İQTİSADİYYAT VƏ MENECMENT FAKÜLTƏSİ LEYLA MİRZƏYEVA
XƏZƏR UNİVERSİTETİ
İxtisas Turizm işinin təşkili
Kurs 1
Fənn – Komputer elminə giriş
Mövzu – Möminə Xatun türbəsi
Müəllim - Zeynəb Muradxanlı
Tələbə - Leyla Mirzəyeva
Bakı – 2022
MÜNDƏRİCAT
1
XƏZƏR 1
UNİVERSİTETİ 1
Fakültə İqtisadiyyat və menecment fakültəsi 1
3
Möminə Xatun türbəsi 3
Tarixi 3
Memarlıq xüsusiyyətləri 4
Fasadı 6
İnteryeri 9
Tədqiqi və təsirləri 10
ƏDƏBİYYAT 12
Möminə Xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.
Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.
Tarixi
Türbənin uca gövdəsini adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Məhəmməd Cahan Pəhləvan|Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Əjdər Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır. Türbə yaxınlığında olmuş kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir". Tədqiqatçı Cəfər Qiyasi bu fikrə onu da əlavə edir ki, yerli əhali arasında abidənin "Atabəy Günbəzi" adlandırılması türbənin Atabəylərin soy türbəsi olduğuna nişanədir.
Dostları ilə paylaş: |