Mövzu 15. BNƏ-nin idarə edilməsində gömrük tarif güzəştlərinin tətbiqi. Plan : Gömrük tarifinin mahiyyəti.
Nəqliyyat sistemində tarif güzəştləri.
BNƏ-nin idarə edilməsində Beynəlxalq Yol Hərəkəti Təşkilatı ilə AşR-nın Hökuməti arasında bağlanmış sazişin rolu
Nəqliyyat sistemində gömrük ödənişlərinin hesablanması
1.Gömrük tarifinin mahiyyəti. Xarici ticarətdə gömrük – tarif tənzimlənməsindən istifadə edilməsi iqtisadi islahatların həyata keçirilməsində xüsusi rolu vardır.
Gömrük – tarif tənzimləmə mexanizmindən istifadə etməklə fəal və çevik gömrük siyasətinin həyata keçirilməsində, A.R-nın iqtisadi təhlükəsizliyinin təmin edilməsində və iqtisadi maraqların qorunmasında başlıca şərtlərdə biridir.
Gömrük tarifi həm proteksianist, həmdə fiskal funksiyalar daşıyır. Proteksianist – funksiya zamanı milli istehsalçıların mənafeyi müdafiə olunur. Beləki, idxal mallarında gömrük rüsumu tutmaqla , onların daxili bazarda satışı zamanı dəyərinin artmasına və bununla da milli sənaye və kənd təsərrüfatında istehsal edilən analoji malların rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan yaradır.
Gömrük tarifinin fiskal funksiyası gömrük rüsumları tutulması hesabına dövlət büdcəsinin mədaxil hissəsinə vəsait yığılması təmin edir.
Göstərilənlərdən əlavə gömrük tarifi daxili qiymətlərə təsir etməklə müəyyən dərəcədə daxili istehsalın və ixracın inkişafına xidmət edir.
Idxal mallarının daxili bazarda bahalaşmasının nəticəsi olaraq , belə malların qiyməti qalxır. Nəticədə milli istehsalçılar əlavə gəlir əldə edir ki, bu iqtisadiyyata investisiya, yaxud ixrac qiymətlərinin aşağı düşməsi ilə yaranan itkilərə kompensasiya və xarici bazarda ölkə mallarının rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Gömrük tarifi bir sıra hallarda, birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb olunan mallara aşağı və hətta sıfır dərəcəli idxal rüsumu tətbiq etməklə milli istehsalın və ixracın stimullaşdırılması üçün istifadə edilə bilər.
Gömrük tarifinin xarici – ticarət münasibətlərinə , həmçinin bütövlükdə iqtisadiyyata təsirini nəzərə alaraq, dövlət orqanlarından rüsum stavkaların təyin edilməsində xüsusi məsuliyyət tələb olunur. Ölkə təsərrüfatlarının inkişaf səviyyəsi ilə gömrük rüsumu stavkaları arasında müəyəən asılılıq vardır. Təsərrüfat inkişaf etmiş olduqca, gömrük rüsumlarının dərəcələri aşağı düşür. Belə ölkələrdə kifayət qədər rəqabət qabiliyyətli məhsullar buraxılır və daxili bazar yüksək rüsumılar hesabına qorunmasına, büdcənin gəlir hissəsini gömrük ödəncləri hesabına doldurukmasına ehtiyac qalmır.
Əgər birinci qrup ölkələrdə bu rüsumların dərəcləri 10%-dən aşağıdırsa, ikinci qrup ölkələrdə adətən 20-50% olur. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə bir sıra mal növlərinə tətbiq edilən rüsumlar 50, bəzəndə 100%-dən artıq olur.
Qeyd etmək lazımdır ki, xarici ticarətin inkişafı, beynəlxalq mal mübadiləsinin artırmaq üçün rüsumların azaldılması, bəzi hallarda isə tamamilə imtina edilməsi tələb olunur.