Beynəlxalq valyuta – kredit münasibətləri


Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi



Yüklə 46,91 Kb.
səhifə4/5
tarix28.11.2023
ölçüsü46,91 Kb.
#169373
1   2   3   4   5
2.Yeni Movzu-3-4=Tədiyyə balansı kopyası

Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi. Bu tədbir valyuta məzənnəsinin və tədiyə balansının tənzimlənməsinə yönəlib. Bu zaman bur tərəfdəb beynəlxalq kapital hərəkətinə, digər tərəfdən isə daxil kreditlərin, pul kütləsinin, qiymətlərin, məcmu tələbin dinakikasına təsir edilir. Məsələn, tədiyə balansının passiv saldosu zamanı faiz dərəcəsinin artırılması faiz dərəcəsinin aşağı olduğu ölkələrdən kapital idxalını stimullaşdıra və milli kapitalın ixracını zəiflədə bilər ki, bu da tədiyə balansının vəziyyətinin yaxşılaşmasına və valyuta məzənnəsinin yüksəlməsinə gətirib çıxaracaq.

  • Valyuta ehtiyatlarının diversifikasiyası. Bu zaman dövlət, banklar və transmilli şirkətlər tərəfindən valyuta ehtiyatlarının strukturunun tənzimlənməsinə yönəldilmiş məqsədyönlü siyasət həyata keçirilir. Bu zaman valyuta ehtiyatlarının strukturunun tərkibinə müxtəlif valyutalar daxil edilməklə beynəlxalq hesablaşmalar, valyuta müdaxiləsinin həyata keçirilməsi və valyuta itkilərindən müdafiə təmin edilir. Bu siyasət adətən qeyri-sabit valyutaların satılması və daha sabit valyutaların alınması yolu ilə həyata keçirilir.

    Tədiyyə balansının tənzimlənməsi üçün qeyri - neft sektorunun ixrac potensialından və neftdən gələn gəlirlərin bu potensialı daha da artırması üçün qeyri neft sektorunun inkişaf etdirilməsi üçün qarşıya duran əsas məsələlər bunlardır: Neftdən gələn gəlirlərlə qeyri neft sektoruna necə təsir etməli və nə qədər investisiya qoyulmalıdır ki, rəqabət qabiliyyətlilik təmin olunsun; Əhalinin neft gəlirlərindən maksimum səviyyədə faydalanmasını təmin etmək; “ neft qarğışından” xilas olmağın səmərəli yollarını axtarıb tapmaq; Tədiyyə balansının tənzimlənməsi zamanı qeyri neft sektorundan əldə olunan gəlirlərin müsbət saldo yaratması.


    Azərbaycan Respublikasının tədiyyə balansının tənzimlənməsi sisteminin təkmilləşdirilməsinin aşağıdakı istiqamətlər üzrə həyata keçirilməsi məqsədəuygun olardı: müvafiq dövlət proqramı çərçivəsində son məhsul ixracının stimullaşdırılması sisteminin yaradılması; idxalın rasionlaşdırılması və yerli istehsalı dirçəltməkdə olan milli məhsullar üçün daxili bazarın qorunması sahəsində dünya praktikasına uyğun mükəmməl tənzimləmə mexanizminin yaradılması; xidmətlər balansı üzrə valyuta gəlirlərini artırmaq üçün ölkədə turizm, sıgorta, nəqliyyat, rabitə, tikinti və s sahələrin inkişafına dövlət tərəfindən birbaşa və ya dolayı yardım göstərilməsi; beynəlxalq maliyyə-kredit institutlarından və digər beynəlxalq təşkilatlardan alınan kreditlərin qeyri-neft sektoruna yönəldilməsi; - bank-kredit, lizinq sisteminin təkmilləşdirilməsi; qeyri-neft sektorunda ixrac potensialının inkişafının təmin edilməsi üçün xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi; ölkənin iqtisadi təhlükəsizlik strategiyasının müəyyənləşdirilməsi və buna uyğun mükəmməl iqtisadi təhlükəsizlik sisteminin yaradılması; “görünməyən əməliyyatlar” üzrə əldə edilən məlumatların tam və dolğunluğunu təmin etmək üçün bu əməliyyatlar üzrə statistika
    Yüklə 46,91 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin