XəZƏr universiteti



Yüklə 0,5 Mb.
səhifə2/5
tarix11.12.2022
ölçüsü0,5 Mb.
#73803
1   2   3   4   5
Möminə xatun türbəsi

Memarlıq xüsusiyyətləri


Möminə xatun türbəsi bürcvari Azərbaycan türbələrinin ən görkəmli nümunəsidir. Zəmanəmizə qədər qalmış hissəsinin hündürlüyü 26 metr olan Möminə xatun türbəsinin xarici örtüyü dağılmışdır. Onun da 8 metr olduğunu nəzərə alsaq türbə keçmişdə 34 metr hündürlüyü olan dairəvi bir tikinti olmuşdur. 
Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildə həll edilmişdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılmışdır. 
Türbənin nəfis divar naxışları Möminə Xatun türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən ongüşəli, daxildən isə dairəvidir. 
Kərpicdən tikilmiş Möminə xatun türbəsinin quruluşu Yusif Küseyir oğlu türbəsinə oxşardır. Yəni burada da türbənin bucaqları çıxıntı şəklində həll edilmiş, səthlər isə batıq vəziyyət almışdır. Lakin Möminə xatun türbəsində bu memarlıq sxemi olduqca zəngin bir surətdə işlənmiş və türbənin bütün səthləri memarlıqla rəssamlığın sintezi şəklində təzahür edir. Möminə xatun türbəsi səthlərinin və bucaqlarının kitabə və həndəsi ornamentlərdən ibarət olan bəzəyi, gəc üzərindəki nəbati təsvirləri haqqında dəfələrlə monoqrafik əsərlər yazılmışdır. 
Türbənin bucaqlarındakı çıxıntılar əsas etibarı ilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür. Bu kitabələrin türbənin ümumi quruluşunda nə qədər əhəmiyyətli mövqe tutduğunu göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, bu kitabələrin ümumi uzunluğu 500 metrə çatır. 
Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Sənətkar təkrara yol verməmişdir. Lakin onun məharəti orasındadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir. 

Türbənin yan kəsimi və təməl planı
Səthlərin həndəsi ornamentinin əsasını çoxuclu ulduz və ondan gedən süvari xəttlər təşkil edir. Burada 5,6,8 uclu ulduzlara və 6,8 bucaqlı quruluşlara təsadüf edilir.
Türbənin ancaq Qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində, başqa səthlərdə olduğu kimi ornamental bəzəklər verilmişdir.
Möminə xatun türbəsinin yuxarı hissəsindəki qurşaq bütün səthləri əlaqələndirir və orada yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli üzərində olması bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir. 
Möminə xatun türbəsinin daxilindəki yeganə bəzək ünsürü türbənin günbəzinin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Dairəvi şəkildə olan bu qönçələrin içərisində nəbati naxışlı rəsmlər və son zaman aydınlaşdırılmış yazılar ornament şəklində yerləşdirilmişdir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin