XəZƏr universiteti



Yüklə 0,5 Mb.
səhifə3/5
tarix11.12.2022
ölçüsü0,5 Mb.
#73803
1   2   3   4   5
Möminə xatun türbəsi

Fasadı



Möminə Xatun türbəsinin yuxarı hissəsində yerləşən kitabəli friz
Türbənin giriş baştağı və memarın adı yazılmış kitabəsi
Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş dana qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır. Qülləyə bir düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə "Bənna Əcəmi Əbu Əkr oğlu" kitabəsi yığılmışdır. Bunları içinə alan saya baştağ kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı çərçivədə eyni xəttlə türbənin tikinti tarixi yazılmışdır
Sivri tağçaların yanları naxışlı incə sütuncuqlarla (diametri 15 sm), yuxarısı iri pətək gözləri ilə qapanmış, iç səthləri bir-birini təkrar etməyən mürəkkəb həndəsi naxışlarla üzlənmişdir. Səthlərə yüksək estetik görkəm verən bu dürlü naxış çeşinləri düz cizgi gözəlliyi, ümumi həndəsi harmoniya prinsipləri, anlam və quruluş dolğunluğu ilə bir kökə bağlıdır. Ona görə naxış kompozisiyalarının müxtəlifliyi məkan bütövlüyünü pozmadan abidənin görüşündə dəyişgənliyi və dinamikanı artırır.
Üzlərdəki sivri tağçaların bəzəyində işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ gətirir. Bu vurğular mürəkkəb naxış çeşnilərinin qavranılmasını asanlaşdırıb, rəng həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik gətirir.
Kitabənin yazılarının yerliyi bir qədər seyrək hörülmüş adi bişmiş kərpiclərdir. Bu qırmızımtıl cod yerlikdə iri göy kaşı hərflərin parıltılı və sığallı biçimləri daha aydın görünür. Həm kərpiclərin seyrək hörgüsü, həm də hərflərin iriliyi və göylüyü yazı qurşağının uzaq məsafədən yaxşı baxılmasına hesablanmışdır.
İri və xırda qrafik elementlərin ahəngdar düzümü, sətir sırasından yuxarıya qalxan vertikal hərflərin təntənəli ritmi, yerliyin boş sahələrinə düşən dekorativ biçimli işarələr, faktura və rəng təzadı baş kitabəni təkcə məzmunlu monumental xəttatlıq örnəyinə deyil, həm də gözəl naxış kompozisiyasına çevirmişdir. Yusif Küseyir oğlu türbəsində böyük olmayan gövdəni yazı qurşağı ilə tamamlayan Memar Əcəmi Mömünə Xatun türbəsində kitabə qurşağının üstündə tacvari stalaktit kəməri vermişdir. Kompozisiyanın təntənəli biçiminə uyğun gələn, sivri tağçaların stalaktik sonluqlarının məntiqi inkişafı olan bu kəmər səkkizüzlü uca piramidal günbəzə də gözəl keçid yaradır.
Azərbaycanın qülləvari türbələrində karniz qurşağı olaraq stalaktitlərə ilk dəfə Mömünə Xatun türbəsində rast gəlinir. Onun yüksək plastik biçimi memarlıq surətinə özümlü təntənə gətirir. Bununla da, Əcəmi mövcud biçimi onun ideya-bədii dəyərini gücləndirən yerdə işlədir. Mütəxəssislər isə bunu cəsarətli sənətkar tapıntısı kimi qiymətləndirirlər.
Möminə xatun türbəsinin bütün üzlərində stalaktitlərlə bəzənmiş tağlar vardır. Stalaktit və tağlar adi və kaşılı kərpicdən düzəldilən ornamentlərlə örtülmüşdür. Türbənin üzərində kitabələrdən ibarət memarlıq bəzək elementləri diqqəti cəlb edir.
Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir, təkrara yol verməmişdir. Lakin onun məharəti ondadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin