Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Tədiyyə balansının mahiyyəti və aparılma prinsipi



Yüklə 109,82 Kb.
səhifə30/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   26   27   28   29   30   31   32   33   ...   44
bim imt sual cavab (1) yeni

35. Tədiyyə balansının mahiyyəti və aparılma prinsipi
Bazar iqtisadiyyatı şəraitində iqtisadi əlaqələrin təhlili əsaslandırılmış proqnozların hazırlanması üçün regional zəmin yaradır. Ölkənin beynəlxalq iqtisadi ,siyasi və mədəni münasibətləri ümumiləşdirilmiş ifadəsini beynəlxalq hesablaşmalar balansında tapır. Balanslar arasında mərkəzi yeri tədiyyə balansı tutur. Tədiyyə balansı xarici ölkələrə və ödəmələrin xaricdən daxil olmaların nisbətini əks etdirir.
Tədiyyə balansı müəyyən dövr üçün (il,rüb,ay) müəyyən tarixə tətbiq edilə bilər.
Tədiyyə balansı iki bölmədən ibarətdir :
-cari əməliyyatlar üzrə tədiyyə balansı (ticarət balansı, xaricdə investisiya üzrə ödəələr və daxil olmaqla xidmət,qeyri kommersiya əməliyyatları balansı )
-kapital və kredit hərəkəti balansı
Ticarət balansı. İdxal və ixrac üzrə ödəmələr,daxilolmaların nisbəti ticarət balansını əmələ gətirir. Tədiyyə balansına faktiki olaraq ticarət balansının o hissəsi daxil edilir ki, ödəmələr artıq yerinə yetirilmiş və təcili yerinə yetirilməlidir.
Xarici ticarət dövriyyəsinin strukturu və dinamikası tədiyyə balansının cari vəziyyətinə təsir göstərən mühüm amildir. Bu balansın müsbət və mənfi saldaya aid olmasını qiymətləndirmək çox vacibdir. Belə ki, ölkənin xarici ticarət balansında mənfi saldo yarananda onun xarici valyuta gəlirləri azalır, ödənişləri artır. Nəticədə ölkənin valyuta ehtiyyatlarının həcmi aşağı düşür. Bu halda milli valyuta xarici valyutalara nisbətən ucuzlaşır. Çünki xarici valyuta ehtiyyatlarının xarici valyutaya olan təlabatı ödəmək imkanları məhdudlaşır.
Xidmət balansı. Cari əməliyyatlar balansının mühüm komponentlərindən biridir. Xidmətlər və qeyri – kommersiya ödəmələri balansına aşğıdakı ödəmə və daxilolmalar aiddirlər : nəqliyyat, telefon, poçt ,rabitə,turizm,maliyyə, komisyon və maliyyə əməliyyatları və s. İstehlak köçürmələri (xarici fəhlələrə əmək haqqı,miras,xaricdə oxuyan tələbələrə təqaüd və s.)
Xarici investisiyalar üzrə gəlirlər,beynəlxalq kreditlərə görə faizlər də balansın bu bölməsində öz əksini tapır.Baxmayaraq ki,iqtisadi məzmununa görə onlar xidmətlərə deyil, kapital və krditlərin hərəkətinə aiddirlər.Məlumdur ki,bir sıra ölkələr iqtisadi inkişaflnda xidmətlər sfrası əvəzsiz rol oynayır. Misir,Türkiyə,İspaniya,İsveçrə kimi dövlətlər turizmin ən gəlirli sahələri sayılır. 40-60% , bəzən isə 90%-i təmin edir.Tədiyyə balansınının cari investorlarının uçotu sektorlar prinsipi əsasında aparılır. Başqa sözlə transferlər dövlət və özəl sektor üzrə təsnifləşdirilmişdir.
Kapital və kredit hərəkəti balansı . Dövlət və xüsusi kapitalın ixracının və idxalının həcminin verilmiş və alınmış beynəlxalq kredit münasibətini ifadə edir. Bu bölmədə borc kapitalın ixracı (kreditlər,qısa müddətli avuarlar və s.) və sahibkarlıq kapitalının (birbaşa investisiya – xaricdə,müəssisələrin alınması və tikilməsi,həmçinin portfel investisiya qiymətli kağızlarda ifadə olunmuş investisiyalara)ixracı əks olunur. Kapital və kredit hərəkəti müxtəlif müddətdə baş verir. Odur ki, tədiyyə balansı bu bölmədə əməliyyatlar qısa və uzunmüddətli kimi fərqləndirilir.
Qısamüddətli əməliyyatlara aşağıdakılar aiddir :

  • əmtəə və valyuta formasında bir ilə qədər müddətə verilmiş kreditlər ,

  • xarici banklarda olan cari hesablar üzrə

  • xarici və milli pul vəsaitlərinin idxalı və ixracı

Uzunmüddtəli əməliyyatlara aşağıdakılar aiddir :

  • xaricdə qiymətli kağızların alqı-satqısı ilə əlaqədar ödəmələr və daxilolmalar

  • xaricdə müəssisə və daşınmaz əmlakı alqı-satqısı ilə əlaqədar əməliyyatlar

  • uzunmüddətli kreditlərin alınması və verilməsi

Tədiyyə balansının bir hissəsi də ehtiyyat aktivləridir. Ehtiyyat aktivləri dedikdə, dövlətin rəsmi qızıl – valyuta ehtiyyatları nəzərdə tutulur. Qızıl – valyuta ehtiyyatlarının həcmi tədiyyə balansının cari vəziyyətindən birbaşa asılıdır.
Hesablaşma balansı ölkənin xarici ölkələrə müəyyən tarixə və ya müəyyən müddət üzrə tələblərin və öhdəliklərin nisbətidir. Hesablaşma və tədiyyə balansları arasında fərqlər aşağıdakılardır :
-hesablaşma balansında ölkənin xaricə olan bütün tələbləri və öhdəlikləri əks olunur. Tədiyyə balansında isə yalnız faktiki daxil olmalar və ödəmələr əks olunur.
- hesablaşma balansında bütün alınmış və verilmiş kreditlər əks olunur. Tədiyyə balansında isə yalnız haqqı ödənilmiş kreditlər əks olunur.
- tədiyyə balansında yalnız haqqı ödənilmiş idxal və ixrac əks olunursa, hesablaşma balansında mal dövriyyəsinin ödənilməyən (kredit hesabına) hissəsi də əks olunur.
- bu balansların son saldosu (aktiv və ya passiv) üst – üstə düşmür.
Tədiyyə balansına təsir edən amillər aşağıdakılardır :
-ölkənin iqtisadi inkişafının qeyri – bərabərliyi
-iqtisadiyyatın dövrü tərəddüdü
-xaricdə dövlət xərclərinin artması
-iqtisadiyyatın hərbiləşdirilməsi və silahlanma
-kapitalın hərəkətinin miqyası və əhəmiyyətinin artması
-beynəlxalq ticarətdəki dəyişikliklər
-valyuta maliyyə amilləri
-inflyasiya

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin