывод исследования бренда
Ичеришехера с точки зрения управления рассматривается в его туристическом
брендинге. В рамках темы «Брендинг туристической дестинации» мы также
расскрыли некоторые возможные и важные области для дальнейших
исследований по известному бренду Icherishere между известными
туристическими брендами.
84
REFERAT
Turizm iqtisadiyyatı qeyri - neft sektoru kimi qiymətləndirilə bilər və neftden
sora ölkə iqtisadiyyatı üçün ən gəlirli sahədir. Bu səbəbdən, ölkələr dünya turizm
bazarından daha çox pay ala bilmək üçün rəqabət içərisindədir. Müasir dövrdə
müştərilərlə əlaqə vasitələrinin çoxalması, istehlakçının alıcılıq qabiliyyətinin artması
və bir çox ölkələrin oxşar turizm xidmətləri təklif etməsi, turizmdə rəqabətin daha da
güclənməsinə səbəb olmuşdur. Buna görə də hər bir ölkə rəqiblərindən bir addım önə
keçmək üçün və özünü fərqli şəkildə mövqeləndirmək üçün “brendləşmə” – yə doğru
istiqamətlənmişdir. Artıq, digər məhsul və xidmətlər kimi turizm destinasiyaları
(turizm mərkəzləri) da brendləşmə stategiyaları həyata keçirirlər. Ölkəmizdə turizm
üzrə brendləşmə hələ yeni öz inkişaf yolunu keçirir.
Tədqiqat obyekti kimi Bakının daxilində yerləşən dünya mədəni irs siyahısına
daxil edilmiş, şəhər içərisində şəhər adlanan “İçərişəhərdir”.
Dünyada bu tip tarixi-
memarlıq abidələrlə zəngin, şəhər içərisində şəhərlər məhdud saydadır və ya demək
olar ki, heç yoxdur. Ancaq bir sıra elmi tədqiqat işləri və araşdırmalar aparmaqla bu
tipli destinasiya mərkəzlərinin varlığından turist kütləsini xəbərdar etmək və brend
yaratmaq mümkündür.
Tədqiqat predmeti destinasiya brendləşməsi strategiyaları, İçərişəhər destinasiya
mərkəzi kimi marketinq araşdırılmasının həyata keçirilməsi, İçərişəhər destinasiya
brendləşməsinin müasir vəziyyətinin qiymətləndirilməsidir.
Dissertasiya işinin
məqsədi İçərişəhər destinasiya mərkəzinin həm yerli, həm də beynəlxalq aləmdə
turizm brendi kimi formalaşması, gələn turistlərin bu brendə diqqətlərini cəlb edərək
turist axınının artırılması, onların içərişəhər destinasiya brendinin formalaşmasından
gözləntiləri və tələblərinin öyrənilməsi habelə orada yerləşən tarixi - memarlıq
abidələrin tanıdılması, içərişəhərin qədim və müasir simvollarinin, rəmzlərinin
85
işıqlandırılması baxımından marketinq araşdırmalarının aparılmasını
həyata
keçirməkdir.
Turizm sektorunda güclü bir rəqabət şəraitində olan turizm müəssisələri, öz
məhsul və xidmətlərinə rəqiblərində olmayan xüsusiyyətlər əlavə edərək
fərqləndirmək və güclü bir marka halına gətirmək məqsədindədirlər. Müəssisələr kimi
ölkə və bölgələrdə destinasiyaların sahib olduqları xüsusiyyətləri ön plana çıxardaraq,
bir marka halına gələrək beləliklə, dünya səviyyəsində turizm hərəkətliliyindən və
turizm gəlirlərindən daha yüksək pay almaq məqsədi içərisindədirlər.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya işinin
hazırlanmasında kəşf xarakteri daşıdığından
burada model və ya hipotez
qurulmamışdır. Əsasən anket üsuluna üstünlük verilmişdir, həmçinin müqayisəli
təhlil, müşahidə, proqnozlaşdırma, ümumiləşdirmə,
sistemli yanaşma, qruplaşdırma
metodlarından istifadə edilmişdir. Digər bir tərəfdən burada Swot analizi edilmişdir.
Tədqiqatın elmi yeniliyi, tədqiqat işində İçərişəhərin tarixi - mədəni potensialının
turizmin inkişafına və brendləşməsinə təsiri hərtərəfli araşdırılmış, inkişaf potensialı
təhlil edilmiş, anket sorğusu keçirilmiş və analizlər aparılmışdır.