Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir.
Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdiriləş istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır.
Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar.
Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur.
Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir.
Standart tədiyə balansının strukturu aşağıdakı kimidir:
1. Cari əməliyyatlar hesabı 1.1. Ticarət hesabı 1.2. Xidmətlər hesabı 1.3. Gəlirlər hesabı 1.4. Cari transfertlər
2. Kapital və maliyyənin hərəkəti hesabı 2.1. Kapital hesabı 2.2. Maliyyənin hərəkəti hesabı 2.2.1. Birbaşa xarici investisiyalar 2.2.2. Portfel investisiyalar 2.2.3. Digər investisiyalar
3. Səhvlər və buraxılmalar
4. Ehtiyat aktivlər
Balans (1+2+3+4) = 0
Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Bekə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur.
Bir məsələni dəqiq bilməyik ki, təkcə idxal-ixrac əməliyyatları ölkəyə daxil olan və çıxan xarici valyuta haqqında tam məlumat verə bilmir. Çünki, ölkəyə xaricdən yaşayan bir şəxs ailəsi üçün pul da göndərə bilər, xarici şirkət gəlib ölkədə yeni zavod da tikə bilər, xarici vətəndaş bu ölkədəki hər hansı bir bankına depozit də yerləşdirə bilər. Bütün bunları nəzərə alaraq, sırf idxal-ixrac əməliyyatlarının əks etdirildiyi xarici ticarət balansına baxmaqla ölkəyə gələn və gedən xarici valyutanın həcmini dəqiq müşahidə etmək olmur. Burada daha optimal variant Tədiyə Balansına baxmaqdır. Çünki, Tədiyə Balansı xarici ticarət balansından da genişdir və onunla birlikdə həm ölkələrarası kapital və maliyyə axınını, həm də ölkədəki valyuta ehtiyatlarının necə dəyişdiyini də əks etdirir. Başqa sözlə, bu balans bizə ölkəyə istənilən bir mənbədən daxil olan və çıxan xarici valyutanın həcmini izləməyə imkan verir.