Beynəlxalq valyuta – kredit münasibətləri



Yüklə 46,91 Kb.
səhifə1/5
tarix28.11.2023
ölçüsü46,91 Kb.
#169373
  1   2   3   4   5
2.Yeni Movzu-3-4=Tədiyyə balansı kopyası


  1. Tədiyyə balansı anlayışı

Beynəlxalq iqtisadi əməliyyatların müxtəlifliyi bu sənədlərdə öz əksini tapır.
Hesablaşma balansı – verilmiş ölkənin müəyyən tarix üzrə digər dövlətlər qarşısında tələbat və öhdəliklərinin nisbətidir.
Tədiyyə balansı – veilmiş ölkənin bir rüb və ya bir il ərzində digər dövlətlərə faktiki ödənişlərinin və başqa ölkələrdən daxil olan ödənişlərin nisbətidir.
Əgər daxil olan valyuta ödənişlərinin məbləği ödəniş məbləğini ötüb keçərsə, o zaman ödəniş balansının saldosu aktiv olur; və ya əgər ödəniş məbləği pulun məbləğini ötüb keçərsə, o zaman saldo passiv olur. Balansın hazırlanması BMT tərəfindən qəbul edilmiş «Tədiyyə Balansı haqqında Təlimatlar»a əsasən BVF-nin tövsiyələrinə istinad edilir; bununla tətbiq olunan göstəricilər universal xarakter daşıyır və dövlətlərarası müqayisələr aparılmasına imkan yaradılır. Bu tövsiyələrə uyğun olaraq cari əməliyyatların hesabları ilə kapital hərəkətinə dair hesablar fərqləndirilir. Bu hesabların maddələrinin nisbəti tədiyyə balansının horizontal strukturunu təşkil edir.
Ölkəyə daxil olan valyuta ödənişləri tədiyyə balansının kreditində əks olunur. Valyuta məhsul və xidmətlərin ixracı, kapitalın xaricdən axıb gəlməsi vasitəsilə beynəlxalq borc və investisiyalar şəklində ölkəyə daxil olur. Xarici subyektlərə edilən valyuta ödənişləri ödəniş balansının debetində əks olunur. Onlara məhsul və xidmətlərin idxalına çəkilən xərclər, eləcə də, həmin ölkənin digər ölkələrin iqtisadiyyatına pul vəsaitlərinin qoyuluşu aid edilir. Kredit və debet hissələrinin nisbəti tədiyyə balansının vertikal strukturunu təşkil edir.
Tədiyyə balansı, bütövlükdə, daim formal tarazlıq ilə bərabərləşdirilir, buna baxmayaraq, bütün sözləşmələrin tam əhatə olunması çətinliyi, qiymətlərin eyni olmaması, sövdələşmələrin qeydiyyatı vaxtında fərqlərin olması və digər səbəblərdən müxtəlif yanlışlıqların meydana çıxması qaçılmaz haldır. Bu isə ödəniş balansına “Səhvlər və buraxılışlar” adlı xüsusi bölmənin daxil edilməsinə səbəb olur.
Ölkənin tədiyə balansı başqa ölkələrdən daxil olan valyutanın ümumi məbləği ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir. Tədiyə balansı prinsipcə illik hazırlanır. Bundan başqa tədiyə balansı o ölkədə yerləşən fiziki şəxs, firma və ya qurumların xarici ölkələrlə apardığı iqtisadi əməliyyatların sistematik qeydiyyatıdır.
Bir çox iqtisadi əməliyyatlar nəticəsində xaricdən ölkəyə və ya ölkədən xaricə doğru bir tədiyə axını meydana gəlir. Lakin bəzi iqtisadi əməliyyatlar tədiyə balansına qeyd edilməklə yanaşı, hər hansı bir tədiyə meydana gətirmir. Bunun bəzi nümunələrini sıralayaq: Malın mala dəyişdirilməsi, yəni barter və klirinqə əsaslanan ticarət, investisiya malı, texnologiya və ya menecment biliyi formasındakı xarici sərmayə formasındakı qarşılıqsız ödəmələr və s. Bu onu göstərir ki, tədiyə balansına qeyd edilən əməliyyatlar, ölkənin valyuta giriş və çıxışlarına təsir etməklə yanaşı, bir qismi üçün də nəticə yaranmır. Ölkənin xarici aləmlə etdiyi əməliyyatlar kredit vəya da debet xarakterli olur. Nominal tədiyə meydana gətirib gətirməməsindən asılı olmayaraq, bütün əməliyyatlar bu qaydada kredit debet olmaqla iki yerə ayrılırlar.
Kredit əməliyyatları ölkəyə valyuta girişini, debet əməliyyatları isə valyuta çıxışını təmin edir.




  1. Yüklə 46,91 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin