Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   30   31   32   33   34   35   36   37   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

Turizm destinasiyaları: 
Fransa, Carcasson 
Çin, Nanluoguxiang, Beijing
Çexya,Praqa Stare Mesto 
Tiblisi, Old city 
Polşa, Old city 
Roma, Kolizey 
İspanya, Madrid Old city 
Fransa, Carcasson, qala divarları ilə əhatə olunmuş, 2500 illik bir tarixə malik olan 
qədim şəhərdir. 3 kilometrlik qala divarları ilə əhatə olunan şəhər 52 qüllədən ibarətdir. 
Bu şəhərin ətrafında çoxlu restoran, kafe, suvenir əşyaları satan köşklər, muzeylər 
vardir. 1997 – ci ildə UNESCO mədəni irs siyahısına daxil edilmişdir. 


70 
Nanluoguxiang, Beijing, Nanluoguxiang Beijing şəhərinin içərisində yerləşən 
qədim şəhərdir. Bu şəhər dar küçələri ilə məşhurdur və özünəməxsus köhnə və yeni 
tikililəri ilə turistləri cəlb edir. 
Praqa, Stare Mesto, Praqa şəhərinin mərkəzində, Köhnə Şəhər meydanında 
yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökümət binasıdır. Kompleks 
dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), 
meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün 
tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey vardır, burada 
müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd 
olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir. Stare Mesto 
İçərişəhərdə yerləşən XIX əsr binalarını xatırladır. 
3.3.5 Korrelyasiya analizi 
Korrelyasiya dəyişənlər arasında qaşılıqlı asıllılıq deməkdir. Korrelyasiya əmsalı isə 
dəyişənlər arasında qarşılıqlı asıllığın gücünü göstərir. Yəni əgər dəyişənlər müəyyən 
zaman intervalında qarşılıqlı əlaqəli davranış göstərirlərsə (davranış eyni istiqamətli və 
əks istiqamətli ola bilər) o zaman korrelyasiya mövcud olduğunu qəbul edirik. 
Korrelyasiya analizində İçəriçəhər və Qız Qalası abidəsinə 2014, 2015, 2016, 2017, 
2018 – ci illər ərzində baş çəkən turistlər öz əksini tapmışdır. Aparılan korrelyasiya 
analizin nəticəsinə əsasən ölkəmizə səyahət edən və İçərişəhərə, tarixi məkanlarımıza baş 
çəkən turistlər arasında müsbət xətti əlaqə mövcuddur. Burada əsasən analizimiz göstərir 
ki, 2014 – ci il tarixindən başlayaraq hansı ki, Birinci Avropa oyunlarının ölkəmizdə baş 
tutması turist axınına səbəb olmuşdur. Növbəti illərə nəzər salsaq Bakı İslam oyunları, 
Formula 1 Grand Prix dünyaca məşhur oyunlarının ölkəmizdə keçirilməsi qeyd edilən 
illər ərzində ölkəyə aturist axınına səbəb olmuşdur. 


71 
Cədvəl 3.5. 
İllər üzrə İçərişəhər və Qız qalasına baş çəkən turistlər
2014 
2015 
2016 
2017 
2018 
Qız Qalası (nəfər) 
182857 189290 195949.3 202842.9 209979 
İçərişəhər (nəfər) 
201255 209281 215821.4 214856.8 229587 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin