Beynəlxalq nəqliyyat əməliyyatları


Mövzu 9. Beynəlxalq avtomobil yükdaşımalarının təşkili



Yüklə 335 Kb.
səhifə17/34
tarix13.04.2023
ölçüsü335 Kb.
#97608
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları

Mövzu 9. Beynəlxalq avtomobil yükdaşımalarının təşkili
Plan:

  1. Azərbaycanda avtomobil nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.

  2. Azərbaycanın MDB respublikaları ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaların təşkili.

  3. Azərbaycanın Beynəlxalq ölkələrlə avtomobil yolları ilə əlaqələri, sərnişin və yük daşımalarının təşkili

  4. Beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri

1.Azərbaycanda avtomobil nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu – Azərbaycanın dünya iqtisadiyyatına qoşulmasında digər nəqliyyat sahələri ilə yanaşı avtomobil nəqliyyatınında mühüm rolu vardır. Yük daşımada avtomobil nəqliyyatından əvvələr yalnız dağlıq ölkələrin ərazilərində qısa məsafələrdə istifadə olunurdu, lakin son zamanlarda dünyanın inkişaf etmiş ölkələrdə avtomobil yolarının texniki iqtisadi göstəricilərinin yüksəldilməsi və yük tutumu 30 – 40 tona qədər olan avtomobillərin istehsalı avtomobil nəqliyyatından istifadə olunmasına geniş şərait yaratmaqla daxili və xarici iqtisadi əlaqələrdə avtomobil nəqliyyatının iqtisadi səmərəliliyinin artmasını təmin etdi. Odur ki, hazırda avtomobil yolarının Beynəlxalq normalara uyğun inkişaf etməsinə xüsusi diqqət yetirilir. Azərbaycanın avtomobil yolları istər Beynəlxalq iqtisadi əlaqələrin inkişafında, istərsə də daxili rayonlar arası yük və sərnişin daşınmasında mühüm əhəmiyyət kəsb edir. Son illərə dək Azərbaycan ərazisində avtomobil yollarının texniki göstəriciləri dünya standartına cavab vermirdi. Lakin son illərdə Azərbaycanın Beynəlxalq avtomobil yolları konvensiy asına qoşulması ilə bağlı yolların bir qismi Beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmışdır. Son illərin məlumatına görə respublika daxili ümumi avtomobil yollarının 18,5% - i asvalt beton örtüklü, 20% - i qara örtüklü, 46,7% - i çınqıl örtüklü 14,8% - i isə qrunt yollardan ibarətdir. Yolların bu strukturda olması ağır tonajlı yük avtomobillərinin hərəkətinnə cavab vermir. Halbu ki, respublika ərazisinə sutka ərzində tutumu 20 – 30 ton olan 150 – 200 ədəd ağır tonajlı yük avtomobilləri daxil olur. Ərazidə maqistral avtomobil yollarının örtük səviyyəsi müasir tələbələrdən aşağı səviyyədə olduğundan belə yüklü avtomobillərin təzyiqinə davam gətirməyib qısa vaxt ərzində xarab olur. Azərbaycanın Avrasiya ölkələri ilə inteqrasiyaya qoşulması daxili yük axınları ilə yanaşı, tranzit yük axınlarının intensiv inkişafına şərait yaradan mühüm faktordur, odur ki bu axınları tənzimləmək üçün respublika daxili maqistral avtomobil yollarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi son dərəcədə vacibdir. Azərbaycan ərazisində fəaliyyət göstərən avtomobil yolları quruluşuna görə respublika və yerli əhəmiyyətə malik yollara ayrılır. Respublika əhəmiyyətli avtomobil yollarının texniki səviyyəsi müasir dünya göstəriciləri səviyyəsi tələbatdan aşağı olduğundan avtomabillər normadan artıq yanacaq sərf olunması, ilə yanaşı onların daşıma əmsalı da xeyli aşağı düşür. Son illərin məlumatına görə respublika əhəmiyyətli avtomobil yollarının 3% birinci kateqoriyalı, 18% ikinci kateqoriyalı, 31% üçüncü kateqoryalı, 10% isə dördüncü kateqoryalı yollara aid edilir. Odur ki, yaxın gələcəkdə respublikanın avtomobil yollarının 1 – 2 – ci kateqoryalı yol səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Xüsusi ilə qədim “İpək yolu”nun bərpası Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində mərkəzləşməsi ölkənin “arteriya” sistemi olan bütün nəqliyyat sahələrində, o cümlədən avtomobil yollarının bütün istiqamətlərdə bərpa işlərinin başa çatmasını tələb edir. Yerli əhəmiyyətli avtomobil yolları respublika ərazisində fəaliyyət göstərən ümumi avtomobil yollarının 64% – ni təşkil edir. Respublika ərazisində yerli əhəmiyyətli yollar əsasən dördüncü və beşinci kateqoriyalı yollar qrupuna daxil edilir. Ümumi yerli əhəmiyyətli avtomobil yolları respublika ərazisində 16,6 min km təşkil edir. Ümumi əhəmiyyətli yolların son ilin göstəricilərinə görə 9,8% - ı asvalt – beton, 19% - ı qara örtüklü, 44,6% – ı çınqıllı örtüklü, 26,6% - ı isə qrunt torpaq örtüklü yollardan ibarətdir. Respublikanın daxili, iqtisadi rayonları üzrə avtomobil yollarının 2,2% - i Abşeron, 6,1% - i Gəncə, 8,6% - i Qazax, 7,7% - i Mil – Qarabağ, 7,4% - i Muğan – Salyan, 17,6% - i Şirvan, 7,4% - i Şəki, 10,9% - i Lənkəran, 7,2% - i Xaçmaz, 3,6% - i Arazboyu, 10,8% Kəlbəcər, 5,6% – i Naxçıvan, 4,9% – i Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşür. Beləliklə hər 1000 kv əraziyə orta hesabla Abşeron iqtisadi rayonu üzrə 112 km, Gəncədə 341 km, Qazaxda 302 km, Mil – Qarabağ 338 km, Muğan – Salyanda 284 km, Şirvanda 401 km, Şəkidə 184 km, Lənkəranda 441 km, Xaçmazda 220 km, Arazboyunda 501 km, Naxçıvanda 262 km, Yuxarı Qarabağda 244 km təşkil edir.
Avtomobil nəqliyyatının mühüm göstəricilərindən biridə yük və sərnişin daşınmasıdır. Son ildə respublika daxilində daşınan cəmi yüklərin 47% - i, Sərnişinlərin isə 84% - i avtomobil nəqliyyatı təşkil edir. Son illərdə avtomobil nəqliyyatı təkcə Azərbaycanın daxili iqtisadi rayonları ilə deyileyni zamanda MDB respublikaları və bir sıra xarici ölkələrlədə sərnişin və yük daşımaları sistemində geniş əlaqələr yaratmışdır.

Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin