[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları
2. Yüklərin R-ka sərhədindn çıxaran zaman gömrük baxişindan keçirilməsi. Yük dedikdə - marşurutla, vaqonla, konteynerlə və kiçik həcimdə dəmiryolu ilə daşınan və ya daşınmasi nəzərdə tutulan mallar nəzərdə tutulur.
Az. R-nın gömrük ərazisinə gətirilən və oradan aparılan bütün yüklərgömrük rəsmiləşdirilməsindən keçirilməlidir.
Gömrük rəsmiləşdirilməsi qaydasi DGK-nin normativ sənədləri ilə müəyyən olunur.Gömrük orqanlarının və dəmiryolunun qarşılıqlı münasibətləri qaydası hüquqi – normativ aktlarla müəyyən olunur.
Yüklərin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə icra olunur.Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarinda yerləşdirilməsi və ya faktiki yerləişdirilməsi ilə dəmir yolu şöbələri tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarları DGK-nin tələblərinə uyğun təchiz olunmalıdır.
Gömrük rəsmilşdirilməsi başa çatmış yüklərin iki gömrük orqanı arasında daşınması gömrük nəzarəti altında daşınmasını icra edən dəmir yollarının məsuliyyəti ilə icra olunur.Gömrük nəzarəti altında daşınan yüklər gömrük orqanlarinin vəzaifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri qərarın icrası dəmir yolunun işçiləri üçün vacibdir.Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarti altında daşınması yüklrin daşınması qaydalarına beynəlxalq yük daşınmaları haqqında müvafiq razılaşmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayyət olunmaqla həyata keçirilir.Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarti altında nəqli texniki vəziyyəti yüklrin saxlanılmasını təmin edən vaqonlarda və konteynerlərdə hyata keçirilir.
Göndərən gömrük orqanı adı daşıma müddətlrinə əsaslanaraq, dəmiryolunun nəzərdə tutulan marşurut imkanlarını və başqa şərtlərini nzrə alaraq yükün təyinat gömrükxanasına çatma müddətini təyin edir.Dəmiryolu normal daşınma və saxlanma şəraitində təbii aşınma və ya azalma istisna olunmaqla, qablaşdırma materillarını və mallari dəyişməmiş vəziyətdə təyinat stansiyasına çadırmağa və yükün çatdırılması barədə muvafiq gömrük orqanına məlumat verməyə borcludur.
Dəmiryolu ilə yüklərin gömrük nəzarəti altında daşınması zamanı gömrük ödənişlərinin ödənilmsinin təmin olunması təlb olunmur.