Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Yaponiyanın b/s-i və onun xüsusiyyətləri



Yüklə 109,82 Kb.
səhifə41/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   36   37   38   39   40   41   42   43   44
bim imt sual cavab (1) yeni

46. Yaponiyanın b/s-i və onun xüsusiyyətləri
Artıq deyikdiyi kimi,unitar dövlət kimi Yaponiya ikisəviyyəli büdcə sisteminə malikdir. Büdcə sistemi dövlət büdcəsindən və yerli hakimiyyət orqanlarının büdcələrindən ibarətdir. Başqa sözlə, Yaponiyanın dövlət büdcəsi ikisəviyyəli hakimiyyət və idarəetmə ilə təqdim edilir ki, bu da sxem 9.2-də öz əksini tapmışdır.

Dövlət büdcəsi – Yaponiyanın maliyyə sisteminin əsas həlqəsidir. Büdcənin gəlir və xərcləri müəyyən qruplaşmaya : bölmələr, maddələr və paraqraflara malikdir.


Yaponiyanın dövlət büdcəsinin gəlirləri ibarətdir :

  1. vergi daxilolmaları

  2. qeyri – vergi daxilolmalar

  3. keçmiş illərin artıqlığı

Büdcə maliyyə sənədi kimi aşağıdakı bölmələrdən ibarətdir :

  • ümumi şərtlər

  • gəlir və xərclər

  • uzunmüddətli xərclər

  • keçirilmiş xərclər

Bütün büdcə gəlirlərinin yarıdan çoxunu vergi daxilolmaları (2000-ci ildə -60%) təşkil edir. Vergi daxilolmalarının tərkibində 40%-i fiziki şəxslərdən gəlir vergisi, 30%-i korporasiyaların mənfəət vergisi,30%-i qeyri – birbaşa (spirtli içkilərin, siqaret,zinət əşyalarının satışından ) vergilər təşkil edir (cədvəl 9.2).

Yaponiyada qeyri – vergi daxilolmalarının (icarə haqqından , torpaq sahələrinin və digər tərpənməz əmlakın satışından gəlir, dəbbə pulu, cərimələr, lotoreyadan gəlirlər) xüsusi çəkisi olduqca yüksəkdir.


Dövlət büdcəsinə daxilolmaların xeyli hissəsini qiymətli kağızlar buraxılışı (2000-ci ildə təxminən 30%) təmin edir.
Dövlət büdcəsinin xərcləri üç əsas istiqaməətdə həyata keçirilir :

  • birbaşa ödənişlər (inzibati aparatın saxlanılmasına)

  • xüsusi hesab üzrə vəsaitin xərclənməsi (pensiya təminatı,sosial sığorta, ictimai işlər, müdafiə)

  • yerli administrasiyalara maliyyə yardımı.

Yaponiyanın 1991-2000-ci ilə (1998-1999-cu illə müqayisədə) büdcə gəlir və xərclərinin strukturu cədvəl 9.3- də təqdim edilir.
Dövlət büdcəsi xərclərinin tərkibinin xeyli hissəsini sosial xərclər təşkil edir. Onların içərisində isə - qocalığa və əlilliyə görə pensiya üstün yer tutur(cədvəl 9.4).
Yaponiyada büdcə hesabına ictimai yardım (sosial yardım) maliyyələşdirilir. Bu da özlərinin minimum həyat səviyyəsini təmin edə bilməyənləri əhatə edir. Bu kimi yardımı Yaşayış Minimumu haqqında Qanuna əsasən təqdim edilir və yeddi nominasiya (ad) üzrə ödənilir : gündəlik ehtiyac,təhsil, mənzil, tibbi xidmət, analığa, işsizliyə ,dəfnə görə. 2025-ci ilə sosial təminat xərclərini artırmaq,xüsusən, bütün ehtiyacı olanların sosial müdafiəsinin səviyyəsini yüksəltmək planlaşdırılır. İctimai yardım üzrə ödənişlərin 75%-i mərkəzi büdcədən,25%-i isə yerli hakimiyyət orqanlarının büdcələrindən təqdim edilir.
ETT proqramını reallaşdırmaqla Yaponiya höküməti elmi – tədqiqat və təcrübə - konstruktor işləmələrinə (ETTKİ) dövlət təxsisatını artırır.

Elmə və təhsilə ayrılan xüsusi diqqət onunla izah edilir ki, iqtisadi artımın başlıca struktur amilinə çevrilmişdir. Belə ki, əgər 1960-1970-ci illərdə ÜDM-in artımının 57%-i onun hesabına təmin edilirdisə, 1985-1995-ci illərdə bu göstərici 75-80% - dək yüksəlmişdir. Elm və texnikada son nailiyyətlər dövləti məcbur etdi ki, pulsuz 9 illik təhsil haqqında qanun tətbiq etsin, ümumi təhsil məktəblərindən başqa, dövlət və bələdiyyə universitetlərini, dövlət elmi – tədqiqat institutlarını maliyyələşdirsin.


Dövlət büdcəsi hesabına yol tikintisi, aviasiya və dəmiryol nəqliyyatı , rabitə sistemi , təbii fəlakətin nəticələrinin aradan qaldırılması və s. maliyyələşdirilir.
Dövlət borcuna xidmət xərcləri hər il artır, 1998- ci ildə onlar 21.7 % təşkil etmişdir.
O ki qaldı hərbi xərclərə, onların Yaponiyada səviyyəsi digər inkişaf etmiş kapitalist ölkələri ilə müqayisədə kifayət qədər aşağıdır. Yaponiyada hərbi xərclər ÜDM-in 1%-dən kənara çıxmır.
2004-cü ilin dövlət büdcəsinə (773,7 mlrd. ABŞ dolları həcmində) son illərdə ölkədə maliyyə sektorunda baş verən problemlərin aradan qaldırılması məqsədilə vergi islahatlarının davam etdirilməsi, vergilərin strukturunun optimallaşdırılması, bir sıra vergi güzəştlərinin ləğv edilməsi, vergilərin strukturunun optimallaşdırılması, bir sıra vergi güzəştlərinin ləğv edilməsi, gündən – günə artan dövlət borcunun səviyyəsinin azaldılması üçün onun sağlamlaşdırılması, hətta bu istiqamətdə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq da nəzərdə tutulur.
2005-ci ilin dövlət büdcəsinin xərcləri 800 mlrd. ABŞ dolları nəzərdə tutulur. Hazırlanan büdcə ÜDM-ə faiz nisbəti 5% olan büdcə kəsiri, dövlət borcu üzrə isə 160% təşkil edən fiskal sektorun problemlərinin həllinə yönəldilmişdi. 2005-ci ildə dövlət borcunun məbləği 7.3 trilyon ABŞ dolları təşkil edirdi. 2005-ci ilin dövlət büdcəsinin əsas xüsusiyyəti 5 il ərzində hər il 5 % dövlət sektorunda çalışanların sayının azaldılması idi.
2006-cı ilin dövlət büdcəsinin xərcləri 681 mlrd. ABŞ dolları həcmində proqnozlaşdırılır. Dövlət büdcəsi xərcləri üzrə artım Koudzimanın hakimiyyəti dövründə ən aşağı artımla proqnozlaşdırılmışdı. Dövlət büdcəsi xərclərinin azalması son 5 ildə dövriyyəyə buraxılan istiqrazların 260 mln . ABŞ dolları azalmasına hədəflənmişdir.
Əsas nəticələr işsizliyin azaldılması, ölkədə iqtisadi artım tempinin sürətlənməsi , korporativ mənfəətin 3 il ardıcıl olaraq artması, qızıl-valyuta ehtiyyatlarının əhəmiyyətli şəkildə artması nəticəsində Yaponiyanın bu göstəricidə 70 aydan artıq müddət ərzində lider olması göstərilə bilər.
2007-ci ildə korporativ verginin 5.1 mlrld. ABŞ dolları azaldıması, sürətli amortizasiyanın tətbiqi əvvəlki ildə aparılan iqtisadi siyasətin müsbət nəticələrindən yararlanaraq dövlət borcunun həcmini 2007-ci ildə 20 mlrd. ABŞ dolları həcmində azaltmağı nəzərdə tuturdu. ABŞ höküməti 2007-2008-ci maliyyə ili üçün 8.5 mlrd. ABŞ dolları həcmində özəl sektor üçün vergi güzəştləri zərfini qəbul etdi. Həmçinin , son 40 il ərzində minimum əmək haqqı səviyyəsini qaldırdı. Ümumən 2007-ci ilin dövlət büdcəsi 700 mlrd. ABŞ dolları həcmində qəbul edildi.
İEÖ arasında əhalinin 65 yaşdan yuxarı hissəsinin ümumi əhalidə xüsusi çəki göstəricisi daha böyük ifadədə məhz Yaponiyadadır. Yaponiya üzrə bu rəqəm 2005-ci ildə 20.2% , AFR-də 18,8 % ,Fransada 16,3 % təşkil etdiyi halda Böyük Britaniya üzrə eyni göstərici 16,1% ,ABŞ-da isə 12,3% təşkil etmişdir. Əhalinin sürətli qocalması prosesi bu templə gedərsə,2025-ci ilə eyni göstərici Yaponiyada 30,5% ,AFR,Fransa,Böyük Britaniya və ABŞ üzrə müvafiq olaraq 24,4% ,21,7 %,19,9% və 17.8 %-ə bərabər olacaqdır
Dövlət borcuna xidmət büdcənin xərclər hissəsinin 2%-i təşkil edir. Bu maddənin 2001-ci il üçün belə cüzi payı, ola bilsin ki, bir qədər aşağıdır. 2000-ci ildə dövlət borcunun xidmətinə büdcənin xərclər hissəsinin 25,8%-i xərclənmişdir. 2000\01 maliyyə ilinin sonunda mərkəzi hökümətin və yerli administrasiyaların birgə daxili borcu ÜDM-in 130%-ni təşkil edirdi. Bu, inkişaf etmiş dünyada ən pis fiskal vəziyyətdir. 1996-cı ildə dövlət borcu üzrə xərclər faizlərin verilməsi və ödənişi ilə birlikdə birləşmiş büdcənin məxaric hissəsinin 43,6% -ni təşkil edirdi. Bu, 1946-1949 və1976-1981-ci illərdən sonra Yaponiya büdcə sisteminin üçüncü böhranı idi. Əgər 1980-ci illərdəki büdcə böhranını iri dövlət müəssisələrinin özəlləşdirilməsindən gələn daxilolmaların hesabına yatırtmaq mümkün oldusa,indiki dövrdə hökumət öz sahibkarlıq fəaliyyətini əhəmiyyətli şəkildə məhdudlaşdırmışdır və büdcənin doldurulması üçün likvid dövlət əmlakı çox qalmamışdır. Maliyyə Nazirliyinin hesablamalarına görə,2003-cü ildə martın sonunda Yaponiyanın ümumi borcu astronomik məbləğə - 623 trilyon yenə çatacaq. Ona görə də əvvəlki illə müqayisədə 2001\02 –ci maliyyə ilində dövlət borcunun xidməti ilə bağlı xərclərin 218% azaldılması, yəqin ki , iqtisadi reallıqlara cavab verməyəcək və hökümət tərəfindən Yaponiyanın dirçəliş planının başlanmasının elanından artıq bir şey olmayacaq.
Yaponiyanın dirçəliş planı XXI əsrdə Yaponiyanın inkişaf sxemini ifadə edir və bir sıra prioritet sferaları nəzərdə tutur. Onların sferasında dördünü fərqləndirirlər: iqtisadi sıçrayış üçün bazis kimi nəzərdən keçirilən informasiya texnoligiyaları, yaşa dolan yapon cəmiyyəti, ətraf mühitin yaxşılaşdırılması , yapon şəhərlərinin təzələnmə zərurəti. Hökümət 2001-ci maliyyə ilində bu planın reallaşdırılmasına 700 milyard yen xərcləmək fikrindədir. Bu məbləğin ,demək olar ki, yarısı informasiya texnologiyalarının inkişafı sahəsində hökümət tərəfindən seçilmiş 300 layihənin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.
Büdcənin sair xərcləri (17 %) aşağıdakıları əhatə edir : yerli özünüidarənin dövlət təqaüdləri, iqtisadi əməkdaşlıq,kiçik biznesin müdafiəsi , energetika, ərzağa nəzarət, sənaye üzrə kapital yatırımlarının transferti, ictimai işlərlə bağlı rezerv və başqaları.
Yaponiyada büdcə kəsiri problemi kifayət qədər aktualdır . Son dövrlər ölkə büdcəsində xərclərin gəlirlərdən üstünlüyü dünya birliyinin qəbul etdiyi göstəricidən – ÜDM –in 3%-dən xeyli çoxdur (cədcəl 9.5).
Büdcə kəsiri dövlət istiqrazlarının köməyi ilə ödənilir. Qanun 1947-ci ildən 1964-cü ilə kimi mərkəzi büdcəninmaliyyələşdirilməsi üçün dövlət istiqrazlarından istifadəni qadağan etmişdir. Lakin bu təcrübə tətbiq olunmadı və dövlət borcu üzrə xərclərin xüsusi hesablarda qeyd olunmuş hissəsi dövlət kreditinin köməyi ilə ödənildi. 1964-cü ildə qadağa aradan götürüldü və istiqrazlar üzrə dövlət kreditləri mərkəzi büdcədə əks olunmağa başlamışdır. Dövlət istiqrazlarından gələn gəlirlərin payı 1975-ci ildəki 9.4 % - lə müqayisədə 1979-cu ildə 40%- ə çatdı. Bununla əlaqədar olaraq, büdcə maliyyələşməsinin bu ənbədən asılılıq səviyyəsinin azaldılması tədbirləri həyata keçirilmişdir. 1991-ci ildə dövlət istiqrazlarının büdcə gəlirlərindəki payı 7.6%-ə enmişdir. Lakin daşınmaz əmlak və korporativ səhmlər bazarındakı iflasla əlaqədar olaraq kəskinləşən iqtisadi çətinliklər şəraitində (“sabun köpüyü” iqtisadiyyatı) əvvəlki tendensiya bərpa olundu və 1996-cı ildən yapon hakimiyyəti öz maliyyələrinin AB konvergesiyasiyasının meyarlarına uyğunlaşdırma tədbirləri barədə barədə elan etdi . İslahata əsasən , 2003-cü ildə büdcə kəsiri ÜDM-in 3%-nə qədər azaldılmalı idi. Bundan başqa, elə həmin dövrdə büdcə kəsirinin ödənilməsinə gedən yeni istiqrazların buraxılışını sıfıra çatdırmaq nəzərdə tutulur.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin