Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   30   31   32   33   34   35   36   37   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

 
 
 
 
 
 


83 
РЕЗЮМЕ 
 

Значимость концепции идентификации бренда обычно принимается в 


литературе по брендингу, тогда как линия исследований в области туризма до 
сих пор в основном игнорировала эту важную перспективу исследования бренда. 
Представленная статья закрепляет бренд туристиеской дестинации и тем самым 
завершает многие предыдущие исследования, касающиеся феномена 
туристиеской дестинации. Объединив предыдущие выводы маркетинговой и 
туристической литературы, мы внесли теоретические основы для 
идентификации бренда туристической дестинации, который дает нам базовую 
ориентацию для исследования нашего бренда туристического назначения - 
Icherisheher. 
Несмотря на то, что Азербайджанский совет по туризму предпринял много 
ценных действий за последние четыре года, направленных на создание бренда 
Ичеришехер, четко обозначенная идентификация для Ичеришехера не была 
предложена. Поэтому, данное предложение об идентификации Ичеришехера как 
туристической дестинации является очень важным шагом для дальнейшей 
реализации бренда. Второй наиболее важный вывод исследования бренда 
Ичеришехера с точки зрения управления рассматривается в его туристическом 
брендинге. В рамках темы «Брендинг туристической дестинации» мы также 
расскрыли некоторые возможные и важные области для дальнейших 
исследований по известному бренду Icherishere между известными 
туристическими брендами. 

 
 
 
 
 


84 
REFERAT 
Turizm iqtisadiyyatı qeyri - neft sektoru kimi qiymətləndirilə bilər və neftden 
sora ölkə iqtisadiyyatı üçün ən gəlirli sahədir. Bu səbəbdən, ölkələr dünya turizm 
bazarından daha çox pay ala bilmək üçün rəqabət içərisindədir. Müasir dövrdə 
müştərilərlə əlaqə vasitələrinin çoxalması, istehlakçının alıcılıq qabiliyyətinin artması 
və bir çox ölkələrin oxşar turizm xidmətləri təklif etməsi, turizmdə rəqabətin daha da 
güclənməsinə səbəb olmuşdur. Buna görə də hər bir ölkə rəqiblərindən bir addım önə 
keçmək üçün və özünü fərqli şəkildə mövqeləndirmək üçün “brendləşmə” – yə doğru 
istiqamətlənmişdir. Artıq, digər məhsul və xidmətlər kimi turizm destinasiyaları 
(turizm mərkəzləri) da brendləşmə stategiyaları həyata keçirirlər. Ölkəmizdə turizm 
üzrə brendləşmə hələ yeni öz inkişaf yolunu keçirir.
Tədqiqat obyekti kimi Bakının daxilində yerləşən dünya mədəni irs siyahısına 
daxil edilmiş, şəhər içərisində şəhər adlanan “İçərişəhərdir”. Dünyada bu tip tarixi-
memarlıq abidələrlə zəngin, şəhər içərisində şəhərlər məhdud saydadır və ya demək 
olar ki, heç yoxdur. Ancaq bir sıra elmi tədqiqat işləri və araşdırmalar aparmaqla bu 
tipli destinasiya mərkəzlərinin varlığından turist kütləsini xəbərdar etmək və brend 
yaratmaq mümkündür. 
Tədqiqat predmeti destinasiya brendləşməsi strategiyaları, İçərişəhər destinasiya 
mərkəzi kimi marketinq araşdırılmasının həyata keçirilməsi, İçərişəhər destinasiya 
brendləşməsinin müasir vəziyyətinin qiymətləndirilməsidir. Dissertasiya işinin 
məqsədi İçərişəhər destinasiya mərkəzinin həm yerli, həm də beynəlxalq aləmdə 
turizm brendi kimi formalaşması, gələn turistlərin bu brendə diqqətlərini cəlb edərək 
turist axınının artırılması, onların içərişəhər destinasiya brendinin formalaşmasından 
gözləntiləri və tələblərinin öyrənilməsi habelə orada yerləşən tarixi - memarlıq 
abidələrin tanıdılması, içərişəhərin qədim və müasir simvollarinin, rəmzlərinin 


85 
işıqlandırılması baxımından marketinq araşdırmalarının aparılmasını həyata 
keçirməkdir.
Turizm sektorunda güclü bir rəqabət şəraitində olan turizm müəssisələri, öz 
məhsul və xidmətlərinə rəqiblərində olmayan xüsusiyyətlər əlavə edərək 
fərqləndirmək və güclü bir marka halına gətirmək məqsədindədirlər. Müəssisələr kimi 
ölkə və bölgələrdə destinasiyaların sahib olduqları xüsusiyyətləri ön plana çıxardaraq, 
bir marka halına gələrək beləliklə, dünya səviyyəsində turizm hərəkətliliyindən və 
turizm gəlirlərindən daha yüksək pay almaq məqsədi içərisindədirlər. 
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya işinin 
hazırlanmasında kəşf xarakteri daşıdığından burada model və ya hipotez 
qurulmamışdır. Əsasən anket üsuluna üstünlük verilmişdir, həmçinin müqayisəli 
təhlil, müşahidə, proqnozlaşdırma, ümumiləşdirmə, sistemli yanaşma, qruplaşdırma 
metodlarından istifadə edilmişdir. Digər bir tərəfdən burada Swot analizi edilmişdir. 
Tədqiqatın elmi yeniliyi, tədqiqat işində İçərişəhərin tarixi - mədəni potensialının 
turizmin inkişafına və brendləşməsinə təsiri hərtərəfli araşdırılmış, inkişaf potensialı 
təhlil edilmiş, anket sorğusu keçirilmiş və analizlər aparılmışdır. 
 
 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin