Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə128/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 
 
 
 
TÜLKÜ VƏ QURD 
 
Tülkü gəzəndə yıxılıb nagəhan, 
Bir quyuya düşmüş idi bir zaman. 
Torpağa sürtmüşdü üzün, həm gözün, 
Qurtara bilməzdi ölümdən özün. 
Düşdü qəzadan ora Qurdun yolu, 
Baxdı ki, görsün ora boşdur, dolu. 
Tülkü onu gördü,salam eylədi, 
Ağladı,yalvardı, belə söylədi: 
- Qurd lələ, səndən edirəm iltimas, 
Sən məni bu təhlükədən qıl xilas. 
- Qurd dedi: - Çox-çox yanıram halına, 
Xatirim aşiftədir əhvalına. 
Bilmirəm axşam edəcəksən necə? 
Sübh açacaqsan nə sayaq bu gecə? 
Tülkü dedi: - Çox sağ ol, ey Qurd lələ, 
Boş danışıqdan nə yetər hasilə? 
Sən belə hərgah mənə qəmxar isən, 
Halimə rəhmin gəlib ağlar isən, 
Bir qədər ip tap mənə qıl iltifat, 
Ver mənə bir növ ilə burdan nicat. 
Yoxsa ki etməz quru söz iktifa, 
İş gərək olsun , nə əbəs iddia.
A.Səhhət 
 


235 
Lirik əsərlərin ifadəli oxusu üzrə müstəqil tətbiq və
yaradıcı iş üçün mətnlər 
CAN NƏNƏ, BIR NAĞIL DE! 
– Ay nənə, bir nağıl da de! 
– Ömrüm-günüm, yat daha, 
Hamısını indi desəm, nağıl qalmaz sabaha. 
– Can nənə, de birini də. 
– Ağrın alım, sözə bax. 
Evimizdə səndən savay, gör heç varmı bir oyaq? 
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan; 
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan. 
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir. 
– Qar yağırmı? 
– Elə yağır... sazaq qılınc tək kəsir... 
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək; 
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək. 
Nənə yığır düyünçəyə iynəsini, sapını, 
Körpə çəkir təzə, güllü yorğanını üzünə, 
Gözlərini yumur... amma yuxu getmir gözünə. 
– Ay nənə, o kimdir elə pəncərəni bərk vurur? 
– Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur. 
Bir gizilti duyur uşaq vücudunda bu ara, 
Həsrət qonan gözlərini zilləyərək divara, 
Çarpayının baş ucunda öz əliylə asdığı 
Şəklə baxır, fikrə gedir, qucaqlayir yastığı... 
– Bəs, ay nənə, atam indi haradadır, görəsən? 
– Bıy, başıma xeyir, oğul, yatmayıbsan hələ sən?! 
– Axı, nənə, heç demirsən atam haçan gələcək, 
İndi onu səngərdə bəs üşütmürmü qar, külək? 
– Ömrüm-günüm, körpə quzum, qurban olum adına, 
Niyə köks ötürürsən o düşəndə yadına? 
Atan yazır: — Hələ xoşdur bu tərəfdə havalar. 
Deyir oğlum darıxmasın, görüşərik bu bahar. 
Bağçalarda çiçək açar güleyşə nar, yasəmən, 
Qaranquşla bir zamanda qayıdaram kəndə mən... 
Heç darıxma, dərdin alım, atan gələr o zaman 
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan! 
Di yat indi, gecə keçir... 
– Onda, nənə, ay nənə! 
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə. 
– Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik, 


236 
– Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik. 
Mən eyvana xalı sallam, anan evi bəzəyər, 
El qaydası süfrə açar, qohum-qonşumuz gələr. 
Sən atanı qucaqlayar, üz-gözündən öpərsən, 
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən... 
Körpə güldü... Həsrət dolu gözlərindən uçdu qəm, 
Öpdü onun xəyalını indi özgə bir aləm: 
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz... 
Qucaqladı atasını, sonra kimsə çaldı saz... 
Körpə özü hiss etmədən, onu yuxu apardı, 
Çöldə isə bütün gecə külək tufan qopardı. 
Ə.Cəmil 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin