1 .”Tranzit yük daşınması” anlayışı, tranzit rejimin təyinatı və ondan istifadəetmənin hüquqi əsası Tranzit yük daşınması anlayışı beynalxalq mal mübadiləsinin obyektiv zərurətindən yaranan və ölkələrin coğrafi mövqeyi , geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat kateqoriyası olub, beynəlxalq ticarət əməliyyatlarında mühüm əhəmiyyət kəsb edir.
Tarixdən bəllidir ki, gömrük ərazilərindən tranzitlə daşınan yüklər uzun müddət müxtəlif ölkələrdə vergi tutmaya məruz qalırdı. Kommunikasiya və nəqliyyat vasitələrinin inkişafı, beynəlxalq yük daşınmaların həcminin artması ilə bağlı tranzit gömrük rejimi yarandı və bu da gömrük nəzarəti altında gömrük ərazisində daşınan mallara proteksionist tədbirlərin təsirinin aradan qaldırılmasına imkan verdi.
Beləliklə tranzit gömrük rejimi - malların (yüklərin) gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları , vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirlər tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.Ancaq Az. Res-sı Qanunvericiliyi Az.Res-nın dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir. Bu rejimin geniş tətbiq edilməsində həm də malların tranziti şərtlərinin tənzimlənməsi və yüngülləşdirilməsinə yönəldilmiş, onların eyniləşdirilməsini (inifikasıyasını) nəzərdə tutan müxtəlif beynəlxalq - hüquqi sənədlərin hazırlanması mühüm rol oynadı.
Bu rejim altında daşınan mallardan gömrük rüsumları , vergilər, tutulmalar və iqtisadi siyasət tədbirləri tətbiq edilmir.Yüklərin tranziti həmçinin Az. Res-nın beynəlxalq sazişləri , Nazirlər Kabinetinin qərarları, DYK-nin normativ aktları ilə də tənzimlənə bilər.
2. Tranzit yük daşınması rejimindən istifadənin sahəsi və şərtləri Tranzit gömrük rejimi bu rejim altında yerləşdirilən malların nomenklaturasına, miqdarına və təyinatına aid heç bir xüsusi məhdudiyyət müəyyən etmir.Ancaq tranzit rejimin tətbiqində Gömrük Məcəlləsinin 19 maddəsinədə nəzərdə sərhəddən keçirilən malların ayrı-ayrı kateqoriyalarına qadağa və məhdudiyyət nəzərdə tutulur.
Təcrübədə tranzit rejiminin müəyyən edilməsinin prinsip və şərtləri iki qrupa ayrılır:
rejimin benefisarı tərəfindən qəbul edilən öhdəliklər və ya rejimdən istifadə edilməsinə icazə verilməsinə görə onun müəyyən edilən şərtlərə;
rejimin reqlamentasiyasına riayət edilməsini təmin etmək üçün gömrük orqanları tərəfindən istifadə edilən gömrük nəzarətini həyata keçirmək vasitəsinə
Gömrük Məcəlləsi tranzit gömrük rejimini tətbiq edilməsinin icazə qaydasını müəyyən edir. Rejimdən istifadəyə müraciət və icazənin verilməsi mallar barədə bütün nazımı məlumatları, daşınma məqsədi və s-ni özündə cəmləşdirən doldurulmuş gömrük bəyannaməsinin gömrük orqanına təqdim edilməsi yolu ilə həyata keçirilir.
Bəzi hallarda YGB-dən istifadə edilməkdə rəsmiləşdirilməsi əvəzinə digər sənəd formalarından da istifadə edilməsinə yol verilir. BYD-ı konvensiyasının müddəalarında göstərilən Tir Korvetlərindən istifadə edilən bilir.