Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə35/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   31   32   33   34   35   36   37   38   ...   44
bim imt sual cavab (1) yeni

40. İESÖ-ün maliyyə sistemi
Burada beynəlxalq maliyyəni dünya maliyyə sistemlərindən fərqləndirmək lazım gəlir. Bütövlükdə maliyyə sistemi dedikdə - pul vəsaitlərinin formalaşması, istifadəsi və hərəkətinin məcmusu nəzərdə tutulur. Aydındır ki,maliyyə anlayışı yalnız pul vəsaitinin hərəkəti ilə məhdudlaşmır. Bu daha geniş anlayışdır. Hər bir maliyyənin maddi əsası maddi nemətlər istehsalı ilə bağlıdır. Həmin məhsulun müəyyən hissəsi daxili və xarici bazarda satılmaqla pula çevrilir. Deməli, hər bir istehsal prosesi öz başlanğıcını müəyyən qədər pul vəsaitlərinin olması ilə tamamlayır.
Beynəlxalq maliyyə dedikdə - milli sərvətin bir hissəsinin beynəlxalq əməkdaşlıqda iştirak etməsini nəzərdə tutur.Yəni milli sərvətin müəyyən hissəsi beynəlxalq valyuta –pul münasibətlərində ,alqı-satqı prosesində iştirak edir. Bununla da qarşılıqlı maliyyə münasibətləri yaranır.
Dünya maliyyə sistemi dedikdə -milli maliyyə sistemləri və beynəlxalq maliyyə sisteminin məcmusu nəzərdə tutulur. Burada milli maliyyə pul axınlarının bir hissəsi valyuta-maliyyə axınlarına qarışır. Son illərdə inteqrasiya proseslərinin və qloballaşma prosesinin artması ilə Milli iqtisadiyyatda Maliyyə,Bank sistemində təşkilat, Quruluşda unifikasiya(vahid şəkilə düşmək) prosesi artmışdır.Bununla yanaşı hər bir ölkənin maliyyə sistemində milli xarakterik cəhətlərdə qalır.Son 20 ildə qeyd etdiyimiz İEÖ-lərdə Maliyyə sistemində mərkəzləşmə meyli artmışdır.Ona görə də həmin ölkələrin maliyyələşmə təcrübəsi və prinsiplərinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. İEÖ-lərin maliyyəsi əsasən 2 həlqədən ibarət olur :
Mərkəzləşdirilmiş maliyyə və Qeyri mərkəzləşdirilmiş maliyyə
Mərkəzləşdirilmiş maliyyə dedikdə - Burada dövlət büdcələri, yerli büdcələr ,xüsusi büdcədənkənar fondlar nəzərdə tutulur.
Qeyri –mərkəzləşdirilmiş maliyyə dedikdə - dövlət və xüsusi müəssisələrin və ev təsərrüfatlarının maliyyəsi nəzərdə tutulur.
Maliyyə sistemi prosesinin başqa cürdə səciyyələndirmək olar.Yəni dövlət maliyyəsinə - dövlət büdcəsi, Bələdiyyə büdcələri,dövlət xüsusi fondları ,dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi daxildir. İqtisadiyyatın xüsusi bölməsinin maliyyəsinə isə özəl müəssisələrin və ev təsərrüfatlarının maliyyəsi aid edilir.
Aydındır ki, dövlət səviyyəli maliyyə vəsaitləri ümumdövlət işlərinə yönəldilir.Ona görədə maliyyə sistemində daha mərkəzi yeri tutur.
Qeyd etdiklərimizdəm aydın olur ki, bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin maliyyə sistemində o qədər də köklü fərq yoxdur.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin