[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları
3. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt. Gömrük rəsmiləşdirilməsi, malları göndərənin və ya alanın yaxud onların struktur bölmlərinin yerlşdiyi yer üzrə Az. R-sı gömrük orqanın fəaliyyət zonasında, bu iş üçün müəyyən olunuş yerlərdə və Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi Az. R-sı gömrük orqanının iş vaxtında aparılır.
Az. R-sı gömrük orqanının razılığı ilə başqa yerlərd və iş vaxtından kənar vaxtlarındada gömrük rəsmiləşdirilmsidə aparəla bilər.
Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını Az. R-nın müəyyən gömrük orqanına həvalə edə bilər.
Mal və nəqliyyat vasitələrini gömrük sərhdindən keçirən şəxslər, daşıyıcı, anbar sahibi, həmçinin mal və nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil olmaq hüququna malikdirlər.Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüququ vəzifəyə çevrilir, belə ki, bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli şəxslərinə kömək etməlidirlər.Belə kömək dedik də, GM-nin 132-ci maddəsində göstərilən əmliyyatlar, prob və nümunələrin götürülməsi nəzərdə tutulur.
Maddə 126: Gömrük rəsmiləşdirilməsində səlahiyyətli şəxslərin və onların nümayəndələrinin iştirakı. Mallar və nəqliyyat vasitələri barədə səlahiyyətli şəxslər və onlarin nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər. Az. R-sı gömrük orqanının tələbi ilə göstərilən şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etmli və gömrük rəsmiləşdirilməsinin aparılmasında Az.R-sı gömrük orqanlarının vəzifəli şəxslərinə kömək etmlidirlər. GM-nin 141-ci maddəsinin 3-cü bəndində və 171-ci maddəsinin 5-ci bəndinə əsasən DGK-nin icazəsi ilə rəsmiləşdirməni aparan gömrük orqanına bu orqanın vəzifəli şxslərinin bildiyi xarici dildə tərtib olunmuş sənədlər təqdim oluna bilər