[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları
4.Beynəlxalq dəmiryol yük və sərnişin daşınmalara nəzarət və onların rəsmiləşdirilməsi prinsipləri. Mal və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi zamanı rəsmiləşdirməni həyata keçirmək üçün aşağıda qeyd edilən nəzarət formaları həyata keçirilir:
mal və nəqliyyat vasitələrinin sənədləri yoxlanılır;
mal və nəqliyyat vasitələrinə gömrük baxışı keşirilir;
mal və nəqliyyat vasitələri müayinə edilir.
Dəmir yol nəqliyyatı ilə yük və sərnişin daşınmalarına nəzarət və rəsmiləşdirmə əməliyyatları üzrə standartalr nəzərə alınmaqla, tərəf-dövlətlər məlumatların dəqiqliyinə nail olmaq məqsədilə əsas bəyannamənin təqdim edilməsini tələb edirlər.
Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı münsibətlərinin müvəqqəti texnologiyası təqdim olunur. Bu texnologiyada yüklərin gömrük nəzarəti altında daşınması şərtləri, yüklərin gömrük ərazisinə gətirilməsi zamanı rəsmiləşdirilməsi üçün sərhəd stansiyasının işçililəri tərəfindən gömrük orqanının vəzifəli şəxslərinə yükün gəlməsini çatdırmalıdır. Məlumatlar iki nüsxədə ötürmə cədvəllərinin, həmcinin daşınma və müşayiət etmə sənədini gömrük orqanına verilməsini təmin edir. Gömrük orqanının vəzifəli şəxsi ötürmə cədvəllərinin hər iki nüsxəsinin yuxarı sağ küncündə aşağıdakı formada ştamp vurur:
Sənədlər gömrük tərəfindən qəbul edildi saat 17:30-da
Dəmir yol stansiyasına qaytarıldı saat 18:10-da
Gömrük orqanının vəzifəli şəxsinin imzası
Dəmir yolu stansiyası işçisinin imzası
Ştampın nömrəsi
Ötürmə cədvəlinin bir nüsxəsi əlavə sənəödlərlə birlikdə gömrük orqanında saxlanılır. Digər nüsxə stansiyanın əməkdaşına qaytarılır.
Gömrük orqanının vəzifəli şəxsləri ötürmə stansiyasının əməkdaşları ilə birlikdə nəzərdə tutulmuş müddətdə daşınma vasitələrinin sayını, nömrələrini, plombların vəziyyətini, yükün vəziyyətini və s. yoxlayır. Sonra akt tərtib olunur. Aktda yük tam “rəsmiləşdirilibdir” yazılır.