4.Nəqliyyat sistemində idaretmənin metodları. Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün idarəetmə obyektinə təsir yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır. Idarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına təsir formasına görə təsnif edilir.
Idarəetmənin ümumi və xüsusi metodları mövcuddur. Idarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin , strateji məslələrinin həllinə yönəlmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və fəaliyyət göstərməsi məsələlərinin əldə olunması üsullarını müəyyən edir.
Idarəetmənin xüsusi metodları , başlıca olaraq operativ və cari idarəetmə sistemlərində istifadı edilir.
Gömrük sistemində təsir formalarından asılı olaraq başlıca və dolayı təsir metodları tətbiq edilir.
Bir başa təsir metodları dövlətin idarəsinə və nüfuzuna əsaslanır. Onlara təşkilati sərəncamverici və hüquqi metodlar aiddir.
Dolayı təsir metodlarına sosial , psixoloji, iqtisadi və iqtisadi – riyazi metodlar aiddir.
6.Nəqliyyat sitemində ayrı-ayrı nəqliyyat növlərinin hüquqi aspektləri. A.R-sı üçün beynəlxaq nəqliyyat münasibətlərinə təal inteqrasiyaprosesi 14 iyun 1996-cı ildə A.R-sı höküməti ilə Beynəlxaq Yol Hərəkəti Təşkilatı (BYHT Cenevrə) arasında onun misyasının Azərbaycan ərazisində açılması haqqında sazişin imzalandığı vaxtdan başlamışdır. Bu sazişin imzalanması dövlətimizin nəinki BYHT ilə, həmçinin ona üzv olan bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı həyata keçirmək, öz xarici ticarət faliyyətini aktivləşdirmək,beynəlxaq iqtisadi münasibətlərdə daha yüksək dərəcədə iştirak etmək istəyini və buna sadiqliyini real şəkildə təsdiq etdi.
Bu hüquqi aspektlər əsasında ölkənin nəqliyyat vasitələrinin texniki xarakteristikalrının beynəlxalq səviyyəyə uyğunlaşmış , servis xidmətlərinin keyfiyyət göstəriciləri artırılmışdır, nəqliyyat-yol infrastrukturunun vəziyyətinin yaxınlaşdırılması beynəlxalq səviyəyə uyğunlaşdırılmışdır.