Beynəlxalq ticarət qarşı-qarşıya gələn iki əmtəə axınından - idxal və ixracdan ibarət olmaqla, ilk növbədə ticarət saldosu və ticarət dövriyyəsi ilə səciyyələnir:
İxrac - xaricə daşınma üzrə əmtəə satışı deməkdir;
İdxal - xaricdən ölkəyə daşman əmtəələri nəzərə alır.
Ticarət dövriyyəsi (trade turnover) - idxal və ixrac üzrə dəyər həcminin cəmidir.
Dünya təsərrüfatı və istehsal amillərinin beynəlxalq hərəkəti
Dünya təsərrüfatının əsas xarakterik cəhətləri aşağıdakılardır:
- istehsal amillərinin beynəlxalq hərəkətliliyinin artırılması. Bu ilk növbədə gəlirlər, kapital, iş qüvvəsi və texnologiya formasında həyata keçirilir;
- müəssisələrdə istehsalın beynəlxalq normalar əsasında təşkili və artımı. Bu, əsasən, müxtəlif ölkələrdə transmilli korporasiyalar çərçivəsində mövcud olur;
- əmtəə və istehsal amillərinin beynəlxalq hərəkətinin dövlətin iqtisadi siyasəti vasitəsilə ikitərəfli və çoxtərəfli əsaslarla dəstəklənməsi;
- ölkədə və ölkələrarası birliklər çərçivəsində açıq iqtisadiyyatın yaradılması və s.
Dünya bazarı və əmtəələrin beynəlxalq hərəkəti
Dünya bazarı + Elektron kommersiya platformaları = Tam Rəqabət Bazarı