Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə36/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
bim imt sual cavab (1) yeni

41. İEÖ-də büdcə quruculuğu
Maliyyə-sistemində büdcə quruculuğu problemi ən mərkəzi yerlərdən birini tutur.Demək olar ki,hər bir dövlətin iqtisadi –sosial vəzifələrinin həyata keçirilməsinin maddi əsasını dövlət büdcəsi təşkil edir.Dövlət büdcəsi – iqtisadi kateqoriya olmaqla pul vəsaitləri fondlarının formalaşması və istifadəsini əks etdirir. Milli gəlirin bir hissəsinin bölgüsü və yenidənbölgüsünü həyata keçirir.
Hər bir ölkənin dövlət büdcəsi maliyyə planı hesab olur. Ona görə də büdcə iqtisadi baxımdan, sosial baxımdan, hüquqi nöqteyi – nəzərdən izah edilir. Dövlət büdcəsi maliyyə sisteminin tərkib hissəsi olduğu üçün oda bir çox funksiyaları yerinə yetirir.
Belə ki, ÜDM-in bölüşdürülməsi iqtisadiyyatın tənzimlənməsi prosesi milli gəlirin bölgüsü və yenidənbölgüsü və eləcədə maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət büdcə tərəfindən həyata keçirilir. Hər bir ölkədə büdcə quruculuğu həmin ölkənin dövlət quruculuğunun formasından asılıdır. Büdcə quruculuğu işləri qanunvericilik aktları ilə müəyyən edilir. Unitar (yəni vahid ) dövlətlərdə büdcə vahid dövlət planı kimi fəaliyyət göstərir. Federativ dövlətlərdə isə dövlət büdcəsi mərkəzi federasiya subyektləri və yerli büdcələrdən ibarət olur.
İnkişaf etmiş demokratiya şəraitində olan büdcə tərtib edilərkən federasiya və yerli qurumlar nəzərdə tutulur.
Dövlət öz iqtisadi funksiyaları yerinə yetirdikdə büdcə mexanizmindən istifadə edir. Buda dövlətin büdcə siyasəti adlanır.
Büdcə siyasəti hər bir dövlətin texniki konkret dövrdə həyata keçirdiyi maliyyə siyasətinə daxildir. Maliyyə vəsaitlərinin səfərbər edilməsi və səmərəli istifadəsi büdcə siyasətinin əsasını təşkil edir. Ona görə də hər bir konkret dövlət “Büdcə sistemi” haqqında qərar qəbul etməli olur.
Maliyyə siyasətinin tərkib hissəsi olan büdcə siyasəti də dövlətin qanunvericilik orqanları tərəfindən həyata keçirilir. Büdcə siyasəti iqtisadi sahələrlə yanaşı sosial siyasətin əsas istiqamətlərində müəyyən etmiş olur. Bütövlükdə büdcə sistemi gəlirlərdən və xərclərdən ibarətdir. Büdcənin gəlir hissələri, vergi gəlirləri, əvəzsiz götürmələr və büdcə fondlarının gəlirlərindən ibarətdir. Eləcə də dövlət və bələdiyyə əmlaklarının özəlləşdirilməsindən əldə edilən gəlirlər də büdcənin gəlir hissəsinə daxil edilir. Bununla yanaşı , bəzi cərimələr də yarandıqda büdcə gəlirlərinə daxil edilir.
Büdcənin xərcləri isə dövlətin əsas iqtisadi funksiyalarının yerinə yetirilməsini nəzərdə tutur.
Burada sosial xərclər daha böyük xüsusi çəkiyə malikdir. (Məsələn pensiya, təminat,idman,səhiyyə,maarif,təhsil və s.)
Beləliklə hər bir ölkədə büdcə gəlirləri buna daxil olan pul axınları hesabına formalaşır. İqtisadi həyatda büdcə gəlirlərinin formalaşması və istifadəsinin iki metodunu fərqləndirmək olar:
1.Xüsusi büdcə metodu
2. Kredit meodları
Büdcə metodu dedikdə : müəssisə və əhalidən olan gəlirlərin daxil olunması nəzərdə tutulur.
Kredit metodu dedikdə : daxili və xarici borcların hesabına büdcə gəlirləri nəzərdə tutulur.
Aydındır ki, büdcə gəlirlərinin formalaşması vergi metodu hesabına baş verir .Ona görə də vergi anlayışının izahına keçirik.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin