Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Qlobal maliyyə Mərkəzlərinin indeksi, ilk 10-luq



Yüklə 109,82 Kb.
səhifə29/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   25   26   27   28   29   30   31   32   ...   44
bim imt sual cavab (1) yeni

Qlobal maliyyə Mərkəzlərinin indeksi, ilk 10-luq:
Nyu-York; London; Honq Konq; Sinqapur; San Fransisko; Şanxay; Los Anceles; Pekin; Tokio; Paris.

34. Ofsor Maliyyə Mərkəzləri
Ofşor (ing. offshore) — vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.1970-ci illərdən bəri 30-a yaxın ofşor zona vardır.Panama,İrlandiya,İsveçrə,Norman adaları. Bu sadalananlar daha qədimdir. İsrail,Malta və Malaziya isə son illərdə yaranmış ofşor zonalardır.
Ofşor maliyyə mərkəzinin yaradılması 1960-cı illərdə avrovalyuta bazarının sürətli artım dövrünə təsadüf edir. Bir çox ölkələr,xüsusilədə kiçik dövlətlər ofşor maliyyə mərkəzləri yaratmaqla sırf yerli problemləri həll etməyə cəhd göstərirdilər.
Buna görə də həmin ölkələr,bankların,şirkətlərin və başqa təşkilatların öz əməliyyatlarını həyata keçirmək üçün nail olmaq istədikləri güzəştləri həvəslə onlara təqdim etdirdi. Ofşor maliyyə mərkəzlərinin sürətli inkişafı bir sıra məqamlarla şərtləndirildi.
Ofşor maliyyə mərkəzlərinin tipləri : ofşor maliyyə mərkəzlərinin təməli yerli maliyyə bazarlarından ,maliyyə resurslarına transformasiya olunmasının tranzit kanallar kimi istifadə edən ,habelə onlar üçün sakit limanlar axtaran banklar tərəfindən qoyulmuşdur. İlk ofşor bazarları 1960-cı ildə Panamada,1970-ci ildə Bəhreyndə ,Flippində ,Norman adalarında və Şennonda ,1980-ci illərdə ABŞ-da,İsveçrədə,Almaniyada,Niderlandda,Belçikada, Kanadada,Yaponiyada,Tayvanda. Honkonqda, 1990-cı ildə Hibraltarda, Kipr,Virciniya adalarında,Mərkəzi Amerika ölkələrində,CAR-da və s. Yaradılmışdır.
Ofşor bazar çərçivəsində fəaliyyət göstərən banklar və onların şöbələri sırf beynəlxalq bank və başqa əməliyyatlarla məşğul olduqlarına görə güzəştlər əldə edirlər. Ofşor maliyyə mərkəzləri əməliyyatları əsasən ölkədə yaxud zonada yerinə yetirilməsi üçün nəzərdə tutulan sərbəst ticarət zonalarından məhz bununla fərqlənir. Ofşor maliyyə mərkəzləri bir sıra əsas əlamətlərinə yaxud fəaliyyət tipinə görə fərqlənir. Hüquqi status və fəaliyyət xarakteri baxımından ən azı 3 tipi müəyyənləşdirilmişdit :
1.Dünyanın 3 aparıcı maliyyə mərkəzi (Nyu-York,London və ya Tokio) ilə təşkilati yaxud hüquqi əlaqələri olan mərkəzlər. Buna müvafiq olaraq ,anklav ofşorlar bu mərkəzləri (onlardan birini) lazımi beynəlxalq xidmətlərlə təmin edir. Göstərilən ofşorlar məhz bunun üçün yaradılır yaxud maliyyə mərkəzləri ofşorlarda öz şöbələrini açır. Bu bazarlarda daxili hesablardan ayrılıqda xüsusi (beynəlxalq) hesablar açılır və onlara güzəştli rejim şamil edilir
2.daxili və xarici əməliyyatları birləşdirildiyinə və məhdudiyyətlərdən azad olunduğuna görə,yalnız qeyri-rezidentlər arasında əqd bağlanılan mərkəzlər
3.banklar arasında bağlanılan əqdlərin vergilərdən tamamilə azad edildiyi yaxud vergi dərəcələrinin və bank əməliyyatlarına görə ödəmələrin cüzi olduğu mərkəzlər.
Ofşor maliyyə mərkəzləri rolunu Avropanın bank mərkəzləri- London,Paris,Lüksembürq, Lixtenşteyn və ənənəvi olaraq , bankları nəinki etibarlı , həm də ən “qapalı” şöhrəti qazanan İsveçrə yerinə yetirir, onlar dünyanın bütün valyuta bazarlarında,o cümlədən avrovalyuta bazarlarında işləyir. Burada kapital özünün klassik yenidənbölgü funksiyasını yerinə yetirməklə,qeyri –rezidentlərin maliyyə fəaliyyətinin güzəştli tənzimlənməsinin xarakterindən asılı olaraq,kapitalların bir ölkədən digərinə yerdəyişməsinə şərait yaradır.

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin