Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


AB-in maliyyə sistemi və büdcə sistemi



Yüklə 109,82 Kb.
səhifə39/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   36   37   38   39   40   41   42   43   44
bim imt sual cavab (1) yeni

44. AB-in maliyyə sistemi və büdcə sistemi
Avropa Birliyinin büdcəsi AB-yə üzv ölkələrin pul vəsaitlərinin dövlətlərarası mərkəzləşmiş fondunu ifadə edir və əsas maliyyə planı formasında çıxış edir. Bu plana uyğun olaraq Avropa Birliyinin vəsaitlərinin səfərbər edilməsi və xərclənməsi baş verir. Ümumi büdcə ilk dəfə 1958-ci ildə Birliyin maliyyə xərcləri planına uyğun şəkildə hazırlanmışdır. Lakin, o dövr­dən sonra, əsasən müxtəlif büdcə mexanizmlərinin unifi­ka­siyası ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verdi. Birliklərdən hər biri – Kömür və polad üzrə Avropa birliyi, Atom enerjisi üzrə Avropa birliyi və Avropa iqtisadi birliyi ilkin olaraq öz büdcələrinə malik idi. Merqer müqaviləsinin (Merger Treaty) qüvvəyə minməsi nəticəsində 1965-ci ildə yalnız iki büdcə qaldı. Bunlar Kömür və polad üzrə Avropa birliyinin operativ büdcəsi və ümumi büdcə idi. Sonuncunun səlahiy­yət­ləri 2002-ci ildə sona çatdı və onun bütün aktivləri məda­xil və məxaricin bölgülü uçot şərtləri ilə qalan büdcəyə təq­dim olundu. Birliyin büdcəsi unifikasiya tendensiyaları ilə yanaşı, get-gedə daha avtonom olurdu. Əgər 1970-ci ilə qədər Avropanın baş mərkəzləşmiş fondu iştirakçı ölkələrin pul ayırmaları hesabına formalaşırdısa, 1970-ci ilin 21 aprel qərarı ilə (1988 və 1994-cü illərdə yeniləşdirilmişdir) ilk dəfə olaraq xüsusi resurslar sistemi tətbiq olundu. 2000-ci ilin sentyabrında AB Nazirlər şurası Avropa Birliyinin xüsusi resurslar məsələsi barədə yeni qərar çıxartdı və bu qərar 1994-cü il qərarını əvəz etdi.
1986-cı ildə vahid Avropanın büdcə münasibət­lərinin təşəkkül tarixində AB büdcə mexanizminin yenidən forma­laş­dırılmasına təkan verən hadisə baş verdi. Avropa birli­yinin genişləndirilməsi barədə danışıqların üçüncü raundu Ispani­yanın və Portuqaliyanın da onun tərkibinə daxil edil­mə­sinə, həmçinin vahid bazarın yaradılma pers­pektivləri barədə və iqtisadi, sosial harmonizasiyanın zəruriliyi barədə müzakirə­lə­rə gətirib çıxartdı. Nəticədə 1987-ci ilin fevralında AB Komis­­siyasına Avropa birliyinin fəaliyyətində maliy­yə­ləş­dirmənin dəyişdirilməsi barədə təkliflər verildi. Bu təkliflər Delor paketi (Delors package) şəklində tərtib olunmuşdur. Aşağıdakılar paketə uyğun olaraq nəzərdə tutulmuşdur:

  • AB büdcəsinin bütün xüsusi resurslarının həcminin son həddi müəyyənləşdirilirdi. Həm də, mütləq şəkildə bütün xüsusi resurslar hesaba alınır və ÜMM-in ölçü­sündən məhdud faiz müəyyənləşdirilirdi;

  • maliyyə perspektivi sistemi tətbiq olunurdu. Bu sistem əsas prioritetləri bir neçə il əvvəlcədən müəy­yənləş­di­rirdi. Maliyyə perspektivinin cari sistemi 2000-ci ildən 2006-cı ilə qədərki dövrü əhatə edir. 1988-ci ildən reallaşdırılmağa başla­nan bu sistemə əsasən, büdcə xərclərinin ikiqat hüdudu müəy­yənləşdirilirdi. Bir tərəfdən, ödənişlərin ümumi ölçüsü ÜMM-in faizi ilə məhdudlaşırdı (1,27%); digər tərəfdən, təxsisatların hər bir kateqo­riya­sının yuxarı həddi hər il yenidən nəzərdən keçirilir və müəyyənləşdirilirdi;

  • iştirakçı ölkələrin iqtisadi sistemlərindəki fərqlərin azaldılması üçün əlavə dəyər vergisi təshih olunurdu. Bu zaman üzv ölkələrin ÜMM-ində nisbi istehlak payı nəzərə alı­nır­dı;

  • kənd təsərrüfatı proqramlarının maliyyələşdirilməsi ilə bağlı xərclər maliyyə perspektivi sisteminin çərçivələri ilə məhdudlaşırdı;

  • mühüm olmayan xərclərin artırılmasının maksimal həddi tətbiq olunurdu. Bu həddin müəyyənləşdirilməsində son söz parlamentə məxsus idi. Parlament verilmiş təxsisatların ölçüsünü yalnız cüzi dərəcədə artıra bilərdi.

B-yə üzv döv­lətlərin maliyyə həmrəy­liyi prinsipi o deməkdir ki, AB-yə üzv dövlətlərin üzvlük haqları onların maliyyə imkanlarına mütənasib olmalıdır.
AB-nin xüsusi resurslarına aşağıdakılar aiddir:

  1. kənd təsərrüfatı rüsumları və şəkərə, izoqlükozaya qoyu­lan vergilər. Şəkərə qoyulan vergilər şəkər bazasının tən­zim­lənməsi üçün tətbiq olunur və aşağıdakılardan ibarətdir:

  • istehsal vergisi nəzərdə tutur ki, istehsalçılar baza­rın müdafiəsi ilə bağlı xərclərə pul yatırırlar; saxlama ver­gisi şək­rin bazara müntəzəm axınına zəmanət vermək üçün saxlama dəyərinin bərabərləşdirilmə sistemini maliy­yələşdirir.

  • Itkilərin ödənilməsi üçün əlavə vergi. Məsələ bun­dadır ki, 1988-1989-cu illərdən başlayaraq, izoqlükozanın və inulinin istehsalına qoyulmuş vergilər şəkərin isteh­salına qoyulan vergilər kimi nəzərdən keçirilir;

  1. gömrük rüsumları ümumi gömrük tarifi ilə (com­mon cistoms tariff), AB-yə üzv olmayan dövlətlərdən AB-yə idxal olunan malların gömrük dəyərindən tutulur. Ayır­maların ölçüsü – ümumi gömrük tarifinin 90%-inə bə­rabərdir;

  2. ƏDV –resursları AB-yə üzv olan hər bir dövlətin ƏDV bazasına nəzərən vahid norma ilə hesablanır. Vahid norma AB-nin qaydalarına uyğun olaraq, vahid metodika ilə müəyyənləşdirilir. 1988-ci ilin iyunundan başlayaraq, vahid norma Ingiltərə tərəfindən ödənilmiş ümumi kom­pen­sasiyanı çıxmaqla, ƏDV bazasının 1,4%-ni təşkil edirdi. AB-yə üzv dövlətlərin bazası ÜMM-in 55%-dən çox ola bilməz. Xüsusi resurslar barədə yeni qərara uyğun olaraq, 1999-cu ildə ƏDV norması tədriclə 1,0%-ə qədər, son hədd norması isə 50%-ə qədər tədriclə azaldı. Büd­cənin maliyyələşdirilməsi üçün zəruri olan xüsusi re­sursların ümumi ölçüsündə ƏDV-resursların nisbi payının azaldılması nəticəsində «dördüncü resursun» artması baş verdi;

«dördüncü resurs». Gəlirlərin bu kateqoriyası 1988-ci ildə tətbiq edilmiş, ÜMM-ə əsaslanmışdır və AB-yə üzv olan bütün dövlətlərin ÜMM məbləğinə nəzərən norma üzrə hesablanır. Bu, büdcə resursunu balans­laş­dıran dəyişən kə­miy­­yətdir və onun tələb norması büdcə prosedurunun gedi­şində elə tərzdə hesablanır ki, əldə edilməmiş gəlirləri ödə­yə bilsin. Bu resursun məqsədi AB-yə üzv olan hər bir döv­lətin ödədiyi payın onun real imkanlarına uyğunluğunu təmin etməkdir. Bütün gəlir, üstəgəl sair gəlirlər (AB-nin vəzifəli şəxslərinin əmək haqlarının azaldılması, vaxtı keçmiş ödə­nişlər üzrə faizlər, əvvəlki illərin cərimələri və aktiv sa­ldo­su) cari ilin büdcəsinə daxil edilmiş xərclərin maliyyələş­dirilməsi üçün tələb olunan ödənişlər üzrə ümumi təxsisatları ödəmə­lidir.

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin