Beynəlxalq nəqliyyat əməliyyatları


Mövzu 6. Beynəlxalq aviasiya yük daşınmalarının təşkili



Yüklə 335 Kb.
səhifə7/34
tarix13.04.2023
ölçüsü335 Kb.
#97608
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   34
[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları

Mövzu 6. Beynəlxalq aviasiya yük daşınmalarının təşkili.
Plan:
1. Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.
2. Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili
3. Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkili.
4. Beynəlxalq hava daşınmaları hüququnun konvension təsbiti.
5. Beynəlxalq hava yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri.
1.Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu – Respublikanın əlverişli coğrafi məkanda yerləşməsi başqa nəqliyyat sahələri kimi, hava nəqliyyatının inkişafına təsir göstərmişdir. Azərbaycan ərazisində ilk təyyarə 1918 – ci ildə uçuş etməklə hərbi xarakter daşımışdır. Respublika “Zaqafqaziya” aksionerinin yaranmasından sonra hava nəqliyyatının inkişaf dövrü başlanmış və birinci dəfə poçt və sərnişin daşınması Bakı – Tiblisi arasında 8 yanvar 1924 – cü ildə həyata keçirilmişdir. 1931 – ci ildə Bakıda ilk yeni hava limanının tikintisinə başlandı və 1933 – cü ildə Yevlaxda 2 – ci hərbi xarakter daşıyan hava limanının tikintisi başa çatdırıldı. 1937 – ci ildə müstəqil olaraq Bakı – Moskva hava xətti istifadəyə verildi. Hər gün Bakı – Moskva hava xətti ilə 15 sərnişin və poçt hər iki istiqamətdə daşınılırdı.
İkinci dünya müharibəsinə qədər respublikada sərnişin və poçt daşınmaqla yanaşı, tibbi yardım, k/t – da ziyanvericilərə qarşı hava nəqliyyatından geniş istifadə olunurdu.
Son illərdə respublika miqyasında hava nəqliyyatı ilə sərnişin və xalq təssərrüfatı yüklərinin daşınmasında TU – 154, TU – 134 B, K – 10, Boinq təyyarələrindən istifadə olunur. Hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınmasında bir sıra çətinliklər olmasına baxmayaraq son 15 – 20 il ərzində sərnişin daşınması 3 dəfə, yük daşınması isə 5 dəfədən çox artmışdır. Son ilin məlumatına görə hava nəqliyyatı ilə daşınan cəmi sərnişinlərin 9,2% - i respublikanın daxili rayonlar arasında, 90,8% - i isə respublikadan kənara daşınmışdır. Kənar ölkələrə hava nəqliyyatı ilə daşınılan sərnişinlərin hesablamalara görə 52% - i respublikadan göndərilən sərnişinlər, 48% - i isə respublikaya gələn sərnişinlər təşkil edir.
Respublikaya kənar ölkələrdən tez xarab olan malların daşınması məqsədə uyğun hesab olunur. Bir tərəfdən xarab olan məhsulların itkisini azaltmağa, əlavə yük vurma – yük boşaltma xərclərini, həmçinin digər nəqliyyat növlərinə nisbətən boş dayanma hallarının qarşısını almış olar. Həmçinin vaxta qənaət etməklə vaxt itkisinin qarşısı alınar. Beləki Bakı şəhərindən Rusiyanın ən ucqar şəhəri olan Xabarovskiyə bir başa sürətlə gedən qatarla 151 saata gedilirsə, təyyarə ilə həmin məsafəni 15 saata, Alma – Ata şəhərinə 70 – 7 saata, Daşkəndə 59 – 7 saata çatmaqla vaxta uyğun olaraq 141 və 54 saat qənaət etmiş olarıq.
Beləliklə Azərbaycan şəraitində hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınması 3 istiqamətdə inkişaf etmişdir.

  1. Respublikanın daxili iqdisadi rayonları ilə;

  2. MDB üzvü olan respublikaların şəhər və rayonları ilə;

  3. Beynəlxalq və yaxud xarici ölkələrlə olan əlaqələri

1) Respublikadaxili əlaqələr – daxili hava yollarının ümumi uzunluğu 3500 km olub, bütün hava 4,8% - i təşkil edir. O, cümlədən Bakı – Naxçıvan (330km), Bakı – Ağdam – Fizuli (330 km), Bakı – Yevlax (250 km), Bakı – Lənkəran (330 km), Bakı – Zaqatala (360 km), Bakı – Naftalan (250 km), Bakı – Xocalı (350 km), Bakı – Şəki (320 km), Naxçıvan – Gəncə, Bakı – Gəncə və s. ibraətdir. Respublika daxili rayonlararası sərnişin daşınmada əsasən AN – 26, YAK – 40, TU – 154 təyarələrindən istifadə olunur.
2000 – ci ildə respublikadaxili daşınan sərnişinlər ümumi daşınan sərnişinlərin 31% - ni təşkil etmişdir. Respublikadaxili daşınan sərnişinlərin 29% - i Bakı – Yevlax, 23,.6% - i Bakı – Gəncə, 7,5% - i Bakı – Naxçıvan marşurutların payına düşmüşdür.

Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin