Beynəlxalq nəqliyyat əməliyyatları


Yüklərin Az. R-dan kənara aparılması zamanı gömrük rəsmiləşdirilmsi qaydası



Yüklə 335 Kb.
səhifə13/34
tarix13.04.2023
ölçüsü335 Kb.
#97608
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları

4. Yüklərin Az. R-dan kənara aparılması zamanı gömrük rəsmiləşdirilmsi qaydası.
Yüklərin Az. R-dan kənara aparılmasına gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra icazə verilir.Yüklərin dəmir yolu il daşınmasına təhvil verilməsindən əvvəl yük göndrən planlaşdırılan yükləmə gününə kimi əvvəlcədən aşağıdaki sənədlri gömrük orqanlarına təhvil olunmalıdır:

  • yükün xaricə aparılması məramı haqqında məlumat kimi daşınma qaydalarına muvafiq olaraq doldurulmuş daşınma sənədləri;

  • bəyan olunmuş gömrük rejiminə muvafiq olaraq yükün mümkün buraxılması haqqında qrarın qəbul olunmasına imkan verən səndlər.

Gömrük orqanını vəzifəli şəxsi:

  • daşınma sənədlərini gömrük orqanının muəyyən etdiyi aydada qeydə alir;

  • təqdim olunmuş sənədlri yoxlayır;

  • yükün buraxılmasının mümkünlüyü haqqında qərar qəbul edir;

  • müsbət həll olunduğu hallda qaimənin birinci nüsxəsində, qaimənin və ya yol cədvəlinin əlavə nüsxələrində bilavasitə yükün adının altında “yükləməyə icazə verilib” ştampı vurur, yaxud analoji ifadəni yazır və nömrəli şəxsi möhrü ilə təsdiqləyir;

  • qaimənin və ya yol cədvəlinin əlavə nüsxəsinin yuxarı sol küncündə “hömrük üçün nüsxə” qeydini aparır;

  • tam gömrük rəsmiləşdirilməsi üçün vaxt təyin edir.Gömrük rəsmilşdirilməsi zamanı yük müvqqəti saxlanc anbarında və ya müəssisənin keçid yolunda yerləşdirilə bilər.

Gomrük orqanının vəzifəli şəxsi gömrük məcəlləsi və DGK-nın normativ aktlarında nəzərdə tutulan əsasla olduqda yükləmə əməliyyatları qadağan oluna bilər.
Yükləməyə icazə verilib ştamp əsasında dəmir yol işçiləri qaimləri imzalayır və yükləmə üçün daşıma vasitələri ayırırlar.
Yük daşıma vasitəsinə yükləndikdən sonra, yük göndrən YGB-ni, daşıma sənədlərini və gömrük rəsmilşdirilməsi və nəzarəti üçün zəruri olan digər səndləri gömrük orqanına tqdim edir.Gömrük orqanının vəzifəli şəxsləri müəyyən olunuş müddətlərdə yükün gömrük rəsmilşdirilməsini həyata keçirir və xaricə buraxilması haqqında qərar qəbul edirlər.
Gömrük orqanının qərarı beynlxalq dəmir yolu qaiməsinin “gömrük qeydləri” qrafasinda, göndərmə yolunun nəzrdə tutulmuş yol cədvəlinin əlavə nüsxəsində və daxili nəqletmə sənədlərində dəmir yolu qaiməsinin 4-cü qrafasinda “buraxilmasına icazə verilir” ştampı ilə göstərilir.Bu sənədlərin yuxarı sağ küncündə YGB-nin nömrəsi yazılır.Göstəriln ştamlar və yazılar gömrük orqanının vəzifəli şəxsinin nömrəli şxsi möhrü ilə təsdiq olunur.
Gömrük orqanını vəzifəli şəxsləri gömrük və daşınma sənədlərini yoxladıqdan sonra yükün sərhəddən buraxılması haqqında son qərar qəbul edirlər.Bu qərar qəbul olunduqdan sonra ötürm cədvəlinin hər iki nüsxəsin “buraxılmasına icazə verilib” ştampı vurulur və gömrük orqanının vəzifəli şəxsinin şəxsi möhrü ilə təsdiq olunur.Yükün xaric buraxılması haqqında qərar qəbul olunduqdan sonra daşınma və müşaiət sənədləri sərhəd stansiyasının işçilərinə qaytarılır.Gmrük orqanın işçilərində öturmə cədvəlinin surəti və yük ilə birlikdə daxil olmuş YGB-nin 4-cü vərəqi qalır.DGK-nin müvafiq əmri ilə təsdiq olunmuş daxili gömrük tranziti haqqında əsasnamənin müvafiq bölmsinə uyğun olaraq yük sənədlərində göndəriş gömrük orqanı tərfindən qoyulmuş gömrük qeydləri olduğu halda, ixrac olunan yüklərin gömrük rəsmiləşdirilməsi YGB-nin 4-cü vərəqi olmadanda aparıla bilər.Bu halda sərhəd gömrükxanaları tərəfindən tərtib olunana yüklərin Az. R-dan faktiki ixracı haqqında jurnal və məlumatlardan YGB-nin nömrəsi yazıldiqdan sonra “yoxdur” qeyd olunur.

Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin